Nostalji

Mavidir

Sözləri / Lyrics : Nəbi Xəzri

Musiqisi / Music : Emin Sabitoğlu

***

Bu gün heç bilmirəm, nə üçün, nədən,

Səma da mavidir, torpaq da mavi.

Görürəm dünyanı başqa rəngdə mən,

Ağaç da mavidir, yarpaq da mavi.

Mavidir, yarpaq da mavi.

Nəqərat:

Əsir haradansa sərin küləklər,

Dağdan mavi-mavi duman sürünür…

Mavi kəpənəklər, mavi çiçəklər,

Mavi çəmənlərdə qəşəng görünür.

Sulara yel dəyir, sular titrəyir,

Yerin də mənim tək böyük sirri var,

Sanki əfsanəvi nəğmələr deyir,

Mavi sahillərə mavi dalğalar.

Mən,bəlkə bilirəm, nə üçün, nədən,

Dünyanın gündüzü maviləşibdir.

Bəlkə də sən mavi geyindiyindən,

Yer üzü, Göy üzü maviləşibdir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı