Tarixdə bu gün

İlin 28-ci günü.

Mühüm hadisələr:

1921 — Türk kommunist Mustafa Sübhi qətlə yetirilib.

1940 — Ümumittifaq Kommunist Partiyası və SSRİ XKS “Azərbaycan SSR-də neftin çıxarılması və emalının artırılması üçün əsaslı tədbirlər haqqında” qərar qəbul edib.

1958 — Kiprdə ingilislərin türk nümayişçilərə atəş açması və əsgərin yük avtomobilini insanların üstünə sürməsi nəticəsində 8 nəfər həlak olub.

1982 — Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkan “ASALA” erməni terror təşkilatı tərəfindən qətlə yetirilib.

1992 — “Ağdam-Şuşa” marşrutu ilə uçan “Mİ-8” mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vurulub. Çoxu qadın və uşaq olan 44 sərnişin və ekipaj həlak olub.

Doğum günləri:

1854 —  Böyük demokrat yazıçı Mirzə Fətəli Axundovun oğlu, mühəndis, poliqlot və tərcüməçi Rəşid bəy Mirzə Fətəli oğlu Axundzadə Tiflis şəhərində anadan olmuşdur. 18 yaşındaykən “Şarl Mismerin Ali paşaya məktubu” fəlsəfi əsərini fransızcadan ruscaya , Alfred de Breanın “Bir balaca parijlinin həyatı” romanını  fransızcadan dilimizə çevirib. Rəşid bəy   həm də atasının irsini qoruyaraq gələcək nəsillərə ötürmüşdür. Rəşid bəy 1874-də ali təhsil almaq üçün Brüsselə gedib.  1878-ci ildə atasının  vəfatı onu sarsıdır, xəstələnir və maddi durumu pisləşib. 1882-də kursu bitirmədən Tiflisə qayıdır. Bir müddət sonra təhsilini bitirməkçün Peterburqa gedir və yol mühəndisi olur. 1883-1884 cü illərdə  Tiflisə dönərək Qafqaz Dairəsi Yollar İdarəsində işləməyə başlayır. 1905-də həm də quberniya katibi seçilir. 1906-1908-ci illərdə Tiflis Müsəlman Xeyriyyə Cəmiyyəti təftiş komisyonunun üzvü olub. 1909-cu ildə  ruhi sarsıntı içində özünü tapança ilə  öldürüb.

1962 — Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərov Gürcüstan Respublikası Marneuli rayonunun Lejbəddin kəndində doğulmuşdur.1977-ci ildə C.Naxçıvanski adına ali Hərbi Litseyə qəbul edilmişdir. 1980-cı ildə təhsilini başa vuraraq Vladiqafqaz Hərbi Raket-Zenit Komandirlər Məktəbinə daxil olur. 1984-cü ildən Qzaxıstanın Priozorsk və Balxaş şəhərlərində işləyir, 8 il sonra Azərbaycana qayıdır.Müdafiə Nazirliyinin təyinatı ilə Qarabağa ezam olunan təcrübəli zabit xidməti başa çatdıqdan sonra burada qalır. Şuşa cəbhəsində dəqiq atəşlərlə erməni yaraqlılarının və canlı qüvvələrinin başına od ələyirdi. O, düşmənləri böyük itkilər verməyə məcbur  etmişdi.15 may 1992-ci il Şuşanın Turşsu-Zarıslı kəndi istiqamətində gedən döyüşlərdə xeyli düşmən yaraqlısı məhv edən cəsur zabit özü də qəhrəmancasına həlak oldu.Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə kapitan Səfərov Cəlil Əziz oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri fəxri adı verilmişdir.Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.Sumqayıt şəhərindəki 10 saylı məktəb qəhrəmanımızın adını daşıyır.Gürcüstan Respublikasının Marneuli şəhərində abidəsi ucaldılıb.

Vəfat etmişdir:

