Tarixdə bu gün

İlin 27-ci günü.

Mühüm hadisələr:

1299— Osmanlı İmperiyasının əsası qoyulmuşdur. 1944 — Böyük Vətən Müharibəsi: Leninqradın 900 günlük mühasirəsi başa çatıb. 1993 — Azərbaycan Respublikası Çexiya ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1806 – İsmayıl bəy  Sultan Nəsrullah oğlu Qutqaşınlı keçmiş Qutqaşın mahalında (indiki Qəbələ) rayonunda anadan olub.Atası Nəsrullah Sultan Qutqaşın mahalının son sultanı olmuş, Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra həmin mahalın başçısı təyin edilmişdir. Həmin dövrdə keçmiş xan və bəyləri daima itaətdə saxlamaq üçün çar Rusiyası onların uşaqlarını çar ordusunda zabit kimi əsir saxlayırdı. Nəsrulla sultan özü  də  Çar Rusiyasına etibar etmirdi.  Qutqaşınşünaslığın banisi Salman Mümtaz “Rəşid bəy və Səadət xanım” hekayəsi mühərriri Qutqaşınlı İsmayıl bəyin həyatı” məqləsində yazırdı: “Özünün böyük və görkəmli oğullarını dürlü-dürlü bəhanələrlə evdə saxlayıb,  aciz və fərsiz zənn etdiyi kiçik yaşlı İsmayıldan çar-naçar əl-çəkməyə məcbur oldu.Fərsiz nəzərə gələn İsmayıl təhsilini ikmal etdikdən sonra elə bir kamallı, qabiliyyətli igid oldu ki,əqill və bacarıqlı sayılan qohum və qardaşları onun yanında hər bir cəhətdən heç mənziləsində qaldılar”. İsmayıl  1822-ci ildə rus ordusunda xidmətə başlamışdır. Peterburqda dörd il  kadet məktəbində oxumuşdur.1822-ci ildə bu məktəbi bitirib, Əlahiddə Qafqaz Korpusu tərkibindəki Gürcüstan qrenadyor alayında sıravi əsgər kimi hərbi xidmətə başlamışdır. İsmayıl bəy Rusiya-İran (1826-1828) və Rusiya-Türkiyə (1827-1829) müharibələrdən iştirak etmiş, döyüşlərdə fərqləndiyinə görə ordenlərə layiq görülmüşdür. Müharibələr qurtardıqdan sonra o, hərbi xidmətini davam etdirmiş, vəzifəsi ilə əlaqədar bir müddət Varşavada yaşamışdır. O, hərbi işi dərindən öyrənmiş, sıravi əsgərlikdən general-mayor rütbəsinə qədər yüksəlmişdir. 1841-ci ildə İ.Qutqaşınlı istefaya çıxmış və öz vətənə qayıdaraq, Qutqaşın və Şamaxıda yaşamış, dərs demişdir. Rus ordusunda 25 illik xidmətdən sonra İsmayıl bəy 1847-ci ildən Şamaxıda “Bəy kommissiyası”nda işləmişdir. İ.Qutqaşınlı 1861-ci ildə Ağdaş mahalında karvansarada yemək yeyərkən Rusiyanin əli ilə ermənilər tərəfindən suyuna zəhər qatılmaqla həyat yoldaşı Tutu xanım Bikə ilə birgə həyatına son qoyulmuşdur. Belə ehtimal olunur ki, 1854-cü ildə onun  Anadolu ordusunun baş komandanı Mustafa Zərif Paşanı Azərbaycan və Dağıstana çağıran məktubu erməni M.T.Loris-Məlikovun əlinə düşmüş, nəticədə,  İ.Qutqaşınlı 1855-ci ildən nəzarət altına alınmışdı. İsmayıl bəy Qutqaşınlı Tutu xanım Bikə ilə birgə Qəbələdəki Soltanbaba qəbiristanlığında dəfn edilmişdir. 

1906 — Azərbaycan alimi, tarixçisi və şərqşünası Sara Balabəy qızı Aşurbəyli Bakıda anadan olmuşdur. 1925-ci ildə İstanbulda Müqəddəs Janna d-Ark adına fransız kollecini, 1930-cu ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq, 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Xarici dillər fakültələrini, həmçinin Azərbaycan Rəssamlıq Məktəbini  bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetində baş müəllim, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda dekan vəzifəsində çalışmışdır. Ali məktəblərdə Azərbaycan tarixi, Qərb və Şərq mədəniyyətləri haqqında mühazirələr oxumuşdur. Sara Aşurbəyli  Azərbaycan Tarixi Muzeyində Orta əsrlər tarixi şöbəsinin müdiri, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi və aparıcı elmi işçi vəzifəsində işləmiş, 1993-cü ildən ömrünün sonuna qədər Akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi olmuşdur. O, “Bakının tarixinə dair oçerklər”, “Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri” və “Şirvanşahlar dövlətinin tarixi” kitablarının müəllifidir. Bu tədqiqatlarına görə Sankt-Peterburqda tarix elmləri namizədi, Tbilisidə isə, 1966-cı ildə tarix elmləri doktoru adına layiq görülmüşdür. Azərbaycan tarixinə, mədəniyyətinə həsr etdiyi məqalələrinə, tədqiqatlarına görə isə o, Azərbaycan Dövlət Mükafatı  Laureatı, “Şöhrət” ordeni və  Əməkdar Elm Xadimi adı ilə mükafatlandırılmışdır. Görkəmli alim 2001-ci il iyulun 17-də 95 yaşında Bakıda vəfat etmişdir.

