Keçmiş, yoxsa müasir qadınlar? (III hissə)

Qadın, ana, ailə dəyərləri

Gülarə xanım (Oxucu):

– Keçmişdəki qadınlar daha çox xanım- xatın idilər, milli geyimlərimiz də onlara xüsusilə yanaşırdı. Əvvəlki xanımların rəsmlərinə baxıram, sonra da indikilərə. Keçmişdə 18 yaşlı qız 25 yaşlı kimi görünürdü, daha qamətli, bir az ətli-qanlı oluru. İndiki nəsillər cılızlaşır elə bil. Məndən inciməsinlər, amma keçmişdə böyüklərə hörmət daha çox var idi. İndi qız, ya oğlan fərqi yoxdur, sadəcə, çoxn sərbəstdirlr.

Oxumağa davam et

Monqolustanda dul   qadınların bir daha ailə qurması yasaq imiş, bəs necə olsun ? (II yazı)

Qadın, ana, ailə dəyərləri

Ailəsinə xəyanət edən və yaxud gəncliyində etdiyi səhv addımlardan təkrarlanan yanlış həyat tərzinə görə dul qalma halları da var. Belələri ha can atsalar da, ikinci dəfə getdikləri  ailədə qadın səadətinə qovuşa bilmirlər.

Oxumağa davam et

Monqolustanda dul   qadınların bir daha ailə qurması yasaq imiş, bəs necə olsun ? (I yazı)

Qadın, ana, ailə dəyərləri

Dul olmaq bilirsinizmi nə deməkdir? 

Böyük arzularla sevgi qanadlarında ənginliklərə uçmaq, amma qayalara çırpılıb yerə düşmək deməkdir dul qalmaq.

Oxumağa davam et

Keçmiş, yoxsa müasir qadınlar? (II hissə)

Qadın, ana, ailə dəyərləri

Rəfael Həbiboğlu ( şair-filosof): – Adam bəzən puça çıxmış xəyal və düşüncələrinə yaxın bir kəsin ölümündən də betər ağlayır.

Bir vaxtlar bizim yaşadığımız cəmiyyət indikinə nisbətən xeyli təmiz və saf idi. Hər halda bizə elə gəlirdi. İnsanlar bir-birinə qarşı daha səmimi idilər, riyadan, məkrdən, hiylədən uzaq idi adamlar. Qızlar sevgilərində daha dözümlü, daha sədaqətli idilər. Fədakarlıq çatışmır insanlarda,şit, bayağı hərəkətlər üstünlük təşkil etməkdədir. Məhrəm həmsöhbət tapmaqda çətinlik çəkirik.

Oxumağa davam et

Bəxtinizin qadını ilə birlikdə bəxtəvərlik yaşamaq istəyirsinizsə, ən kəsə yol budur :İLTİFAT

Qadın, ana, ailə dəyərləri

Bir insanın həyatını mənalı və xoşbəxt yaşaya bilməsi üçün, əvvəlcə, onun öz hisslərini yaxşı tanıması lazımdır. Çünki bu hisslər hələ zaman-zaman ona daha digər duğulara ehtiyac yaradacaq. Ehtiyaclar və ona bağlı olaraq inkişaf edən duyğular isə insanları bir-birlərinə daha yaxından bağlayar, məftun edər, onlara həyatlarını birlikdə gözəlləşdirməyə, problemləri birlikdə aradan qaldırmağa vasitə olar. Belə ünsiyyət dostla da, yaxınla da, ailə üzvü il də yarana bilər. Qadına yaranan ehtiyaclar isə bir ayrı ölçü-biçimdə.

Oxumağa davam et

Keçmiş, yoxsa müasir qadınlar? (I yazı)

Qadın, ana, ailə dəyərləri

Yazı oxucu məktubları əsasında hazırlanmışdır.

Ayrı-ayrı sivilizasiyalarda qadınların yeri, rolu həmişə müxtəlif olmuşdur. Bu məsələ tarix boyu insanları düşündürən məsələlər sırasında öndə gəlmişdir. Oxuduqlarımıza, eşitdiklərimizə, bildiklərimizə əsasən deyə bilərik ki, uzun əsrlər qadınların taleyi acı olmuşdur. Qadın ictimai iqtisadı, mədəni həyatdan həmişə təcrid edilmişdir. Qadın kişinin xidmətçisi, təsərrüfat işlərini görən bir cariyə olmuşdur. Zaman-zaman həyat dəyişmiş, yeni istehsal münasibətləri yeni ictimai münasibətlər doğurmuş, ləng də olsa, cüzi də olsa, qadın bugünkü azadlığına yol başlamışdır. Ziddiyyətlər, yanlış və mürtəce baxışlara baxmayarq, qadınlığın taleyinə hər bir dövrdə isti münasibətlər də olmuşdur.

Oxumağa davam et

Allahı sevərsiz,  kişiləri tənha buraxmayın….

Qadın, ana, ailə dəyərləri

Həyat yoldaşınızla əlaqəniz çox yaxşı gedir, qarşılıqlı sevginizdən şübhəniz yoxdur, amma lap ürəyiniz istədiyiniz kimi mehribanlaşa bilmirsiniz. Kim mehriban, səmimi, qarşılıqlı olan bir ülfət, ünsiyyət istəməz ki? Amma gerçək həyatda bu, o qədər də asan olmur. Romantik bir axşam yeməyində birdən gəncliyinizlə bağlı, keçmişdə olanlardan soruşur, ya da hər oturduğunuzda nəyə əsəbiləşdiyini belə anlamadığınız bir problemdən söhbət açır.Yəqin ki, belə olanlar az deyil.

Oxumağa davam et

Qadın əlilə fəqət bəxtiyar olur bu cahan

Müzakirə

Doğrudanmı kişi və qadın arasında ağıl üstünlüyü vardır? Doğrudanmı qadınlar kişilərdən daha ağıllıdır ? Təəssüf ki, bu cür suallara, bu cür düşüncələrə hələ də rast gəlinir. Belə müqayisə, əlbəttə ki, səhvdir, yersizdir.

Oxumağa davam et

Evlilikdə ən önəmli olanlar

Qadın, ana, ailə dəyərləri

İnsanlıq tarixi boyunca, qadın-kişi münasibətləri könüllü və ya məcburi olmuşdur. Zamanla bu əlaqənin sistemləşməsi və ailə ittifaqına çevrilməsi zərurilik kəsb etmişdir, məsələn, evlilik-ailə kimi.

Hər təşkilatda olduğu kimi, evlilik təşkilatında da müxtəlif qayda və xüsusatlar olmuş, evlilik bu qayda və xüsusatlarla sistemli olaraq nizamlanmışdır.

Oxumağa davam et

Atanın rolu

Qadın, ana, ailə dəyərləri

Atalıq və analıq rolu ailədə uşağın dünyaya gəlməsi ilə başlayır. Odur ki, hər iki valideynin uşaq sahibi olmağı qərara alması vacibdir, birgə niyyətdən başlanan bu məqsəd uşağın xoşbəxt doğulması üçün önəmlidir. Atanın uşaqlarla ilk əlaqəsi hamiləlik dövründə anaya köməyi ilə başlanır.

Oxumağa davam et