1941 — Görkəmli ictimai və maarif xadimi, naşir və mühərrir
Əlisgəndər Hacibaba oglu Cəfərzadə 65 yaşında Bakı şəhərində vəfat etmişdir.
1887–90-cı illərdə Bakıda məhəllə və ilk xüsusi rus-müsəlman məktəbində oxumuşdur. 1897-ci ildə İmperator III Aleksandr kişi gimnaziyasında xüsusi komissiya qarşısında imtahan verərək Azərbaycan dili müəllimi hüququ almışdır.
Əlisgəndər Cəfərzadə Məmməd Yusif Cəfərovun böyük qardaşıdir.
Məmməd Yusif Cəfərov hüquqşünas, alim, Azərbaycan Xalq Cümhuriyyətinin Sənaye və Ticarət naziri (28 may — 17 iyun 1918), Azərbaycan Demokratik Respublikasının Xarici İşlər naziri (14 mart – 22 dekabr 1919) olmuşdur.
1895–1898-ci illərdə Nəriman Nərimanovun təşkil etdiyi qiraətxanada müdir, 1897–1920-ci illərdə ikinci Rus-müsəlman məktəbində, həmçinin Aleksey ali ibtidai məktəbində müəllim, 1906–1918-ci illərdə “Nəsri-maarif” cəmiyyətində katib, 1920–1924 Azərbaycan SSR Xalq Maarif Komissarlığında nəşriyyat şöbəsinin, “Azərnəşr”də Uşaq ədəbiyyatı bölməsinin müdiri, istehsalat şöbəsinin müdir müavini, 1924–1932-ci illərdə texniki redaktor, 1932–1938-ci illərdə isə “Azərneft”də kadr şöbəsinin rəisi işləmişdir.Cəfərzadə xalq maarifinin milli zəmində inkişafı sahəsində böyük xidmətlər göstərmiş, “Nəsri-maarif” cəmiyyətinin Bakı və onun kəndlərində açdığı ibtidai məktəblərin müəllim kadrları, dərslik və metodik vəsaitlərlə təmin olunması işinə rəhbərlik etmişdir. Azərbaycanda ana dilində müstəqil uşaq mətbuatının yaranması Cəfərzadənin adı ilə bağlıdır. O ,1906–1908-ci illərdə “Dəbistan” adlı ilk pedaqoji jurnalın naşiri və mühərriridir. Qarşısına “türk milləti-nəcibəmizin balalarına bir xidmət göstərmək”, onların “əql, zehin, əxlaqi-həsənə və hissiyyatlarını oyandırıb” inkişaf etdirməklə “zəhmətkeş, xadimi-din, millətpərəst və vətənpərəst cavanlar” yetirmək vəzifəsi qoyan Cəfərzadə əsrin görkəmli yazıçılarını ətrafına toplayaraq jurnalda mükəmməl proqram əsasında zəngin bədii və elmi-kütləvi ədəbiyyat nümunələri dərc etmişdir. O 1922-ci ildə “Maarif” adlı ilk Azərbaycan sovet uşaq jurnalının da üç redaktorundan biri olmuşdur. Cəfərzadə Azərbaycan dövri mətbuatı və kitab nəşrinin inkişafına, xüsusilə onun mürəttiblik kimi ağır sahəsinin dirçəlişinə böyük əmək sərf etmişdir. 1905–1906-ci illərdə “Həyat” qəzetinin baş mürəttibi, Rəşid bəy Əfəndiyevin 1902-ci ildə “Bəsirə-tül-ətfal” müntəxabatının, 1921-ci ildə “Füqəra füyuzatı” jurnalının, 1922-ci ildə M.Ə.Sabirin “Hophopnamə”sinin naşiri olmuşdur. Cəfərzadə həmçinin bədii və elmi yaradıcılıqla da məşğul olmuşdur.


Görkəmli adamların həyatına dair:

“Əkbər şah”
“Hacı Seyid Əzim Şirvani”
“Müəllim Naci”
“Əlişir Nəvai”
“Əli bəy Hüseynzadə”
“Həsən bəy Məlikov”


Texnikaya və memarlığa dair:

“Tac-Mahal, yaxud Mümtaz Mahal”
“Məşhur böyük binalar”

Hekayələri( Bu hekayələri uşaqların fikri və mənəvi inkişafında böyük rol oynamışdır):

“Balaca Firidun”
“Ata və oğul”
“Mərhəmətli Fatma”
“Cəmilənin sərgüzəşti”


Dərslik


1900-cü ildə Sultanməcid Qənizadə ilə birgə aşağıdakı dərsliyin müəllifidir. “Kilidi-ədəbiyyat”
Elmi əsərləri
“Müsləhəddin Sədi Şirazinin tərcümeyi-halı ilə bərabər onun

1944 – Azərbaycan görkəmli maarif xadimi, pedaqoq, yazıçı Qantəmir (Qafur Sədrəddin oğlu Əfəndiyev) vəfat etmişdir. Qantəmir 1888-ci ildə Göyçay qəzası, Potu kəndində dünyaya göz açmışdır. İlk təhsilini Göyçayda o dövrün mütərəqqi ziyalısı İbrahim Həqqinin yeni üsulla açdığı məktəbdə amışdlır. Ədəbiyyata marağı Abbas Səhhət və Sabir kimi böyük şairlərlə tanışlıqdan sonra daha da artır. Ali təhsilini İstanbul Universitetinin Tarix-filoloji fakültəsində almışdır. Universiteti  bitirdikdən sonra bir  müddət müəllim kimi çalışır, bir çox qəzet və jurnallarda yazıları çıxır. 1926-cı ildə daha bir peşəyə yiyələnmək üçün Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olur, diş həkimi diplomunu alır. Qantəmir (1888-1944) təəssüf ki, az qala unudulmuş, amma ədəbiyyatımızda tutduğu yerə görə unudulası olmayan nasirlərimizdəndir. 37-ci ilin repressiya qurbanlarından olan yazıçının həbsə qədər üç kitabı – “Ağıl dəryası” (1930), “Şarlatanlar” (1934), “Kolxozstan” (1935), bəraət aldıqdan sonra kiril əlifbasıyla “Seçilmiş əsərləri” (1964 və 1972-ci illərdə) çıxmışdır. 1975-ci ildə nəşr olunmuş kiçik “Hekayələr” kitabı hələki işıq üzü görmüş son kitabıdır. Qantəmir dahi Mirzə Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyevdən sonra “Molla Nəsrəddin” ədəbi məktəbinə mənsub olan üçüncü görkəmli nasirdir.

1980 — Azərbaycan SSRin Əməkdar atisti,  məşhur  diktor Aydın Qaradağlı  Bakı şəhərində vəfat etmişdir. Aydın Çingiz oğlu Qaradağlı 20 avqust 1929-cu ildə  Qubada anadan olmuşdur. Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısıdır. Aydın Qaradağlı 1946-cı ilin dekabr ayının 18-dən Radiolaşdırma və Radio Verilişləri Komitəsi Radioinformasiya Komitəsinin, 1954-cü ildən Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsinin, 1957-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsinin, 1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin diktoru olmuşdur. Aydın Qaradağlı 1980-ci il yanvar ayının 28-də Bakıda vəfat etmişdir.

1992 —    Viktor Seryogin  Azərbaycan torpaqları uğrunda gedən  döyüşlərdə  qəhrəmancasına həlak olmuşdur. Viktor Seryogin 23 mart 1944-cü ildə Tbilisi şəhərində doğulmuşdur. 1986-cı ildə Kremençuq Mülki Aviasiya Məktəbini bitirdikdən sonra Zabrat Əlahiddə Aviasiya Dəstəsinə məxsus Mİ-2 vertolyotuna pilot təyin edilmişdi. Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaradılmasında onun böyük xidməti olmuşdur. Dəfələrlə ordenlərlə təltif olunmuşdu. Qarabağ müharibəsində Viktor Seryogin sərrast atəşlərlə erməni işğalçılarının zirehli texnikalarını darmadağın edir, erməni yaraqlılarının postlarına od ələmişdir. Dəfələrlə atəşə tutulmasına baxmayaraq,  vertolyotunu  təmir etmiş və yeni uçuşlar həyata keçirmişdir. Viktor Ağdərə, Şuşa, Ağdam səmasında özünəməxsus izlər qoymuşdu. Dinc sakinləri dəfələrlə xilas edərək təhlükəsiz əraziyə daşımışdı. 28 yanvar 1992-ci ildə  Ağdam-Şuşa istiqamətində yenə sinc sakinləri daşıyarkən,  erməni yaraqlıları  vertolyotu atəşə tuturlar, Viktor alova bürünmüş vertolyotu kənara yönəldərək insanların tələf olmasının qarşısını ala bildi, özü isə heyətlə birlikdə qəhrəmancasına həlak oldu. Azərbaycan Respublikası Prezidetninin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Seryogin Viktor Vasilyeviç ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

1992 – Azərbaycanın Milli Qəhrəmanı Mərifət Nəsibov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Mərifət Nəsibov 22 may 1972-ci il Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1979-1989-cu illərdə Qazax rayon kənd məktəbində təhsil almışdır. 1990-cı il hərbi xidmətə çağırılır. Sovet ordusunda xidmət edir və 1 ildən sonra Vətənə qayıdır. Mərifət Qarabağ müharibəsi başlayanda könüllü olaraq Milli Orduya yazılır və onun cəbhə həyatı başlayır. Qanlı döyüşlərdə öz səngər qardaşları ilə  düşmənə    sarsıdıcı sərbələr vurmuş, bu zərbələr nəticəsində düşmənlər xeyli canlı qüvvə və texnika itirmişdir. 1992-ci il 28 yanvarda Mərifətin son döyüşü oldu. Qəhrəman vətən oğlu Qazax rayonunun Quşçu Ayrım kəndində gedən qanlı döyüşdə qəhrəmancasına həlak oldu. Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Nəsibov Mərifət Əhməd oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir. Mərifət  Nəsibov Qazax rayonunun Məzəm kəndində dəfn edilmişdir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!