1939— Əməkdar incəsənət xadimi, Aşıq Ədalət (Ədalət Məhəmmədəli oğlu Nəsibov) Qazax rauonunda anadan olub. Saz çalmağı atasından öyrənibr. Gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət almışdır. Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olmuşdur. Türk yazıçısı Əziz Nesin onun haqqında söyləmişdir: “Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur”.O, “Qaytarma”, “Baş sarıtel”, “Ruhani”, “Yanıq Kərəm” və başqa saz havalarının bənzərsiz ifaçısıdır.Ə.Nəsibov Azərbaycan mədəniyyətini, aşıq sənətini dünyanın bir çox ölkələrində ləyaqətlə təmsil edib. Fransa, İtaliya və Avropanın digər  ölkələrində bənzərsiz ifaları ilə sazımızı sevdirib. UNESCO tərəfindən onun ifaları ayrıca lentə alınıb.Ustad aşıq uzun sürən xəstəlikdən sonra 14 sentyabr 2017-ci ildə 78 yaşında Bakı şəhərində vəfat etmişdir. Ağköynək qəbiristanlığında dəfn olunmuşdur.

1939 – Aktrisa Ofeliya Rza qızı Əfqanlı (Ofeliya Aslan) Bakıda anadan olub. Ofeliya Aslan kiçik yaşlarından qəlbində səhnəyə məhəbbət bəsləyən Ofeliya Abbasqulu Ağa Bakıxanov adına Quba Dövlət Dram Teatrında (1956-1958),Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı(1958-1961) işləyib.1963-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı xorunda oxuyub.1965-1968-ci illərdə isə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərib. 1977-1983 –cü illərdə Dövlət İncəsənət İnstitutunun   Musiqili komediya aktyorluğu fakültəsində qiyabi təhsil alıb. Ofeliya Aslan 1968-ci ildən ömrünün sonuna Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktrisa olub. O, Musiqili Komediya Teatrında xeyli tamaşalarda çıxış edib. Bir sıra səhnə əsərlərində diqqətçəkən rollar oynayıb. 54 il teatrda çalışsa da heç bir fəxri ad verilməyib. Aktrisa 18 may 2010-cu ildə 71 yaşında ürəktutmasından vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub.

Vəfat etmişdir:

2014 —Azərbaycan Respublikasının Əməkdar artisti Məhəbbət Sllahverdi oğlu Kazımov uzunsürən xəstəlikdın sonra 72 yaşında Bakıda vəfat etmişdir.
Məhəbbət Kazımov1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olmuşdur. Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində alıbdır. Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilmişdir. Musiqi təhsili alması üçün qohum-əqrabanın təkidi ilə 1974-cü ildə Bakı şəhərinə gəlmiş və Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunmuşdur. İlk muğam dərslərini Nəriman Əliyevdən almış, sonradan Ağaxan Abdullayevin sinifində oxumuşdur.
1976-cı ildən peşəkar səhnədə çıxış etmiş, “Dan Ulduzu” ansamblının solisti olmuşdur. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər vermişdir. Bir çox xarici ölkələrdə, Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və başqa ölkələrdə qastrol səfərlərində olubdur. Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında, bir çox tanınmış mahnı və muğamlar oxuyubdur. Ən çox sevilən mahnılarından biri də “Laçınım” mahnısıdır.
Məhəbbət Kazımov vəfat edənə qədər “Laçın” instirumental ansambılının rəhbəri olmuşdur.

2014— Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor, yazıçı İslam Məmməd oğlu Ağayev 82 yaşında   vəfat etmişdir. İslam Ağayev 20 avqust 1932-ci ildə  Bülbülə qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Filologiya fakultəsində təhsil almışdır. 1957–1960-cı illərdə Azərbaycan Dövlət Kitabxanasında baş biblioqraf işləmişdir. 1960-cı ilin iyun ayında Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutuna kiçik elmi işçi vəzifəsinə dəvət edilmişdir. 1964-cü ildə “Satirik “Zənbur” jurnalı” mövzusunda namizədlik, 1984-cü ildə “Molla Nəsrəddin” jurnalı və XX əsrin əvvəlləri Azərbaycan  ədəbiyyatının ideya – bədii inkişafı problemləri” mövzusunda elmlər doktoru dərəcəsi adı almaq üçün dissertasiya müdafiə etmişdir. Bu vaxta kimi, XIX əsrin sonları – XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı və dövri mətbuatının tarixi, şəxsiyyətləri, ideya və nəzəri problemləri mövzusunda 15 kitabi, 150-dən artıq məqaləsi dərc edilmişdir. Hazırda çap olunmaqda olan çoxcildli “Azərbaycan ədəbiyyatı tarixi” kitabının müəlliflərindən biridir. 1976–1987-ci illərdə dərc edilmiş 10 cildlik “Azərbaycan Sovet Ensiklopediyası”nın əsas məqalə və 2004–2005-ci illərdə dərc edilmiş 2 cildlik “Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası”nın baş redaksiya heyətinin üzvü və əsas məqalə müəlliflərindəndir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!