Keçmiş, yoxsa müasir qadınlar? (II hissə)

Qadın, ana, ailə dəyərləri

Rəfael Həbiboğlu ( şair-filosof): – Adam bəzən puça çıxmış xəyal və düşüncələrinə yaxın bir kəsin ölümündən də betər ağlayır.

Bir vaxtlar bizim yaşadığımız cəmiyyət indikinə nisbətən xeyli təmiz və saf idi. Hər halda bizə elə gəlirdi. İnsanlar bir-birinə qarşı daha səmimi idilər, riyadan, məkrdən, hiylədən uzaq idi adamlar. Qızlar sevgilərində daha dözümlü, daha sədaqətli idilər. Fədakarlıq çatışmır insanlarda,şit, bayağı hərəkətlər üstünlük təşkil etməkdədir. Məhrəm həmsöhbət tapmaqda çətinlik çəkirik.

Kişilər tərəfə olmaqdan uzağıq. Amma düşüncələrimizə görə, həyatımızı nizamlayan da qadınlarımızdır, pozmağa səbəb olanlar da. Qadın günahkar deyil, amma o, yavrusuna göstərdiyi iltifatı atasınagöstərməyəndə, bəzən isə mövcud vəziyyəti məcrasına qaytarmaq əvəzinə, daha da qızışdıcı mövqedə olarsa, sakitləşmək üçün nikahlarının pozulması üçün müvafiq orqanlara müraciət eysinər.

İndi qadınların çoxu süriallardakı əylncə həyatına meyl edir, özlərini çətinə salmaq istəmirlər. Mən yaxşı başa düşürəm ki, hərtərəfli təmin olunmaq, rahat yaşamaq hamının arzusu və haqqıdır. Hamı istər ki, bütün ömrü yağ-bal içində, sıxıntı çəkmədən keçsin. Amma insan çətinlik görməsə, bərkə-boşa düşməsə, adi bir problemlə qarşılaşanda özünü itirir, sadə bir vəziyyətdə çıxış yolu tapmada aciz qalır.

Görürsünüzmü, həyat biz düşünən qədər də nə çox yaxşı, nə də çox pisdir…

Fikrimi bu məqama uyğun saydığım bir şeirimlə tamamlamaq istəyirəm. Hesab edirəm ki, bu şeir keçmiş və indiki qadınları müqayisə etmək baxımından yerinə düşər:

İndi qadınların çoxu yüngül həyata meyl edir, özlərini çətinə salmaq istəmirlər. Mən yaxşı başa düşürəm ki, hərtərəfli təmin olunmaq, rahat yaşamaq hamının arzusu və haqqıdır. Hamı istər ki, bütün ömrü yağ-bal içində, sıxıntı çəkmədən keçsin. Amma insan çətinlik görməsə, bərkə-boşa düşməsə, adi bir problemlə qarşılaşanda özünü itirir, sadə bir vəziyyətdə çıxış yolu tapmada aciz qalır.

Görürsünüzmü,həyat biz düşünən qədər də nə çox yaxşı, nə də çox pisdir…

Fikrimi bu məqama uyğun saydığım bir şeirimlə tamamlamaq istəyirəm. Hesab edirəm ki, bu şeir keçmiş və indiki qadınları müqayisə etmək baxımından yerinə düşər:

Əvvəl-əvvəl

bir müəmmaydın,

bir tapmacaydın,

bir bulmacaydın məndən ötrü-

aça, tapa, bula bilmirdim səni.

durğu işarəsiylə ifadə etsəm,

sual işarəsiydin,

vəznin əruz idi,

janrın da qəzəl idi.

Sonra hökm oldun, əmr oldun,

ehkam oldun, qanun oldun,

naz oldun, işvə oldun, əda oldun,

durğu kimi nida oldun,

vəznin heca oldu,

janrın dodaqdəyməz təcnis oldu.

İndi başdan-başa sərt baxışsan, göz-nəzərsən,

dinəni toza döndərib əzərsən,

özün boyda diqtəsən,

durğuyla desəm, nöqtəsən,

vəznin sərbəst,

janrın ballada,

ya da… ya da..

 Nigar (jurnlist): –  Düşünürəm ki, Azərbaycan qadını hansı dövrdə yaşamasından asılı olmayaraq, indi, ya keçmişdə, həmişə öz milli köklərinə bağlı olublar. İşləsələr belə, ailə, ev həmişə ön planda olub. İndiik dövrdə müstəqillik əldə etmiş azad ölkənin qadınlarıyıq. Bundan əvvəl sovet dövründə yaşamışıq Ondan da əvvəl ta keçmişdən bu günə qədər çox tanınmış qadınlarımız olub ki, dünyalarını dəyişsələr də yaddaşlarda kitablarda yaşayacaqlar. Bu gün də fəxarət duyacağımız qadınlar var. Məsələn, Mübariz İbrahimov kimi oğulları dünyaya gətiən analar var. Hansı ki, vətəni sevməyi onun uğrunda belə ölməyi övladlarına aşılayan qadınlarımızdır.

