Təbriklər

Uşaqlar sabahkı hakimlərimizdir, onlar bizim baxışlarımızın və hərəkətlərimizin tənqidçiləridir, onlar dünyaya yeni həyat formalarının qurulması üçün böyük iş görən insanlardır.
Maksim Qorki

“Gündoğar ölkə” kimi tanıdığımız Yaponiya Fransa, İtaliya, Kanada, Böyük Britaniya, Almaniya və SSRİ-i kimi inkişaf etmiş ölkələri geridə qoyaraq, 50 ildən artıq bir müddətdə, yəni, 2010-cu ilə qədər dünyanın iqtisadi cəhətdən ikinci ən güclü ölkəsi olmuş, yalnız 2010-cu ildə bu yeri Çinə vermişdir. Bu inkişaf heyrətamiz nəticədir. İkinci dünya müharibəsində Yaponiya məğlub edilmiş və kapitulyasını sürətləndirmək məqsədi ilə 1945-ci ilin avqust ayının 6-da və 9-da Xirosima və Naqasaki şəhərlərinə atom bombası atmışdılar. Ölkə viran qoyuluğu kimi, 150-250 insan həlak olmuş, sağ qalanlar da dəhşətli şüalanmaya məruz qoyulmuşdu. Müharibə nəticəsində daşı daş üstə qalmayan Yaponiyanın coğrafi mövqeyi də ürəkaçan deyildi. Amma maddi ehtiyatları olmayan bu ölkə çox qısa müddətdə dünyanın nəhəngləri ilə bir cərgəd dayandı, həm də ön yerlərdə. Yaponlar buna elmin, texnikanın sayəsində nail ola bilmişdilər. Onlar özləri də etiraf edirdilər ki, sərəncamımızda olan yeganə sərvət papaqlarımızın altında gəzdirdiyimiz baş oldu. İndi Yaponiyanın gələcək taleyi bu sərvətdən necə istiafadə etməklərindən asılı idi. Yaponlar bunu bacardılar, beyinlərini Yaponiyanın dirçəldilməsi və inkişaf etdirilməsinə tam yönəldə bildilər. Onlar qısa müddətdə 50 təhil qrupu yaradaraq xarici ölkələrə göndərdilər. Çox qısa müddətdə 18 min yüksək ixtisaslı mütəxəssis dünyanın ən çevik, ən müasir texnologiyalarını mənimsəyərək Yaponiyaya gətirdilər və qollarını çırmalayaraq Yaponiyanın dirçəldilməsinə başladılar və buna nail oldular.Təhsil, elm bu ölkənin strateji bazasıdır. Bu gün dünyanın bütün iqtisadi nəhənglərində bu strategiya prioritetdir. Azərbaycanda bu ənənə Ümummilli Liderimiz Heydər Əliyevi vaxtında başlamışdır. O zaman hər il 800 tələbə Sovet İttifaqının 175 şəhərindəki nüfuzlu ali məktəblərə göndərilmişdi, onların ümumilikdə sayı 15 minə yaxın idi.

Heydər Əliyev Azərbaycanda MK-nın Birinci katibi olduğu vaxtlar O dövrdə SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlı göndərilmiş, hər il xaricə 800 tələbə yola salınmışdır. Dahi rəhbərin ideyalarını bu gün onun sədaqətli varisi, cənab İlham Əliyev davam etdirməkdədir. Hörmətli prezidentimizin “Biz neft kapitalını insan kapitalına çevirməliyik, intellektual gənclərin hazırlanmasına yönəltməliyik…” çağrışı bu niyyətlərin devizinə çevrilmişdir. Gənclərin, xüsusilə istedadlı uşaqların sağlam və ahəngdar inkişaf etmiş nəsil kimi yetişməsi üçün dövlət öz qayğısını daim göstərməkdədir. Cənab İlham Əliyev özü belə istəyir. Son illər gənclərimiz də istər təhsil, istər idman, istərsə də incəsənət sahəsində bu cür diqqət və qayğı nəticəsində həm öz potensiallarını təqdim edə bilmiş, həm də gələcəkdə Azərbaycan naminə bu ümidləri doğruldacaqlarına ümid yaratmaqdadırlar. Onlardan biri də Milli Qəhrəman Məzahir Rüstəmov adına Nizamı rayon 32 nömrəli məktəbin 6-cı sinif şagirdi Qasım Xalid oglu Qasımzadədir. 2024-cü ildə Kopernik olimpiadasından bürünc medal qazanıb. Bu yaxınlarda isə TİMO olimpiadasından isə gümüş medala sahib olub. Dostlarına, müəllimlərinə və valideynlərinə söz verib ki, hələ uğurun ilk pillələrindədir. Mütləq qızıl medalı qazanacaqdır.

