Həyat yoldaşınızı anlasanız, hər zaman xoşbəxt olursunuz ( Təkrarən)

Qadın, ana, ailə dəyərləri

Həyat yoldaşınızın sizə qarşı münasibəti necədir? Sizinlə soyuq və aralı davranırmı?

Uzun müddətdir ki, ünsiyyət quracaq, əlaqə yaradacaq istəyi belə görünmür, hə? Əgər belədirsə, bu, ciddi bir problemdir və aradan qaldırılması üçün də ciddi səylər lazımdır.

Oxumağa davam et

  Sevgilər cılızlaşır, toydan 2-3 il sonra da yadlaşma başlayır

Qadın, ana, ailə dəyərləri

Mənim bir dostum vardı. Dünyagörüşü, həyat təcrübəsi çoxlarına nümunə ola bilərdi. Baməzəliyi də öz yerində. Ziyalıdır, nümunəvi ailə sahibi idi . Bir az ciddi, bir az da mühafizəkardı. 

Oxumağa davam et

….  kişiləri tənha buraxmayın….

Qadın, ana, ailə dəyərləri

Həyat yoldaşınızla əlaqəniz çox yaxşı gedir, qarşılıqlı sevginizdən şübhəniz yoxdur, amma lap ürəyiniz istədiyiniz kimi mehribanlaşa bilmirsiniz. Kim mehriban, səmimi, qarşılıqlı olan bir ülfət, ünsiyyət istəməz ki? Amma gerçək həyatda bu, o qədər də asan olmur. Romantik bir axşam yeməyində birdən gəncliyinizlə bağlı, keçmişdə olanlardan soruşur, ya da oturan kimi  əsəbiləşəcəyinizi   çox gözəl  bildiyi  bir problemdən söhbət açır.  Aləm dəyir bir-birinə.

Oxumağa davam et

Ailə insanları gözəl düşünməyə, gözəl işlər görməyə səfərbər edir

Qadın, ana, ailə dəyərləri

  (Tərcümə ixtisarla verilir)

Ailə qarşılıqlı sevgi ilə başlayıb  nikahla ittifaq halını alan, eyni  məqsədlər uğrunda  mübarizə aparan ictimai birlik modelidir. Ailə ittifaqında tərəflər əvvəl özləri də ayrı-ayrı  ailənin tərəfləri idilərsə, yeni ailənin bünövrəsi qurulandan sonra  dünyaya gələn övladlarla indi  artıq  özləri də yeni bir ailə birliyi yaradırlar.  Bu zaman əvvəlki ailə birliyi daha da  ululaşır, yeni yaranan ailə isə  şəcərə, nəsil xəttinin özündən əvvəlki bir qoluna çevrilir.

Oxumağa davam et

Ailə qurmaq qadına  sahib olmaq deyil, ürəyə sahib olmaq deməkdir

Qadın, ana, ailə dəyərləri

Müasir dövrdə ailə həyatının əbədi olacağına inam heç də birmənalı deyil. Toydan bir neçə ay sonra boşanan cütlüklər artıq heç kimi təəccübləndirmir. Məşhur “Hopes & Fears” (“Ümidlər və qorxular”) nəşri maraqlı bir müşahidə aparıb və  dünyanın müxtəlif xalqları üçün xas olan evliliklərin ömrünü və boşanmaların statistikasını elan edib.

Oxumağa davam et

Ailədəki normal ünsiyyətə və qarşılıqlı etimada maneə törədən amillər

Qadın, ana, ailə dəyərləri

(Tərcümə ixtisarla verilir)

Ailə qarşılıqlı sevgi ilə başlayıb  nikahla ittifaq halını alan, eyni  məqsədlər uğrunda  mübarizə aparan ictimai birlik modelidir. Ailə ittifaqında tərəflər əvvəl özləri də ayrı-ayrı  ailənin tərəfləri idilərsə, yeni ailənin bünövrəsi qurulandan sonra  dünyaya gələn övladlarla indi  artıq  özləri də yeni bir ailə birliyi yaradırlar.  Bu zaman əvvəlki ailə birliyi daha da  ülviləşir, yeni yaranan ailə isə  şəcərə, nəsil xəttinin özündən əvvəlki şəcərənin bir qoluna çevrilir.

Oxumağa davam et

Maraqlıdır: ailədə qızlar atalarına, oğullar  isə analarına daha çox mehr salırlar

Qadın, ana, ailə dəyərləri

Ailədə bir qız uşağı doğulduqda, bəlkə də, bu qismətə ən çox analar sevinir. Qız bir balaca böyüyəndən, ayaq açandan sonra bu heyranlıq özünü yeni ölçü-biçidə büruzə verir. İllah da balaca qızcığaz geyinib-keçinəndə, ana özünü görməməzliyə qoyub, yavrusunun hər addımını sonunadək izləyir.

Oxumağa davam et

Qayınata və qayınanaya necə müraciət edilməlidir və nə vaxtdan (II yazı)?

Qadın, ana, ailə dəyərləri

” Aldı-verdi oldu, üzük taxıldı qurtardı da. Gözləyib ər evidə deyəcəksənmi, hazır deyəcəksənsə, indidən de, özünü alışdır buna.”

” Məncə, sevməyə başladın, elçi gəldi, deməlisən. Bəs birdən iş pozuldu, “otkaz” getdin, səni tanıyan, bunu görən ha, demiyəcəkmi özgənin atasına “ata” deyirdinnn…”

Oxumağa davam et

Qayınata və qayınanaya necə müraciət  edilməlidir və nə vaxtdan (I yazı)?

Qadın, ana, ailə dəyərləri

İnsan nə üçün yaşayır, mübarizə edir, sevib-sevilir? Nə üçün bəzən sevinir, ürək dolusu fərəhlənir, bəzən də əzab çəkir?

Nəsillər, əsrlər bir-birini dəyişir, amma bu nizam, həyatın bu urvatı heç dəyişmişir. İnsan oğlunun həyat yolu, tale kitabı özündə elə həmişə bunları daşıyır. Əslində, kimsə onu dəyişdirmək də istəmir, kimsə bunu bacarmaz da. Sadəcə, insan öz baxış və münasibətləri, həyat tərzi ilə gözəl həyatı necə düşünürsə, elə də yaşayır: yəni, ətrafı və ətrafındakıları gözəl görürsə, bu gözəllik çevrəsinə işi və əməlləri ilə o da qoşulursa, özü də gözəl yaşayır.

Oxumağa davam et

Monqolustanda dul qadnların bir daha ailə qurması yasaq imiş, bəs necə olsun ? (V yazı )

Qadın, ana, ailə dəyərləri

Məşhur rus yazıçısı İ.S Turgenev çox doğru yazmışdır ki : “Xoşbəxt olmaq istəyirsiniz? O zaman əziyyət çəkməyi öyrənin.”

Qadınlar kişilərə nisbətən daha emosionaldırlar, ən xəfif  mehdən təsirlənə bilirlər. Amma belə emosionallıq qədərindən çox olursa, qısqanclığa, şübhələrə yol açır. Qadın birtərəfli qaydada ailədən, uşaqlardan, ərin üstündən əlini çəkir: üz-gözündən məmnuniyyətsizlik, etiraz, itaətsizlik yağır.Məsələn, ər qapının zəngini basıbsa, qadın qapının gözlüyündən  gələnin əri olduğunu görüb, qapını açmağı ilə  qayıdıb otaqların hansınasa girməyi bir olur. Amma ilk gəlinlik güllərində papağını, paltosunu özü alıb asardı, yanında dayanıb ətrinin  ayaqqabılarını çıxarıb evə girəcəyinə qədər  izləyərdi. Belə olanda evdə də, kişinin qəlbində də qadınlıq  aurası bir yeni assosiasiya yaradardı. Amma indi hər gün, hər dəqiqə ayrılığa aparan etiraz formaları…

Oxumağa davam et