Qadın, ana, ailə dəyərləri

Müasir dövrdə ailə həyatının əbədi olacağına inam heç də birmənalı deyil. Toydan bir neçə ay sonra boşanan cütlüklər artıq heç kimi təəccübləndirmir. Məşhur “Hopes & Fears” (“Ümidlər və qorxular”) nəşri maraqlı bir müşahidə aparıb və dünyanın müxtəlif xalqları üçün xas olan evliliklərin ömrünü və boşanmaların statistikasını elan edib.
İtaliya,Kanada,Fransa, ABŞ, Meksika,Yaponiya, Afrika, Avstraliya, London,Qətər ölkələri arasında aparılan araşdırma üzrə İtaliya evliliyin ən uzun (15 -18 il) davam etdiyi ölkə olaraq siyahıya liderlik etmişdir.

Biz buna paxıllıq etməsək də, araşdırmanın kamil olmadığını düşünürük, başqa sözlə, arşdırma məsələnin mahiyyəti, səbəbləri, gedişatı kimi prinsiplərdn uzaq və ən yaxşı halda, ancaq araşdırma aparılan ölkəər üzrə müəyyən təəssürat yaradan səthi məlumatlardır.
Ailə insanlığın, həyatın mənbəyidir, davamlılığıdır. Əgər həyatın davam etməsini istəyiriksə, ailə institutu qorunmalıdır: Fərqi yoxdur İtaliyadadır bu ailə,
Monqolustandadır və ya Qətərdədir. Bu cür məsələlər bəşəri ölçülərdir, hər kəs bu ölçüləri qəbul etməli, na xidmət etməlidir. Ailə elə birlikdir ki, bütün insanşünaslıq duyğuları: sevgi, sədəaqət, mərhəmət, ehtiram, qayğıkeşlik, məsuliyyət… yaşamağə şərtləndirən və mənalandıran nə varsa, ailə bağlılığında, ailə cavabdehliyində yaranıb formalaşır. Ailə olmasaydı, ailə bağlılığı olmasaydı, insanlar ailə həyatına, övldlarına, nəvələrinə bu qədər mehr salmasaydılar, çox qəddar olardılar. Mən , sən, o, övladlarımız, nəvələrimizi seviriksə, deməli həyat üçün, dünya üçün, onun əmin-amanlıqla qorunub davam etməsi üçün hamımız maraqlıyıq.
Azərbaycan torpağı o qədər səfalı və bərəkətlidir ki, burada yaşayan insanlar hər dövrdə uzunömürlü sakinləri olan ölkələr sırasında olub. Azərbaycan xalqı islam dini kimi elə bir dinə malikdir ki, bu din insana hər zaman şəfqət, halallıq, mərhəmət, etimad kimi gözəl əxlaqi sifətlər bəxş edir.Yəni, Azərbaycan ailəsinin uzun davam edən ailəlr sıraslnda olması kimsədə şübhə doğurmasın. Bizim babalar, babalarımız bu əxlaqı verən islam dini, nə də biz – Azərbaycan insanları Macar ailələrinin davam etmə müddəti bizdən üstün olsa belə, buna daralmarıq ki, öyrənməyə, yaxşı olanları götürməyə çalışarıq. Bu gün ailə institutu çox ciddi aşınmalarla üz-üzə qalmışdır, hələ belə demək mümkünsə, oxuduqlarımıza, gördüklərimizə, eşitdiklərimizə əsasən, ailə institutunun mövcudluğu narahatçılıq doğurur. Bu qədər boşanmalar olarmı, bu qədər xəyanətlər olarmı? Ailə xəyalla qurulmaz. Ailə qadına sahib olmaq, qadına çatmaq deyil, ürəyə sahub olmaq deməkdir. Ailə qadınla birlikdə ilk sevdiyindəki eşqi sonadək qorumaq, yaşatmaqdır.
Bu yanaşmada indi sizə insanlığa nümunə olacaq bir xoşbəxt ailə cütlüyü barəsində məlumat verəcəyik: Ginnesin Rekordlar kitabına düşmüş Kərəm və onun qadını – 90 il birgə yaşadıqları Katari Çand barəsində.
Əslən Hindistanın Pəncab əyalətindən olan 107 yaşlı Kərəm və 102 yaşlı Katari 1925-ci yanvar ayının 6-da ailə qurmişlar: 8 uşaqları və 28 nəvələri var.

Cütlük bu qədər uzun evlilik sirlərini bir-birlərinə hər şəkildə diqqət etmələri ilə bağlayırlar.
Cütlük etiraf edir ki, gülüş və qayğı bir-biri haqqında uğurlu nikaha qarşı olan açardır. Kərəm Çand müsahibəlrinin birində demişdir ki, mənim sirrim Katarini güldürmək, həmişə təbəssümlü olmaına çalışmaqdır, çalışmaq yox, nail olmaqdır. Şən əhvali-ruhiyyə yaradan maraqlı söhbətlər edirəm, bəzən komik də oluram; romantik də , əlbəttə, oluram. Arvadmı o qədər çox sevirəm ki bir 80 ili daha birlikdə keçirə bilmək üçün əlimdən gələni edəcəyəm.
Katarini isə özlərinin vegetarian olduqlarını və bu qədər illər boyunca yoldaşına hər gün təzə tərəvəz yeməkləri hazırladığını ifadə etmişdir. Bu sədaqətli xanım demişdir ki, sağlamlıq çox əhəmiyyətli və vacibdir. Kərəmə ən üstün səviyyədə yaxşı baxmağa çalışdım ki, bir ömrü durnalar kimi birlikdə başa vura bilim.Bir də “chapatti’min (Hindistan mətbəxində lavaşa bənzər bir çörək] bir parçasını həmişə ona ayıraram. Bu həm onu xoşbəxt edir, həm də mənim zərif qalmamı təmin edir.
Birlikdə vaxt keçirmənin də evliliklərinin ömrünü uzatdığına inandığını söyləyən Karam Çand, heç bir zaman bir-birlərindən ayrı qalmadıqlarını, hər yerə birlikdə getdiklərini və hər zaman birlikdə yatdıqlarını izah etdi.
Ömrün, yaşın 100 səddini keçmiş və bu ömrün 90 ilini birlikdə yaşamış Klaren və Mayme Vail cütlükləri dünya üçün çox ibrətamiz bir örnəkdir, sədaqət və vəfa nümunəsidirlər.