Bir var dövrlə, inkişafla bağlı vəziyyət, bir də var qadının özünün şəxsi taleyi. Hamımız bu yolun mübarizələrlə dolu olduğunu bilirik: acımız da var, Yaxın Şərqə, Avropaya, dünyaya səs salan qadınlarımız da. Şəxsi taleyə gəlincə, mən deyərdim ki, qadın azaddır, onun haqqı dövlət tərəfindən müdafiə edilir. Doğrudur, qadınların qayğıları çoxdur, nə qədər işlər görülməlidir. Fəqət, qadın azaddır, sərbəstdir, öz yolunu özü müəyyən edir. Keçmişdən əsas fərqimiz budur. Amma bir şeyi arzu edirəm ki, nə qədər inkişaf etsək də, milli köklərə, nənələrimizə bağlılığı unutmamalıyıq.

Ramiz Qusarçaylı (Şair):

– Qadın çins etibarı ilə kişini əksidir. Bu, onun fiziki halıdır. Qadın deyəndə ilk düşündüyümüz də bu olur. Amma bir az keçincə, özümüzə varıb düşündüyümüzcə daha dərin, həm də incə duyğular alıb gedir bizi. Hərdən mənə elə gəlir ki, dilimizdə incəlik, gözəllik, insana fərəh, yaşamaq eşqi gətirən duyğuları bildirən nə qədər söz var, hamısı qadınlardan sonra yaranıb. Qadın olmasaydı, sevmək sözü nəyə lazım idi ki…? Qadın olmasaydı, bu təbəssüm nə imiş ki gülməkdən başqa?! Qadın olmasaydı, lüğətimiz boş olmayacaqdı, amma sözlər hamısı texniki, cansız olacaqdı, cümlə yaradan, fikri tamamlamaq üçün bir vasitə olaraq qalacaqdı. Amma insan həyatı üçün bu qədər dəyərli olan xanım tarix boyu məhrumiyyətlərin ən ağırını çəkib.

Qadın zəhmətkeşdir, əzabkeşdir. Qadın sədaqət, vəfa şəhididir. yaşayır, amma şəhiddir. Mən bir qələm adamı kimi istər keçmişdəki, istərsə də günümüzdəki qadın adına ehtiramla yanaşıram. Keçmiş dövrlərdə yaşamış qadınlar bugünkü qadınların ulularıdır, ağbirçəkləridir. Bu gün qadınlarla bağlı problemlərimiz də var, qadınlar tərəfindən edilən yanlışlıqlar da var. Mən bunu sırf qadınların adına bağlamazdım. Bu, cəmiyyətin, inkişafın, daha çox Qərbdən gələn təmayüllərin təzahürüdür. Yoxsa, Azərbayccan Qadını qürurludur, sədaqətlidir, bir Ana abidəsidir.

Dr.Samira xanım ( Həkim):

– Müqayisə etməyə çalışarkən,təbii ki,ilk olaraq göz önündə olan ünsürləri sadalamaq hər kəsin ilk etdiyi işdir:keçmişdə qadınların geyimləri fərqli idi,çox ağayana,çox xanım-xatın idilər, böyük-kiçik yeri bilən,evdə böyükdən kiçiyə,bütün kişi fərdlərinin icazəsini almadan hansısa bir addım atmayan,ömrünü ailəsinə və övladlarına həsr edən,özləri oxuma -yazma bilməsələr də,övladlarının maariflənməsini istəyən,başından kəlağayısı,sinəsindən hörüyü əksik olmayan və s… Bu siyhaya əlavə edəcəklərimizi istədiyimiz qədər artıra da bilərik.Müasir qadınlar üçün isə deyə bilərik ki,həm geyimləri fərqlidir,həm həyat tərzləri,həm dünyagörüşləri,həm “qadınlığa” münasibəti…Yaxşı yöndə fərqlidir,yoxsa pis yöndə..Bu suala birmənalı cavab vermək mümkün deyil,çünki qadınların sayı qədər,müxtəlif xarakteristikalı fərqliliklər meydana çıxır.Müqayisə etməyimizi və hətta seçim etməyimizi istəyirsiniz,keçmiş yoxsa müasir qadınlar?Bu seçimi etməzdən öncə bir qədər dərinliyə baş vuraq.