2023- SASMO olimpiadasında gumus medala sahib olmuşdur.
2024- Lütvi-Zadə olimpiadasında yarımfinala çıxmışdır.
Ümumiyyətlə, son illər Azərbaycanda olimpiya hərəkatı geniş vüsət almışdır.Təkcə onu deyək ki, 2024-cü ildə ABŞ-nin Nyu-York şəhərində Kolumbiya Universitetində keçirilən Beynəlxalq Kopernik olimpiadasında azərbaycanlı riyaziyyatçılar 6 qızıl, 19 gümüş və 10 bürünc medal qazanıblar. Bu, böyük uğurdur. Ümumiyyətlə, bu olimpiadalar şagirdlərin riyaziyyat bacarıqlarını sınağa çəkmək üçün mükəmməl bir platformadır. Dünyanın ən güclüləri ilə rəqabət aparmaq və özlərini təqdim etmək üçün fürsət əldə edirlər. Öz ölkələrində ən yüksək nəticə göstərən şagirdlər ödənisiz finalda iştirak etmək şansı qazanır. Bu il 60-dan çox ölkənin iştirakçıları iyul ayında Nyu-Yorkdakı Kolumbiya Universitetində keçiriləcək yarışmanı səbirsizliklə gözləyirlər, həmçinin bizim ölkəmiz də . Ümummilli liderimiz Heydər Əliyev hələ çox-çox əvvəllər demişdir ki, Azərbaycan dünyaya Günəş kimi doğacaq. Dünya olimpiadalarında uğur qazanmış hər bir məktəblimiz, o cümlədən ölkədaxili olimpiadalarda uğurla çıxış edərək dünya yarışlarına can atan Nizami rayonundakı 32 nömrəli məktəbin 6-cı sinif şagirdi Qasım Qasımzadə bu günəşin bərq vuran şəfəqləridir. Bunlar həm arzu, həm də niyyətlərimzdir. Böyük kəşflər, məşhurluq belə başlamırmı? Ən məşhur elm adamlarının həyatı ilə tanış olanda çox maraqlı məlumatlarla qarşılaşırıq. Bunlardan birini nümunə göstərəcəyəm: Görkəmli rus riyaziyyatçısı, SSRİ Elmlər Akademiyasının fizika-riyaziyyat elmləri bölməsinin akademiki, iki dəfə Sosialist Əməyi Qəhrəmanı,Lenin mükafatı kavaleri və SSRİ Dövlət Mükafatı Laureatı İvan Matvey oğlu Vinoqradov . Vinoqradov elm aləmində ədədlərin analitik nəzəriyyəsi üzrə çoxsaylı fundamental əsərlərin müəllifidir.

O, üç yaşında səlis oxuya, yaza və saya bilirmiş. Hələ kiçik yaşlarından riyaziyyata hədsiz marağı varmış. D Velikiye Luki Real Məktəbinin tələbəsi olaraq universitet tələbələrinin mənimsəməkdə çətinlik çəkdiyi ali riyaziyyatı müstəqil şəkildə öyrənə bilib. Buna görə də 1914-cü ildə İvan Matvey oğlu 24 yaşında universiteti bitirdi və kvadrat qalıqların və qeyri-qalıqların paylanması ilə bağlı işinə görə professor işinə hazırlaşmaq üçün onu universitetdə saxladılar. Bu iş professorluq tədqiqatına bərabər bir iş idi. Vinoqradov artıq 1914—1918-ci illərdə o dövrün aparıcı mütəxəssislərinin tədqiqatlarından heç də aşağı olmayan işlər gördü. 27 yaşında professor, 37 yaşında akademik oldu. 9 yaşından onda riyaziyata baş qaldırmış maraq 92 yaşında artıq onu “Elm Olimpiadası”nın ən uca zirvəsində qərarlaşdırmışdı. İvan Matvey oğlu Vinoqradov 2 sentyabr 1891-ci il sentyabr ayının 2-də Pskov vilayətinin Milolyub kəndində sadə bir ailədə dünyaya göz açmışdı: atası kənd keşişi, anası da müəllim idi. O, dünyaya kim deyə bilərdi ki, bu uşaq gələcyin dahisi olacaq. O, dünyaya göz açanda bunu öz ailəsi və yaxınlarından başqa kim bilmişdi ki. Amma 20 mart 1983-cü ildə 91 yaşında dünyasını dəyişəndə, bunu bütün elm aləmi bildi, o vaxtki bütün Sovetlər İttifaqı bildi. Kim bilir, bəlkə Qasım Qasımzadə də gələcəyin məşhur riyaziyyatçısı olacaq. Onun elmi tədqiqatları dünya riyaziyyat elminə töhfələr verəcək. Qızıl medal alacağına əminlik yaradan bu balamız niyə Azərbaycanın Landausu olmasın. Bunu ümid etməyə Qasım Qasımzadənin çalışqanlığı, niyyət və qətiyyəti əsas verir. Bizə isə qalır ancaq onun uğurlarını izləmək və qələbə soraqlarını eşitmək.

PS: Yazını tamamlayandan sonra bildim ki, bu gün həm də onun 12 yaşı tamam olur. Elə isə bu yazımız həm də Qasım Qasımzadənin doğum gününə bir təbrik və heyranlıq nümunəsi olsun. Sənin də, sənin kimi böyüməkdə olan bütün uşaqlarımızın ağıllı və sağlam böyüməsi hamımızın arzusudur. Ad günüünzü indi şagird kimi qeyd edirik. İnşallah, gələcəkdə də, Azərbaycanın məşhur riyaziyyatçısı kimi edərik…