~Evdən çıxanda həyat yoldaşınla mehriban görüş, “səni Allaha əmanət verdim” söylə.
~İşdən çıxandan sonra çox yubanma. Dostlarınla əylənməkdənsə, təkbaşına şəhərdə gəzişməkdənsə, evinə gəl. Razı olma ki, yoldaşın nigarançılıq çəksin, pəncərənin qabağında durub gözünü yollara diksin.
Evdən kənarda yeyib-içdiklərindən al, evə də gətir.
~Həyat yoldaşının səhvlərini başqalarına demə, yad adamlarla onun nöqsanlarını müzakirə etmə. Yoldaşının yaxşı cəhətlərindən danış.
~Evinin təminatı üçün çalış, ailəni pulsuz qoyma. Razı olma ki, ailə üzvlərin başqasına möhtac olsunlar, başqasının əlinə baxsınlar.
~İşdəki çətinlikləri evə gətirmə. İş problemlərini işdə qoy, çıx. Qanın qara isə, onun heyfini ailəndən çıxmaqla sakitləşəcəyini düşünmə. Yoldaşının ümid axtaran gözünə, uşaqlarının məsum çöhrəsinə bax, bütün yorğunluğun, ağrı-acın yaddan çıxacaq. Evdə mehribanlıq, sevinc yaratmağa çalış.
~Toya, ad gününə ya da gəzintiyə gedəndə, imkan varsa, həyat yoldaşını da özünlə apar.
~Evə girəndə salam ver, üzünü təbəssümlə bəzə. Evə elə gəl ki, ailən sənin gəlişinə sevinsin. Bəzi ailələrdəki kimi, səni görəndə həyat yoldaşının üzündə kədər və peşmanlıq, uşaqlarının gözündə qorxu dolaşmasın.
~Evi Quransız və namazsız qoyma. Halalı və haramı uşaqlara anlat. Sübh namazına qalxanda həyat yoldaşını da yuxudan oyat ki, gün ərzində Allahın mərhəməti və xeyir-bərəkəti sizinlə olsun.
~Evdə təmkinli və səbrli ol. Xırdaçılıq etmə, nöqsanları qurdalama. Xanımının hərəkətlərində yaxşı cəhətləri tapmağa çalış.
~İnsaflı ol. Həyat yoldaşının bacarmadığı işləri ondan tələb etmə. Ailə daxilində vəzifə bölgüsünü öz xeyrinə dəyişmə, öz işlərini xanımın öhdəsinə atma.
~Xanımını sevdiyini ona tez-tez söylə. Unutma ki, kişinin öz arvadına dediyi “Mən Səni Sevirəm” sözü qadının qəlbinə möhkəm daxil olub orada özünə yer qazanar.
~Bir qərar qəbul edərkən həyat yoldaşınla məsləhətləşməyi unutma. Hətta onun məsləhətinə əməl etməsən belə, fikrini soruşmaqla onun könlünü şad et, ona dəyər verdiyini göstər.
~Xanımın və uşaqların gözləmədiyi hallarda onlar üçün sürprizlər et, hədiyyələrlə sevindir. Bayram günlərində evə kiçik də olsa, hədiyyə almağı unutma. Yaddan çıxarma ki, onlar sənin əlinə baxırlar.
~Xanımının könlünü qıranda, tez barış. Hətta küsülülüyün səbəbi o olsa belə, ilk addımı sən at. Ailədə qaşqabağın, incikliyin kökünü kəs.
~Haram loxma yemə, xanımına və uşaqlarına da yedizdirmə. Bil ki, az olan halal qazanc çox olan haram gəlirdən daha xeyirlidir. Xanımını və uşaqlarını da buna inandır.
~Ailənin qədrini bil, onu qoru. Evin problemlərini tez həll et. Amma unutma ki, ailə və oğul-uşaq da Allahın imtahanıdır. Unutma ki, sənin əsil əbədi evin axirətdədir. Elə et ki, cənnətdə də xanımınla və uşaqlarınla birlikdə ola biləsən.

Mənbə: İnternet

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Ana və Uşaq.com – sadəcə, bir sayt deyil, cəmiyyət üçün kiçik də olsa, fayda vermək istəyən bir təşəbbüsdür.

Bağlantı