Biz,müasir cəmiyyətin müasir qadınları,keçmiş qadınlar haqqında məlumatı hardan almışıq?Təbii ki,kitablardan, tarixdən..Bilmirəm,diqqət etmisinizmi,keçmiş bədii ədəbiyyatımızdakı kitablar çapa verilməzdən öncə neçə dəfə senzuradan keçirilib,neçə ədəbi tənqidçi tərəfindən yoxlanılırdı və etikadan kənar hansısa davranış yaxud personaj olarsa,onun dəyişdirilməsini tələb edirdilər və təbii ki,yazıçılar da bunları nəzərə aldıqları üçün,əsərləri üçün qəhrəman seçərkən,sözün əsl mənasında qəhrəman seçirdilər.İndiki bəzi müasir yazıçılarımız kimi,harda bəxti gətirməyən,pis yola yuvarlanan və s. qadın varsa, onu özünə qəhrəman seçib həyatlarını bütün çılpaqlığı ilə qələmə almırdılar.Yəni bu o demək deyil ki,keçmişdəki qadınların hamısı mələk,müasir qadınlar isə şeytandırlar.KİV-in insanlara necə güclü təsir etdiyinin şahidi olduğumuz bir zamanda yaşayırıq,odur ki,müasir qadınları,eləcə də kişiləri nədə isə qınamağa başlamzdan öncə ilk öncə KİV-i qınamaq və köklü şəkildə dəyişiklik eləmək lazımdır,ən azından senzuranı gücləndirmək lazımdır, bu həm də sayt rəhbərlərinə aid edilməlidir,hər əlinə qələm alana “yazar” deyib,cızma-qaralarını aktiv etməməlidir.

Bütün zamanlarda insanların tərbiyəsinə 3 amil təsir edib,keçmişdə də indi də:1.Ailə,2.Dostlar,3.KİV.Keçmiş qadınlarda,bu 3 amildən yalnız birincisi dominantlıq edirdi,çünki dost çevrəsi qazanmaq üşün məktəb,universtitetə getmirdilər,KİV dən yararlanmaq üçün oxuma -yazma bilmirdilər(mən keçmiş qadınlardan danışarkən,özümdən 3-4 nəsil öncədən danışıram),Müasir qadınlarda isə 1-30%,2-40%,3-40% olaraq, ailə geridə qalır,təəssüf ki…Təhsil almaqlarına və azad hüquqa sahib olduqlarına görə Qərb qadınları feminizm cərəyanına borcludurlarsa,etiraf edək ki,biz də Sovet hakimiyyətinə borcluyuq,qadına təhsil verməyin labüddüyünü və qadının cəmiyyətdə özünü təsdiq edərək işləməsinin əhəmiyyətli olduğunu hər kəsə dərk elətdirdiyi üçün. Ancaq yenə də seçim etmək lazımdırsa,mən heç birini seçmirən,çünki biri səbəb,digəri isə nəticədir.

Əfsanə xanım (Oxucu):

İnsanın hissləri zamana görə dəyişmir. Məsələn, mən düşünmürəm ki, başqa zamanda yaşasaydım yenə indiki düşüncədə, indici emosiyalarda olardım. Dövr xarakteri dəyişmir. Sadəcə, yaşadığımız dövr bizə hansı imkanları verirsə biz o imkanlardan yararlanırıq. Bircə fərq var. Müasir dövrdə hər şey adiləşib. Qadına sahib olmaq üçün evlilik önəmli deyil.Ona görə də kişilər evlənmək istəmir. Qadınların isə fiziki biloji təlabatları var, müəyyən yaşdan sonra bu təlabatlar ödənməyəndə xəstəliklər yaranır. Qadın məcburdu ki, kimisə yatağına qəbul etsin. Umumiyyətlə, qadınları bunda qınamaq olmaz. Bu həyatın bir qanunudur. Bu abır-haya meyarı ilə ölçülməz. Tanrı bizi bu hisslər və bu qabiliyyətlə yaradıb. həyatın qanunudu bu.Dövrümüzdə işləyən oxuyan qadınlar var. Əvvəllər isə belə olmayıb. Oxumuş qadınla savadsız qadının böyütdüyü övladlar arasında çox fərq var. Ümumiyyətlə, valideynin ziyalı olması körpəyə genetik olaraq keçir. Geyimlər, elektrik avadanlıqları isə bu ETT-nin nəticəsidi. İnsan həmişə öz həyatını asanlaşdırmağa çalışıb və çalışır. Zaman zamandır, əslinə qalsa, heç nə dəyişmir. Dəyişən odur ki, insan ölür, əvəzinə başqaları doğulur. Hər şey həyatın qanununa əsaslanıb.

Davamı var…