Qadın, ana, ailə dəyərləri

Kişi gücdür, qadın isə o gücü idarə edən estetik və cazibə.
Lev Tolstoy

Ailə həyatının uğurlu alınmasında ən vacib məsələ nədir? Bu suala hər kəsin cavabı fərqlidir. Yəqin ki, çoxları deyəcək: “sevgi, etibar və sədaqətdir” Amma bütün bunlarla yanaşı, tərəflərin bir-birinə dəstək olması da çox mühüm amildir.
Haqqında bəhs edəcəyimiz şəxsin adı bütün dünyada məşhurdur. Amma onun həyatında mühüm rol oynamış yarısı olmasaydı, adını dahilər cərgəsinə, bəlkə də yazdıra bilərdi. Söhbət Henri Forddan gedir – dünyada ilk avtomobilin yaradıcısı Henri Forddan. Henri Ford 30 iyul 1863-cü ildə ABŞ-ın Miçiqan ştatında anadan olub. İlk təhsilini o, adi kənd məktəbində alıb. Henriin atası fermer idi. Adətən, övldlar atalarının davamçıları olurlar. Amma kiçik Henrinin fermer işinə həvəsi yox idi. O, daha çox texnika ilə maraqlanırdı. Henri Ford özünü tamam başqa sahədə təsəvvür edirdi. O, gənclik illərini “Mənim həyatım və nailiyyətlərim” kitabında belə təsvir edib: “Mən fermer işi ilə maraqlanmırdım, atam isə mənim texnikaya olan həvəsimi görsə də, bu fikirləri yaxın buraxmaq istəmirdi. 17 yaşımda məktəbi qurtarıb Draydok qəsəbəsində mexaniki emalatxanada usta yanında şagird kimi işə başladım.”
Fordun atası oğlunun onun məqsədini reallaşdıra biləcəyinə dair heç bir ümidi yox idi. Qonşuları isə onu dəli hesab edirdi. Bir sözlə, sadiq həyat yoldaşı Klara Bryant Forddan (Clara Bryant Ford) başqa, Forda heç kim inanmırdı.

Bu qadın həyat yoldaşını o qədər çox sevirdi ki, ərinin gecələr rahat işləyə bilməsi soyuq anbarda bir neçə saat lampanı onun başı üzərində saxlaya bilərdi. Dişləri soyuqdan bir-birinə dəysə də, əlləri titrəsə də, xanımı Forddan ayrılmağı ağlından da keçirmirdi. Çünki o, dərin sevgi bəslədiyi ərinə möhkəm inanırdı!
Atasının kəskin etirazlarına baxmayaraq, Henri karyerasına “Edison Elektrik Company” də mühəndis-mexanik kimi başlayıb. O, bu şirkətdə həftədə 11 dollar alırdı, iş günü isə 10 saat davam edirdi. Aydın məsələdir ki, dəbdəbəli həyatdan söhbət gedə bilməzdi. Üstəlik, öz arzusunu həyata keçirmək üçün işdən sonra o, gecə yarısına qədər anbarda çalışırdı.
Və illər keçəndən sonra günlərin birində cütlüyün evindən böyük gurultu eşidilir. Qapı açılanda bütün qonşular “dəlinin” öz arvadı ilə birlikdə arabanı atlar olmadan idarə etdiyini görür. Beləliklə də uzun illərin zəhməti öz nəticəsini göstərir. 1893-cü ildə dünya nəqliyyat tarixində görünməmiş hadisə baş verir. Qeyd edək ki, Fordun yaratdığı ilk avtomobili saatda 32 km sürətlə hərəkət edirdi. 1896-cı ildə isə özünün ikinci avtomobilini yaradıb.
Henri Fordun uğuru bütün dünyaya yayılanda, o, artıq məşhur sənaye sahibi idi. Bütün jurnalistlər bu dahidən müsahibə almağa can atırdı. Ondan müsahibə alan jurnalistlərdən biri zarafatla “Başqa həyatda kim olmaq istərdiniz?” sualını verir. Ford isə cavabında gülümsəyir və “Fərqi yoxdur, təki həyat yoldaşım yanımda olsun!”

“Edison Elektrik Company” dən aralandışdan sonra Henri Ford “Detroyt” svtomobil şirkətini yaradıb. 1902-ci ildə bu şirkətin adı “Company of Hanry Ford” ilə əvəz olunub. 1903-cü ildə isə o, məşhur “Ford motor company” ni yaradır. Az bir müddətdən sonra bu şirkətə dünyanın müxtəlif ölkələrindən sifarişlər gəlməyə başlayır. Artıq Fordun avtomobilləri hər yerdə tanınırdı. XX əsrin əvvəllərində dünyada istehsal olunan hər iki avtomobildən biri “Ford motor company” -nın payına düşürdü. Fordun avtomobil sənayesi öz coğrafiyasını ildən-ilə genişləndirirdi. 1932-ci ilə qədər Avropada Fordun artıq 7 zavodu, 12 filialı fəaliyyət göstərirdi.
Henri Ford həm də məşhur ictimai-siyasi xadimlərdən hesab olunurdu. O, hesab edirdi ki, böyük müəssisəni idarə edən şəxs öz kabinetində oturmamalıdır, o, xalqın içində olmalı, daim hərəkətdə, irəliləyişdə olmalıdır. Henri Ford 1947-ci il 7 apreldə 84 yaşında beyninə qan sızması nəticəsində vəfat edib.
Razılaşmaq lazımdır ki, bu hekayə sevginin var olduğunu bir daha sübut edir. Onu da etiraf etmək lazımdır ki, əgər səni dəstəkləmirlərsə, onda belə bir uğur qazanmaq mümkün olmur. Və ən böyük dəstəkçi hər kəsin öz həyat yoldaşıdır.
Qeyd: Yazı internet resurslarından istifadə ilə hazırlanmışdır.
P.S, Əslində, Klara Bryant Forddan 10 əsr əvvəl Sədə Qorqud cəmiyyətində var idi belə qadınlar. “Dünyaya hər cür işıq Şərqdən yayılmışdır” deyənlər heç də səhv etməyiblər. Sadəcə Qərb küləkləri çox eybəcər viruslar gətirdi qabağına qatıb, sonra da çökdürdü mənəviyyatımıza. Sabahkl yazımız eləbu mövzuda davam etdirəcəyik. Fikurləriniz çox əhəmiyyətli olardı.