Qadın, ana, ailə dəyərləri

Həyat yoldaşınızla əlaqəniz çox yaxşı gedir, qarşılıqlı sevginizdən şübhəniz yoxdur, amma lap ürəyiniz istədiyiniz kimi mehribanlaşa bilmirsiniz. Kim mehriban, səmimi, qarşılıqlı olan bir ülfət, ünsiyyət istəməz ki? Amma gerçək həyatda bu, o qədər də asan olmur. Romantik bir axşam yeməyində birdən gəncliyinizlə bağlı, keçmişdə olanlardan soruşur, ya da hər oturduğunuzda nəyə əsəbiləşdiyini belə anlamadığınız bir problemdən söhbət açır.Yəqin ki, belə olanlar az deyil.

Xoş bir yemək süfrəsində birdən keçən keçmişdə sizmi onu, omu sizi daha çox sevdiyiniz barədə soruşur. Aləm dəyir bir-birinə. Siz keçmişi artıq xatırlamaq istəmirkən, o, sizə hər gün demək olar ki, bunları yada salır, keçmişi yaşadır. Əslində bu sualların və problemli rəftarın altında qısqanclıq hissinin yatdığını hamımız bilirik. Sevdiyiniz qadının/kişinin sizi qısqanması əyləncə ovqatı yarada bilsə də, ehtiyatlı davranmaq, nəyin, hansı münasibət, söhbət və ya əhvali-ruhiyyənin vəziyyətə uyğun olduğunu bilmək böyük diqqət tələb edir. Bildinizmi, buna səy etməli və bu mühiti yaratmalısını. İki sözün arasında xatirə dünyanızın dolanbaclarında qalan hadisədən, şəxsdən(keçmiş sevgilidən) bəhs olunması canınızı sıxır və keçən keçmişdə qaldığı kimi bugünkünə də zərbə vurur. Belə xatirələr qadınlarda, sözsüz ki, var, amma kişilərdə daha üstünlük təşkil edir. Görünür, fərqi yox, qadın edib, kişi edib, subaylığında hissin, emosiyanın axarına düşüb gedib. Artıq bunlar çox-çox əvvəlki dünənlərdə qalıb. Bu narahatlıqlara son vermək və bu günü yaşamaq lazımdır. Lazım gələrsə, özümüzü “son aşkımıza” inandırmaq üçün lap dash etiraf etmək lazım, tövbə etmək lazım. Tövbə, etiraf özü də bir aristokratiyadır.
Belə hallarda onu da anlayaraq yeni bir ahənglə özünüzü bir daha izah edin. “Empati” (özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissi)son əsrin ən yaxşı ünsiyyət vasitələrindən biridir. Etməniz lazım olan budur ki, mövcud dünyanızda hazırki sevgilinizdən başqanın kimsə lövbər sala bilmədiyini dilə gətirəsiniz və yaşananlar da bundan soraq versin. İnsanlar sevdikləri və davam etdikləri şəxslərlə sədaqət münasibətlərini hər zaman sınayar, sona çıxarmağa çalışırlar, yetər ki inansınlar! Qarşınızdakının də razı olmağa ehtiyacı olduğunu ağılınızdan çıxarmayın. Bir anda əsəbiləşib ‘”istər inan, istər inanma” demənin sizə bir faydası olmaz. Qarşınızdakı sizə inanmaq istəyirsə, onun üçün dəlillər tapmaqdan və razı etməkdən başqa yolunuz yoxdur, təbii ki, sevgilinizi həyatınızda hər şeydən çox istəyirsinizsə.
Qadınlar bir kişini unutmadan yeni bir əlaqəyə başlamaz. Amma bunu bu an həyatınızda olan kişiyə inandırmaq az qala qeyri-mümkündür. Problemləri doğru olaraq, açıqdan-açığa həll edin.

