Təbriklər

Bu dünyadan doymaq olmur, İlahi,
Aman Allah, dünya necə şirindi…
Z.Yaqub

Aman Allah, dünya necə şirindi.Evimizdəki ən kiçik nəvəmin 6 yaşı tamam olacaq , inşallah, bu gün. Başımız qarışır, bir də görürük ki, böyüyüb, bir az da ötəcək, köçəri quş kimi…Olsun.. Bütün qız balalarımızın taleyi belə sonuclansın… Amma vaxt var ikən əzətrafımızda ikən onların ən adi duyğu anlarına diqqətsiz qalmayaq. Birdə dönməz o anlar.. İndidən məni fikir alır ki, böyür-başımda nəvə olmazsa, mən partlayıb ölməyəcəm ki...


Onsuz da evimizdə neçə gün öncədən hazırlıq görülür. Amma ayrıca olaraq bu sevinc anlarını öncədən bizi tanıyan dost-tanışlar, doğmalar üçün paylaşmaq da mənim təməl vəzifəmdir Mən başqalarının başı səyahətə, salon tədbirlərinə qarışanda, mən bağ bəsləmişəm, ora qaçmışam, bura qaçmışam…İndi ağazlarım rişələnir, budaqlanır, ətirli, aı-əlvan güllər açır..Zəhmətimin nəticəsini dadıram.Yazmasam olmaz. Birinə yazım, şəkillərini paylaşım, digərini yox?! Yorulan deyiləm, usanam deyiləm…Təki Allah doyunca bu hamiliyi mənə hələ çox qismət etsin.Bütün atalara, babalara qismət etsin. Ata/babalara qismət edəndə, nənələrə də əvəzdir. Yavruları çox əziyyətə salmaram…))



Cəmilə qızm, ad günün mübarək… Sənə və sənin bütün uşaq dostlarına Sülh, sağlamlıq və firavanlıq arzulayıram.




Ad günün mübarək!




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.