Əfsanəvi amerikalı sahibkar Tomas Con Uotson 1914-cü ildə qurduğu CTR (Hesablama-Cədvəlləmə-Qeyd) adlı kiçik şirkətin cəmi 235 işçisi vardı. Düzgün idarəetmə və liderlik peşəkarlığı sayəsində Uotson bu şirkəti dünya nəhəng olan Beynəlxalq Biznes Maşınlarına (IBM) çirkətinə çevirdi. Tomas 1956-cı ildə vəfat edəndə artıq bu şirkətdə 60 minə yaxın işçi çalışırdı. Uotson müvəffəq olduöu bütün nailyyətlərə işçilərin peşəkarlığına və təliminə böyük diqqət yetirərək nail ola bilmişdi. Adi bir nümunə: böyük bir şirkətdə enerji təsərrüfatı üzrə baş mühəndisin yol verdiyi diqqətsizlik müəssisəyə küllü miqdarda ziyan vurur.

Hadisədən sonra onu şirkət prezidentinin yanına çağırırlar.
Mühəndis anlayır ki, bu çağırış təsadüfi deyil. O, artıq qərarın verildiyini düşünür: işdən azad olunacaq. Elə buna görə də kabinetə gedərkən özü ilə bir ərizə də götürür – istefa ərizəsini.
Qapını döyüb içəri daxil olur.
Prezident sakit və diqqətli baxışlarla onu dinləyir. Mühəndis başını aşağı salaraq səhvini etiraf edir, vurduğu ziyanı qəbul edir və sonda ərizəni masanın üstünə qoyur.
Prezident kağıza baxır, sonra isə gözlənilməz bir söz deyir:
— Mən səni niyə işdən çıxarım?
Mühəndis çaşır.
Prezident davam edir:
— Biz artıq sənin təhsilinə böyük bir “məbləğ” xərcləmişik. Bu səhv sənə dərs oldu. İnanıram ki, sən bunu bir daha təkrarlamayacaqsan. İşinə davam et.
Bu sözlər mühəndisin həyatında dönüş nöqtəsinə çevrilir.
Bəzən səhv edən insanı cəzalandırmaq asandır. Çətin olan isə ona güvənmək, onu qorumaq və səhvini təcrübəyə çevirməyə imkan verməkdir.
Unutmayaq:
Səhv – son deyil. Əgər nəticə çıxarılırsa, o, ən dəyərli dərsə çevrilir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Ana və Uşaq.com – sadəcə, bir sayt deyil, cəmiyyət üçün kiçik də olsa, fayda vermək istəyən bir təşəbbüsdür.

Bağlantı