Keçmiş sevgilinizi deyil, ürəyinizdəki və yanınızdakını daha çox sevdiyinizi və sizin həmişə onun yanında olmaq istədiyinizə inamınınızı ifadə edin. Mövzu keçmiş sevgidən düşəndə, niyə duruxasınız ki, minik öpücüklərlə həqiqi sevdiyinizə sevginizi dəmadəm göstərin. Əvvəl nəm-nüm edə bilər, amma ağlının bir küncündə bu etmək istədiyinizə onun da çox ehtiyacı olduğuna əmin ola bilərsiniz. Artıq nə vaxtdandır sevgilinizdə bir qəribəlik var, amma siz fərqində olmamısınız. Sanki sizinlə əlaqədar bir şeyə incik, amma hər soruşduğunuzda “bir şey yox” deyib ötmək istəyir. Fəqət, hərəkətləri, sizə olan mövqeyindəki süstlükdən bir problem olduğunu göstərir. Sizin yaddaşınızda bu qaşqabaqlığa səbəb olmuş bir hadisə yox, yəni hələlik … Amma səbəbsiz də heç nə olmur.
Kişilər bir problem olduğunu saxlama mövzusunda nə qədər uğurludursa, qadınlar da altıncı hissləri ilə bu problemi qəbuletmə mövzusunda o qədər iddialıdırlar. Siz bir problem olduğunda üstünə düşüb dərhal həll tərəfdarısınızsa, sevgiliniz də o qədər qaçma tərəfdarı. Bu, bir qısqanclıq mövzusu ola bilər, bəlkə də hansısa bir məqamda sizin hansısa bir sözünüzdən incimyər-küsər, ya da etdiyiniz bir hərəkəti özünə götümüş olar.
Şirin dil “ilanı yuvasından çıxarar”, amma o, ilan deyil ki…uşaqlarını atasıdır. Siz hələ birlikdə bu uşaqların, ailənin gələcəyi üçün daha birlikdə addımlamalısınız.
Sizin kimi onun da bu məqamda , yəqin ki, dişi bağırsağını kəsməsinə baxmayaraq, niyə danışmayasınız ki, gərginlik azalsın. Kişilərin anlaşılmaz tərəflərindən biri daha budur … Belə vəziyyətlərdə üstünə gedib problemin nə olduğunda israr etmənin faydası yoxdur. Çünki bəlkə sizə isiişmə ehtimalı aşağıdır. Hətta bir az daha məcbur etsəniz, “göy guruldayar, şimşək çaxa” bilər. Belə vəziyyətlərdə öz aranızda çəmini tapıb, damarın tutub ağzından söz almaq ən yaxşı üsul. Həm də bunun da münasib vaxtında etməlisiniz. İstənilən vaxt məqsədə nail ola bilməzsiniz. Heç ola bilməz ki, qadın ərinin içinə yol tapa bilməsin, söhbət iki ən yaxın sirdaşdan gedir.

Hər bir ailə cütlüklərinin bir-birlərinin boynunda əbədilik sirdaşlıq haqqı var. Yəni mümkün olmayan nəsə yoxdur. Rəhmətlik Rəhman Babaxanlı demiş: “Ölümün də çarəsi var, axtarıb tapan olsa…”
Sevgilinizi ona olan eşqinizə inandırmaq üçün dəlillər tapmaq, xoşbəxt və məmnun etməkdən başqa yolunuz yoxdur, təbii onu həyatınızda istəyirsinizsə …
Donda isə auditoriyamıza ərkyana müraciət edəcəyəm:Allahı sevərsiz, kişiləri tənha buraxmayın…. Bir ailənin uğursuzluğa yönlənmə ehtimalları daha çox qadının proletarı cin atına mindirib arxasınca da daş atması ilə bağlıdır. Belə atı saxlamaq çətin olur, amma proletarın yenə dönmə ehtimalı var, həm də çox. Küsdürməyin, oldumu?! Gücü çatmadığına vadar etməyin. Kimin həyatı belə təmin olunmuşdur olsun. Allah sizə ondan da dəyərli ərməğan əta edib. İnanın çox pula, sərvətə sahib olmaqhəyatla oynamaq deməkdir. Belə gördük. Siz, sadəcə, Allahdan sevgi dolu hüzur arzulayın. Bu sərvət əbədididir, qaldıqca üstünə gəlir.
Eləc proletalar öz paralarına belə yanaşsın, məşhur türk yazıçısı Ə.Nesinin sözlərini heç vaxt unutmayın:

– Bir qadına nə verirsiniz verin, onu daha da böyük hala gətirir, sevgi versən, sənə bir uşaq verər. Sən ona ev verirsən, o da sənə ev verir. Sən ona tərəvəz verirsən, o da sənə yemək verir. Sən ona bir təbəssüm verirsən, o, sənə ürəyini verir. Ona bir mahnı oxu, sənə musiqili ürək verəcək.
O, nə alacaqsa, çoxaltmaqla geri qaytaracaq. Amma bunu da unutmamalı: palçıq atarsan, əvəzində bir bataqlığa qərq olmağa hazır ol.
Və sonda bütün ailələrimizə səmimiyyət, qarşılıqlı etmiad və güzəşt dolu secgi arzuıayıram. Qoy bu məşhur mahnı bütün ailələrimizin əbədilik SEVGİ HİMNİ olsun:
***
Mehribanlıq səadətdir,
Mehribanlıq səadətdir,
Səadəti yaşadağın.
Ömrün şövqü məhəbbətdir,
Ömrün şövqü məhəbbətdir,
Məhəbbəti yaşadağın.

Üstümüzdən keçdi külək,
Üstümüzdən keçdi külək ,
Şən zarafat,şirin kələk.
Biz mehriban ailəyik,
Biz merhriban ailəyik,
Gəlin dostlar,deyək -gülək.

Hər bir evə nur yağdıran,
Hər bir evə nur yağdıran,
Mehribanlıq işığıdır.
Məhəbbətlə yanan çıraq,
Məhəbbətlə yanan çıraq,
Ürəklərdə işıqlıdır.
Ürəklərin işığıdır.

Qeyd: Yazı tərcümə materialında istuifadə ilə təqdim edilir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.