Qadın, ana, ailə dəyərləri

Qızım, daha mənim həyatımın ən gözəl anları səninlə davam edir. Hər gün böyüyürsən və hər gün başqa bir uşaq olursan.

Səni izləmək mənə həmişə rahatlıq verir, ən sevdiyim mahnını dinləmək kimi. Həyatda bilmədiyin, amma öyrənə biləcəyin çox şey var, mənim hər an öyrəndiyim kimi. Qorxma, zaman bütün bunları qulağına pıçıldayacaq. Bu pıçıltılarda tanıdığınız yaxşı insanları itirməyin. Əlbəttə, çətinliyə öyrəşəcəksən, amma onun dərmanını da özün tapacaqsan. Yaxşı dostlar, gözəl xatirələr, ailən, müəllimlərin, bəlkə də çox istədiyin pişik, it, bəlkə yağış, kitabların, bəlkə bunların hamısı sənə dərman olacaq. Bu həyatın şirinləri çoxdur, daim onları qazanmağa çalış, onlardan vaz keçmə.Sənin ilklərin bizim ən böyük xoşbəxtliyimiz olub və olacaq. Yaşlandıqca bunları dərk edib, özün də həzz alacaqsan. Şərəflə yaşamaq bu həyatda ən böyük fəzilətin olsun. Ac, yorğun və ya darıxsanız belə, heç vaxt namusundan əl çəkmə. Hər zaman yanına yaxşı insanları topla. Gözlərindəki ümid heç vaxt sönməsin. O insanlar həmişə ümidin olsun.

Qoy həyatınız marafon olmasın, əksinə, heç vaxt doya bilməyəcəyiniz xatirələrlə dolu olsun. Sən dünyaya gələndə, məni əhatə edən o qoxu, səninlə bağlı ilk xatirəmdir. Sən, əslində, bilmədən çox şeyə səbəb oldun. Aşiq olduğum adamı sənin atan olduğuna görə sevdim. Məsələn, sən mənə anam haqqında öyrətdin. Belə çıxır ki, mən səndən əvvəl ona çox etinasızlıq etmişəm. Zaman necə tez keçir, bu qədər balaca boyda nə qədər böyük sözlər deyirsən. Bizə çox şey öyrədirsən. Bax, indi sən də vaxtının qədrini bilməlisən. Ötmüş illərin heç biri geri qayıtmayacaq, elə yaşa ki, hər günü şirin xatirələrlə geridə buraxasan. Olsun ki, qarşıda şox kələ-kötür yerlərdən adlamalı olacaqsan: əziyyət çəkəcəksən, bəzən ağlayacaqsan da. Qorxma, daim hədəfə doğru irəlilə. Bir vaxt geriyə baxanda, ilk olaraq xoşbəxt olduğun zamanları xatırlayacaqsan. Ali ideallardan heç vaxt uzaq düşmə. İşıq səninlə yayılacaq. Bunu unutma. Sən böyüyürsən, mənim gözəl qızım. Çox tez böyüyürsən.
Gülhan Van
Qeyd:Yazı türk saytlarından tərcümə ilə dərc olundu.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.