Müzakirə

Doğrudanmı kişi və qadın arasında ağıl üstünlüyü vardır? Doğrudanmı qadınlar kişilərdən daha ağıllıdır ? Təəssüf ki, bu cür suallara, bu cür düşüncələrə hələ də rast gəlinir. Belə müqayisə, əlbəttə ki, səhvdir, yersizdir.

Heç demək olarmı ki, qardaş ağıllıdır, yoxsa bacı və yaxud ər roluna görə ailədə qadından daha üstündür. Təbii ki, biz cinslərin qarşı-qarşıya qoyulmasının əleyhinəyik.. İstər ailədə, istər cəmiyyətdə qadının da, kişinin də öz rolu və funksiyaları vardır. Hamımız qadınların taleyimizdəki yerini bilirik. Amma cinsləri, xüsusiyyətləri fərqli olanlar arasında müqayisə edilməsi sağlam mühakimə deyil. Lap təbiətin özündə də belədir.Məsələn, kim inandıra bilr ki, qoz fındıqdan yaxşıdır və yaxud əksnə, fındıq qozdan pisdir. Hər birinin öz yeri, öz məxsusilikləri var. Bunlar tam fərqli-fərqli cinslər/meyvələrdir.

Birillik ağacla ikiillik ağacdan eyni miqdarda məhsul gözləməzlər.

Çəkisi 23 kq olan pəhləvanı güləşmək üçün çəkisi 50 kq olan pəhləvanla eyni meydana çıxartmazlar. Hər yaş öz yaşına uyğun idmançı ilə qarşı-qarşıya gəlməlidir.

Fərqli xüsusiyyət, ümumiyyətlə, oxşar cinslər, eyni əşyalar arasında arasında axtarılır.

Qadınla kişi müqayisə edilərkən fərq kimi demək nə dərəcədə doğrudur ki, qadın dünyaya uşaq gətirir, kişi yox. Axı Allah tərəfindən onların yaradılış mükəmməllikləri belədir. Belə mükəmməllikləri müqayisə etmək nə dərəcədə doğrudur? Əgər bir kişi qadına “siz nə bərabərlik axtarırsınız, bizim kimi yerin altında – şaxtalarda işləyə bilirsinizmi” deyəcəksə, həmin qadından onda bəs siz bir yavrunu 9 ay bətninizdə bəsləyə bilirsinizmi?” sualı alması gözləniləndir.

Nə kişi qadına belə arqument gətirməməlidir ki, qadınlar da bizim kimi yerin altında, kömür ocaqlarında, mədən ocaqlarında işləyə bilməz , nə də qadınlar deməməlidir ki, kişilər uşaq doğmurlar. Çünki qadının orqanizmi buna uyğun deyil. Bəzı ölkələrdə qadın belə çətin işlərdə işlədilirsə, bu, bir haqq deyil, qadına zülmdür. Hər kəsə, fiziki imkanlarına görə iş verilməlidir. Allah heç bir kişiyə o xəcaləti qismət etməsin ki, gözləri qarşısında qadının vücuduna uyğun olmayan iş gördüyünün şahidi olsun.

Qadının boksçu, güləşçi olmaması onun dəyərini sala bilməz. Limonun turş olması limon üçün bir əskiklik deyil. Çünki limon şirinin əksi olaraq yaradılmışdır. Cənab Haqq qadını da məhz ağır işlər görməyə yaratmamışdır.

Qadınla kişi eyni cins olsalar da, bərabər xüsusiyyətlərlə yaradılmayıb. Xüsusiyyətləri fərqli olan şeyləri müqayisə etməzlər. Məsələn, gəmi, təyyarə və avtobus minik vasitəsi olduğu halda, birinin digərinə üstünlüyü deyilə bilməz. Təyyarə dənizdə üzə bilmirsə, gəmidən aşağı sayılmamalıdır. Gəmi başqa bir gəmiylə, təyyarə başqa bir təyyarə ilə müqayisə edilə bilər. İkisi də quru vasitəsi olduğu halda, bir tankla bir taksi müqayisə edilə bilməz. bütün bu deyilənlərdən sonra, ümumiləşdirəsi olsaq, biz belə müqayisəni doğru hesab etmirik. Dünyanın Qadına böyük ehtiyacı var. Napoleon deyərmiş ki, mənə sağlam qadın vein, mən sizə sağlam cəmiyyət verim. Alman şairi H.Heyne yazırdı ki, dünya tarixini oxuduqca hər hansı bir rəşadət, hünər, yaxud hadisə məni təəccübləndirdikdə bəzən arzu edirdim ki, , o şeylər içərisində qadın görəydim. Görəydim ki, gizli, örtülü şeylər arasında dünyanı qadınlar idarə edir. Bunlar hər hansı bir ictimai-siyasi, sosial məzmuna tabe edilmiş fikirlər deyildir; həyatın yaşandıqca seçim qarşısında qaldığı bütün vəziyyətlərdə zühur edən bir həqiqətdir: Qadın bütün vəziyyətlərdə həyat, şəfqət, ümid paylar, əvəzini gözləmədən…. lap doğru-düzgün qiymətini almayanda da .

Lüğətimizdə, dilimizdə vəzndə, qiymətdə, dəyərdə ən uca sözlər, dəyərlər onlara verilib. Kişi olan, belə deyət, bütün məxluqat bunun fərqindədir və olmalıdır da. iradlarımız, fikirlərimiz, gözlədiklərimiz çox ola bilər… Şəxsən, mənim də var. Amma Azərbaycan kişisinin, Azərbaycan ailəsinin taleyində Qadınlarımızın haqqına sahib çıxmağa bir vəfa borcumuz olmalıdır.

Unudulmaz Hüseyn Cavid necə gözəl yazıb:

Qadın Günəş, cocuq…Ay! Nuru Ay Günəşdən alır,

Qadınsız ölkə çabuk məhv olur, zavallı qalır.

Qadın əlilə fəqət bəxtiyar olur bu cahan…

O bir mələk…onu təqdis edər böyük yaradan.

O çox sevimli, gözəl, incə,nazlı bir xilqət,

Onun ayaqları altındadır fəqət cənnət,

Qadın gülərsə, bu issız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı