Hikmət bağçası/Kəlamlar

Atasız evlərdə axşam tez gəlir. Atasız ev başı örtüksüz gəlin kimidir. Allah insanlar üçün, ata isə uşaqlar üçündür. Bir atanın rolu yüz müəllimin roluna bərabərdir. Ata çinar kimidir.Meyvəsi olmasa da kölgəsi yetər . Ana qızına taxt verər, ata qızına bəxt!
Atalar sözləri

Atanın tədbirliliyi övladları üçün ən təsirli nəsihətdir. Demokrit

Atalarınızla yaxşı rəfdar edin ki, uşaqlarınız da sizinlə yaxşı rəfdar etsin. İbn Sina

Allahdan dərhal sonra ata gəlir. Motsart

Ata uşağı böyük dünyaya tanıdan insandır. E.Fromm

Hamı eyir ki, mən anamı sevirəm, anam ən yaxşısıdır! Mən bununla razıyam, amma ataları niyə unudublar? Mənim atam da ən yaxşısıdır! Və hər birimizin ən yaxşı atamız var… Sadəcə, bizim üçün! Kamyu

Bir ata yüz müəllimdən də dəyərlidir. Bütün məktəblərə, institutlara, internatlara baxmayaraq, yaxşı atalar olmadan yaxşı təhsil yoxdur. Volter

Ata olmaq asandır, atalıq etmək çətindir. V.Buş

Artıq yeriməyi öyrənmişəm. Amma yenə də yıxılmaqdan qorxuram. Əllərimi buraxma, ata! Bir övladın atasına məktubundan

Mənim atam,
Gəl dəyişək qəlbimizi,
qayğımızı.
Mən sən olum,
Sən mən, ata!
Gəncliyini pay yerinə,
Körpələrlə bölən atam.
Ailən böyük,
qayğın ağır.
Evimizin güzəranı
Sənə baxır.
Süfrəmizin bərəkəti
çörəyimiz, suyumuzsan, .
Sevincimiz, fərəhimiz,
Nişanımız, toyumuzsan.
Saçlarını ağ görürəm,
Qocalırsan, mənim atam.
Gəl dəyişək yaşımızı,
Gəl dəyişək saçımızı,
Dəyişdirək ömrümüzü.
Eynək taxma gözlərinə,
Gözlərimi tax gözünə,
Mənim odum, mənim adım,
mənim atam.





Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.