Sən onsuz da mənə sonsuz nəğməsən…

Təbriklər

Bütün sevgilərin  nüvəsində sevginin özündən də uca bir istək, arzu olur: övlad sahibi olmaq,  süd qoxulu bir yavrunun diliylə “Ata/Ana!” deyə çağrılmaq. Bəlkə də insan oğlunun əsl qiyməti də  elə Ata/Ana olandan sonra əyarlaşır. “Əyar”, “karat” terminləri ilə bağlı fiziklər qədər bilməsəm də,   bu sözün nə demək olduğunu etimologiyasına görə, bilirəm: “əyar ” sözü zərgərlik məmulatları hazırlanarkən  xəlitəlәrin tәrkibindә qızıl, gümüş, platin, palladium vә ya başqa nәcib metalların miqdarını göstәrәn işarә anlamındadır .  Fiziki kəmiyyət olaraq  əyarların metrik, karat, misqal ölçü sistemlәri qәbul edilmişdir.


Ən çox işlәdilәn metrik sistemdә qızıl üçün 375 (9 karat, 36 misqal), 500, 583, 585, 750, 958, 999 (24 karat, 96 misqal), gümüş üçün 750, 800, 875, 916, 925, 960, platin üçün 950, palladium üçün 500 vә 850 Əyarları müәyyәn edilmişdir. Hesab edirəm ki,  bütün ailələrin ən qiymətli karatı da məhz  hər bir ailədə dünyaya göz açmış körpələrdir.
 Bir məşhur alman yazıçısı demişdir ki,  heç bir bəzək, heç bir zinət qadını analıq sevgisi qədər gözəlləşdirə bilməz. Vallah,  nə filoloqların, nə fiziklərin təxəyyül və yaxud   ölçüləri  bu sevginin  saf/brutto çəkisini,  həcmini müəyyən edə bilməz. Fəqət, bilirik ki,  bütün həyatımızın mənası,  dəyəri   hər bir ailədəki körpələrdir. Fərqi yoxdur  doğulmuş körpə qız uşağıdır, ya oğlan uşağı. Təəssüf ki, son onilliklərdə Azərbaycanda doğum səviyyəsinin aşağı düşməsi və doğulan uşaqların cinsi nisbətinin pozulması problemi müşahidə olunmaqdadır. Ha gizlətsələr də, üstünü ört-basdır etsələr də,  selektiv abortlar  bu məsum çiçəklərin başı ütünü qara buludlar kimi örtməkdədir. İnsan özü -özünü bu qədər  rədd edə bilərmi?  Bəs sən qız uşağına “YOX!” deyib, başqasının qızını evinə GƏLİN gətirəndə,suçunu  özlüyündə  də olsa,  götür-qoy etdinmi?  Etməyin belə,  hörmətli-ata-analar!
Əsl valideynlər , əlbəttə ki,  övladları arsında heç fərq qoymazlar.Olsun ki, qızlarına daha rəğbətli olsunlar.


Belə valideynlərin qız övladlarına olan  bağlılıqları çox məsum, çox fədakar sevgidir. Xüsusən,  analar bu bağlılığı, bu sevgini hifz edən əsl cəfakeşlərdir.
Ona görə də qızlar  analarını çox sevirlər. Ona görə də  bu  anaların boynunda ən qiymətli ləl-cəvahirat qızlarının onların boynuna dolanmış sevgi dolu qollarıdır.
Leyla adlı bir mələk qızımızın bu gün 4 yaşı tamam olur. Onun da ağ-appaq qolları  bir  bəxtəvər ananın boynundə ən qiymətli ləl-cəvahiratdır.
Bu Anaya başqa  cəvahirat daha lazım deyil….

 

Dəniz olmaq istəyirəm, ay ana!
Öz sinəmi göylər üçün açaram.
– Yox, ay bala, anan qurban boyuna!
Dəniz olsan, necə səni qucaram?

– Zirvə olmaq istəyirəm, ay ana.
Ucalarda hər an səni araram.
– Yox, ay bala, anan qurban boyuna!
Necə onda saçlarını dararam?

 
– Nəğmə olmaq istəyirəm, ay ana!
Mən səslənim, batma dərdə-qəmə sən.
– Ol, ay bala, anan qurban boyuna,
Sən onsuz da mənə sonsuz nəğməsən.

– Günəş olmaq istəyirəm, ay ana.
İşıq alsın məndən torpaq, asiman.
– Yox, ay bala, anan qurban boyuna.
Günəş olsan, sən özün də yanarsan.

– Bulaq olmaq istəyirəm, ay ana!
Dağdan axım bağçaya mən, bağa mən.
– Eh, ay bala, anan qurban boyuna!..
Özün dağsan, sığarsanmı dağa sən?!

Secinc müəllimə, Siz neə sevirsiniz, necə qoruyursunuz Leyla balanı, üstündə necə əsim-əsim əsirsiniz, Allah da qoruyar onu. Peyğəmbər əfəndimiz buyurmuşdur ki, övladlarınız arasında fərq qoymayın. Əgər fərq qoymaq lazım gəlsəydi, mən qızları seçərdim. Mənim etik görüşlərimdə də müqəddəslərin, alillərin fikirlərinə tapınmaq var. Dünyaya göz açan bir qız uşağı həm də dünyaya bir ananın gəlməsi deməkdir…

Leyla balanı bu əziz gündə , bu müqəddəs bayram ərəfəsində ürəkdən təbrik edirik. Ona aydın üfüqlü, Sülh şəfəqli sabahlar, ata-analı, nənə-babalı günlər arzulayııq. Sevinc müəllimə Sizi də təbrik edirik! Leyla balanı arzularınızca böyüdə biləsiniz.