Əxlaq və mənəviyyat

Evi ev edən qadın, ölkəni xoşbəxt edən dövlət.
Arvadsız ev, susuz dəyirman.
Arvadın isməti – ərin izzəti.
Arvad ilə at igidin bəxtinə.
Qadın kişinin arvadı və evin günəşidir.
Qadının tikdiyi evi Allah yıxmaz, qadının sındırdığı evi də Allah tikməz.
Ev tikən qadınlar var, evi uçuran qadınlar var.
Qadınsız ev yoxdur.

Bizim üçün ailə dünyaya ilk dəfə göz açdığımız işıqlı, isti yuvadır. Bu yuva pərvəriş tapıb yeriməyi, danışmağı, naz görməyi ilk öyrəndiyimiz yerdir. İnsan oğlu hansı addımı atırsa, hansı motivasiyanı hədəfləyirsə, ilk addımı da, ən böyük istinad nöqtəsi də bu yurd olur. Necə yaşamağı, niyə sevdiyimizi, necə sevdiyimizin ilk “okul”u da məhz ailəmiz olur. Biz ata-anamızın həyatı timsalında getdikcə bünövrələşirik: qızımız Ana olur, oğlumuz Ata/Kişi…
Ailə insanların həyatını mənalandıran, onları ümidli sabahlara aparan qüvvədir. Ailə öz üzvlərinin bir-birlərinə olan sevgiləri ilə böyüyən və güclənən bir qaladır.Ölkənin yüksəlişi ev və ailə sevgisindən asılıdır. Ailə həm də sağlam cəmiyyətin və güclü dövlətin təməlidir, bu vacibat üçün 1-ci dərəcəli şərtdir. Fiziki cəhətdən sağlam, mənəvi cəhətdən ahəngdar inkişaf etmiş nəsillər bir-birini əvəz etdikcə, sağlam cəmiyyət də, insanlıq da üzü aydın sabahlara doğru yolunu davam etdirir, həyat, cəmiyyət mövcud olur.
XIX əsrdə yaşamış məşhur ingilis yazıçısı, jurnalisti, və sosial tənqidçisi Çarlz Dikkens çox haqlıdır ki, ailə həyatının gözəlliyi başqa heç nədə ailədə olduğu kimi yoxdur. Bir ölkənin yüksəlişi həmin ölkədəki insanların həyatı və ailə sevgisindən asılıdır. Ailə sevgisini yaradanlar və yaşadanlar isə Ana/Qadın və Ata/Ərdir. Bu iki şəxs ailə dediyimiz ülviyyətin pərvanələridir. Allah dünyanı yaradanda, hər şeyi cüt yaratmışdır. Bu qoşalıq təbiətdə də, heyvanat aləmində də belədir.

Məşhur bir filosof bəşəriyyəti bir quşa, kişi və qadını isə həmin quşun qanadlarına bənzətmişdir. Qanadların biri olmazsa, quş uça bilməz, uçsa da, elə uçar da: durna qatarından həmişə geridə qalar. Ləldən, dürdən qiymətli atalar sözlərimizdən birindəki məntiq anındaca test tapşırıqlarındakı distraktorlardan birini seçmək kimi alınan cavab deyil, həyatı yaşantılarının təsdiq etdiyi məntiqdir:
“Uşaq atadan yetim qalmaz, anadan yetim qalar.” Təbii ki, hər bir valideynin öz yeri var: əgər qadın olmasaydı, bu oğlan uşaqları doğulmazdı, kişilər olmazdı. Kişilər olmasaydı isə nəsil artmazdı. Bəşər cəmiyyətinin davamlılığı günlərin birində tamam yox olardı. Amma Cənubi Afrikalı məşhur ingilisdilli yazıçı və ictimai xadim, filosof Oliviya Şreyner qadın və kişilərin bir-birlərinə dərin bağlılığından bəhs edərək bir məqamı da diqətə çatdırmışdır ki, amma qoy kişilər elə hesab etməsinlər ki, qadınlarsız mədəni inkişafa nail ola bilərlər. Bütün dövrlərdə cəmiyyətin ağıllı başları eynən bu fikirdə olmuşlar.
XIX əsrdə yaşamış utopik sosialist Şarl Furye yazmışdır: “Hər hansı bir cəmiyyətin inkişafı həmin gəmiyyətdə qadınların inkişafindan asılıdır.” Böyük Atatürk demişdir: “Yer üzündə gördüyümüz hər şey qadının əsəridir”. Əbədiyyətə qovuşmuş əbədiyaşar Cavid əfəndi bu ehtiramı daha obrazlı bildirmişdir:
Qadın, qadın?! Onu duymaq, duyurmaq istərkən
Yaqar düşüncəmi bir şölə, bir zəhərli dikən.
Bütün həyatı çiçəkləndirən fəqət o… niçin,
Niçin əzilsin o, bilməm niçin sürüklənsin?!
Qadın-günəş, çocuq-ay…Nuru ay günəşdən alır,
Qadınsız ölkə çapuq məhv olur, zavallı qalır.
Qadın əlilə fəqət bəxtiyar olur şu cahan.
O bir mələk… onu təqdis edər böyük yaradan.
O pək sevimli, gözəl, incə, nazlı bir xilqət,
Onun ayaqları altındadır fəqət cənnət:
Qadın gülərsə, şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək…

