Təbiət – yaşıl sipərimiz

Cənnət quşu çiçəyinin latınca adı “Strelitzia Nicolai”dir, amma “strelitzia” və ya cənnət quşu kimi tanınır.
“Cənnət quşu” bitkisi ev bitkiləri dünyasının möhtəşəm, səhvsiz və mübahisəsiz kraliçasıdır. Çiçəkləri olduqca ekzotik bir təpəli quşun başına bənzəyir.Yarpaqlar həmişəyaşıldır və adətən, bir-bir və yelpiyə oxşar tacla çarpaz çıxır. Çiçəklər, əsasən, narıncı və bəziləri bir az da mavi rəngdə olur.

18-ci əsrdə bir çox ölkədə becərilməyə başlayan çiçək Cənubi Afrikada durna çiçəyi kimi tanınırdı. 1773-cü ildə İngiltərəyə gətirilən bu çiçəkə Kraliça Şarlottanın doğulduğu yer olan Mekkelenburq-Strelitzin qısaldılmış versiyası olan “Strelitzia” adı verildi. Bir çox ölkələrdə isə “starliçya”, “starliçe”, “cənnət quşu çiçəyi”, “durna dimdiyi” və ya “tutuquşu çiçəyi” kimi adlarla tanınır.
Cənnət quşu çiçəyinin mənaları
Cənnət quşu çiçəyi keçmişdə azadlıq simvolu kimi xüsusilə istifadə olunurdu. Bundan əlavə, cənnət quşu çiçəyi əzəmət, sevgi və sədaqəti simvolizə etdiyi üçün bir çox müxtəlif əfsanə və hekayələrdə istifadə olunur. Türkiyədə kişilərə verilən yeganə çiçək kimi tanınır. Kişi idmançılara da verilir.
Cənnət quşu çiçəyinin bir çox fərqli mənası var. Bu mənalar aşağıdakılardır:
● Evli cütlüklər üçün doqquzuncu evlilik ilini təmsil edir.
● Çiçək quşa bənzədiyi üçün azadlığı simvolizə edir. Bu, həmçinin quş simvoluna görə səyahəti ifadə edən bir çiçək növüdür.
● Mükəmməlliyi və uğuru simvolizə edən bir çiçək növüdür.
● Kral çiçəyi kimi, kral ailəsini təmsil edir.
● Yer üzündə cənnəti simvolizə edən çiçəklərdən biridir.
● Çətinliklər nəticəsində əldə edilən uğuru ifadə edir.
● Xüsusilə münasibətlərdə sədaqəti əks etdirmək üçün tez-tez verilən bir çiçəkdir.
● Həmçinin gələcək üçün ümid, nikbinlik və xoşbəxtlik üçün verilə bilən çiçəklərdən biridir.
Xüsusiyyətləri
Cənnət Quşu Çiçəyi parlaq/qismən kölgəli mühitlərə, yüksək rütubətə və 10-25°C temperatura üstünlük verir. Yaz və yay aylarında çiçək açır və tez-tez evlərdə, ofislərdə və bağlarda dekorativ məqsədlər üçün seçilir. İsti iqlim bitkisidir.
Yarpaqları geniş, uzungövdəli və olduqca sərtdir. Bütün fəsillərdə yaşıl qalır. Çiçəkləri sərt dimdikdən çıxır.
Qayğı və suvarma: Torpaq daim nəm saxlanılmalıdır, lakin kök çürüməsinin qarşısını almaq üçün həddindən artıq suvarmadan çəkinmək lazımdır. Yayda bol, qışda isə daha az sulayın. Yarpaqlara su çiləmək onun nəm ehtiyaclarını ödəyir.
İşıq və temperatur: Parlaq, günəşli və ya qismən kölgəli yerlərə üstünlük verir. Günorta günəşinin yandırıcı təsirlərindən qorunmalıdır. 15°C-dən aşağı temperatur risklidir və soyuq küləklərdən qorunmalıdır.
Torpaq və qab: Turşu, yaxşı drenajlı torpağa üstünlük verir. Kök inkişafı üçün hər 18-24 aydan bir əkin tövsiyə olunur. Çoxaldılması: Toxumdan və ya köklərin bölünməsi ilə çoxaldılır. Mənası: Sevgini, ehtirası, əbədiliyi və sədaqəti simvolizə edir.
Çiçəklənməsi üçün 3-5 ildə yetkinliyə çatmalı olan bu bitki, evdə və ya açıq havada (şaxta riski olmayan yerlərdə) yetişdirilə bilər.
Cənnət quşu çiçəyinin zərərli təsiri yoxdur. Əksinə, çox faydalı bir bitkidir. Çoxillik bir bitki olduğundan, ilboyu qapalı yerdə saxlanıla bilən çox dekorativ bir çiçəkdir.

Mənbə: İnternet




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.