Söhbət 4-5 qadın alıb və ya 4-5 ərə gedən cütlüklərdən getmir ha…))))Söhbət bığ yeri təzə tərləyən bir gəncin, al yanaq bir qıza “bir ömür məni mutlu edərsənmi deyəndə, o da çox ağayana, sakit və səmimi baxışları ”ilə razılıq etmiş əsl sevgi pərvanələrindən gedir və onlar bunu dünyaya belə sübut ediblər. Kimsə məni qınamasın, indiki gənclərin böyük əksəriyyəti o dövrlərdə yaşamış olsa idi, çoxları bəlkə də ayrılmışdı. Mən indi ailələrdə bir (əlbəttə, hamıya aid deyil, amma xarakterik olacaq qədər çoxalıb) inamsızlıq, etimadsızlıq duyuram, görürəm. Elə bil ki, indiki gənclər ya “müqavilə öhdəliyi” ilə evlənirlər, ya da ya da ikiüç problemlə qarşılaşanda artıq beyninin əhəmiyyətli bir hissəsində ayrılmaq fikri lövbər salıb start gözləyir. Bir-bilərinə eyhamlı sözlər işlətmək, edəcəkləri qayğıları biyara edən kimi etmək, özbaşına qərarlar qəbul etmək, sosiallaçmaq, bərabərlik statusunu, haqqı olduğunu dilə gətirmək kimi təhlükəli meyillər formalaşıb. Hər dəqiqə ayrılıq havası hücum çəkə bilər. Bu, sevgi həyatı deyil, belə evlilik yaşamaq üçün arzu edilən evlilik deyil. Bu, cəmiyyətin anomaliyalarına təslim olmaqdır.
Amma baxın, 90 il birlikdə ailə səadəti yaşayan Kərəm və Katari bir-birlərinə necə sədaqətli olublar .
Müasir tarixdə ən uzun nikah Amerika Birləşmiş Ştatlarından olan Herbert Fisher və Zelmyra Fisher cütlüyünə nəsib olub. 27 fevral 2011-ci ildə Herbert 105 yaşında vəfat edəndə onların evlilk tarixi 86 il 290 gün davam etmişdir. Zelmyra isə iki ildən sonra 105 yaşında dünyasını dəyişəcəkdi.
Herbert və Zelmyra ABŞ-ın Şimali Karolina ştatında ən yaxşı dost kimi birlikdə böyümüş və 13 may 1924-cü ildə evlənmişdilər. Onda Herbertin 18, Zelmyranın isə 16 yaşı vardı.
Onlar birlikdə Böyük Depressiyaya və İkinci Dünya Müharibəsinə tab gətirdilər, Vətəndaş Hüquqları Hərəkatını yaşadılar . Cütlük 2-10-cu ildə ABŞ-ın ilk Afrika-Amerika prezidenti Barak Obama tərəfindən təbrik edildi..
Onların rekord qıran evliliyindən 5 övlad, 10 nəvə, 9 nəticə və 1 kötücə qalıb.

…Mahnını yazan müəllif, bəsəkar, müğənni biz, amma aid edəcəyimiz kəslər əcnəbilər…
İlləri yola salmışam,
Mahnı qoşub saz çalmışam.
Ömür deyir: “Qocalmışam”,
Ürək deyir: “Yaşa hələ!”
Yaşamaq isə sevgi ilə bağlıdır. Sevgisiz yaşayacaqsansa, nə etmək fikrin var ki… ?
Mənim şəxsi fikrimə gəlincə, mən sevginin üzərinə Qərbdən əsən yellrdən, ekranlardakı erotuik səhnələrdən qaynaqlanıb impulslaşan sevgiləri rədd edirəm. Hələ yaxı k, heç də bütün beyinlər hamısı impuls qəbul edə bilmir.
Sevgini müasirləşdirmək olmaz.Sevgini inkişaf etdirmək olmaz. Bizə modern eşq lazım deyil. Orta əsrlərin sevgisi olsun.. Qoy olsun..təmiz olsun, saf olsun..Böyük –kişik olsun. Sevgi başa çatmağa can atmaq olmaz.Qoy həmişə əllər uzanılı qalsın, fəqət, istək olsun. Səhranın qızmar günəşindən gülüstana çatan yolçu suyu başına çəkəndən sonra indi kəhrizdən axan su ilə səhranın ortasında xəyal etdiyi su arasında çox fərq var..

Həyatımızdan, insanlarımızdan sevgi heç bitib-tükənməsin diləyi ilə….