Qadın cəmiyyət üçün təkcə uşaq bəxş etmir ki. Qadın ta ömrünün sonuna kimi, dünyaya gətirdiyi övladların sağlam böyüməsinə, mənəvi ucalığına səy göstərir. Bunun üçün ailə adlı məkanın qayğılarını da daşımalı olur. Uşaqlarının atasının – ərin rahat, ağlı başında çalışmasını, ailə üçün çörək qazanmasını şərtləndirən saf, isti bir səmimiyyət yaradır, onu qoruyur. Azərbaycan ailələrinin digər xaqlara məxsus ailələrdən çox ciddi üstünlüklərindən biri, məhz bu amildir.
Dədə Ələsgərin, Növrəs İmanın ocağında kamala yetmiş bir gözəl şairimizin qənaəti buheyranlıq və təslimiyyətin ifadəsidir :
O bəxtimin əzəlinin,
O söhbəti məzəlinin,
Azərbaycan gözəlinin
İsmətinə qurban olum!
Burada “ismət ” məfhumu yüzə-yüz bu sözün hərfi mənasına deyil, ailənin, onun başçısının kişi şərəfinə yaratdığı yaxşı mənada fəxarətdir. Çünki müəyyən dünyagörüşü, yaşı olan hər kəs həyati müşahidələrinə əsasən bu qənaətdədir ki, bizim qranit kimi möhkəm, günəş kimi hərarətli ailələrimizin mühafizləri qadınlarımızdır.
Dünya proletarları səf-səf düzülsələr, Azərbaycan kişiləri mütləq fərqlənəcək, daha qürurlu görünəcək. Onları belə qürurlu edən bizim gözəl, namuslu, kübar Azərbaycan qadınlarıdır. Elə atalarımız da həyatın məhək daşının bülövləyb-bülövləyib ortaya çıxartdığı hikmət də bu olub ki:
Həyat yoldaşınız varsa, rahatsınız, həyat yoldaşınız yoxdursa, bu dünys sizin üçün cəhənnəmdir.
Allah evlənib ev alanlara kömək edir.
Dişi quş yuva qurur, içərisini və çölünü suvaqlayır.
Ev üçün bir baca, qadın üçün bir ər.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan xalqının tarixən yüksək dəyərlərə malik ailə ənənəsi olub. Təəssüf ki, zaman-zaman həyatın özündə baş verən proseslər, nüxtəlif mürtəce baxışlar, mətbuat, televiziya , ən çox da internet vasitəsilə xaricdən bizm ailə dəyərlərinə axıb doluşan viruslar nəticəsində buxalqın əsrlərlə formalaşıb, zənginləşə-zənginləşə, qranitləşə-qranitləşə əxlaq məcəlləmiz, gəlmiş ailə dəyərlərimiz, milli mənəvi dəyərlərimiz çox ciddi aşınmalara məruz qaldı, ailə institutumuzun “gündə bir kərpici sökülür.”
Bəs nə etməli? Necə etməli ki, dədə-baların miras qoyduği həyati vacib dəyərlərimizə qədirşünaslıq duyğularlmız getdikcə daha da cılızlaşmasın.
Kəndlərimizdə bir vaxt ağbirçək nənələr vardı, ixtiyar qocalar vardı. Dilə gətirməsələr də, təntənəli şəkildə qeyd etməsəydilər də o ərazidə hamıya əyan olardı ki, o ev var ha aynabəndli, orda yaşayan Cəmil kişi ilə Güllü arvad 40 ildən çoxdur bir damın altında yaşayırlar: Mülayim nələ ilə Şumbul kişi 60 ildən çoxdur bir yastığa baş qoyurlar..
Niyə bu hala düşdük? Niyə gənclərimiz heç nə olmayıbmış kimi, elə rahat ayrılırlar ki… Niyə gənclərimiz evlilik,ailə, ana, ata olmaq şərəfi üçün can atmasınlar. Niyə evli olanlar da 2-dən çox uşaq istəmirlər. İki uşağı olanların da eləlri olur ki, heç bu iki uşağın canına, qanına analıq duyğularını paylamır. Uşaqlar ya bağçada olur, ya dayə himayəsində, ana da işdə. Əlbəttə, bu, tək bizim ölkədə belə deyi, dünyanın digər ölkəlri üçün xas olan keyfiyyətdir və bizə də onlardan sirayət edib. Hər halda, bizdə də mövcuddur. Bu gün, ümumiyyətlə, bütün dünya üçün hiss olunacaq qədər nəzərə çarpan meyil belədir ki, subay qalmağa üstünlük verənlərin sayı günbəgün artmaqdadır. Gənclər tək qalmağa üstünlük verirlər. Bu, ya onların daha sərbəst qalmaq, özlərinə daha çox vaxt ayırmaq meyillərindən irəli gəlir, ya da onlar bacardıqca sosial məsuliyyətdən uzaq olmaq istəyirlər. Digər səbəblər də ola bilər. Sadəcə, onlar üçün iki şərtin ödənməsi kifayət edir: biri karyera, ikincisi isə hobbiləri. Bu gün dünyanın iqtisadi nəhənglərindən hesab olunan ölkələrindən biri də Yaponiyadır və Yaponiyada belə meyil əməlli-başlı oturuşub.

Müasir Yaponiyanın şəhərlərində xüsusi yemək avtomatları, əlahiddə restoranlar və digər bu kimi məişət problemlərinin həllinə yönəli xidmətlər mövcuddur ki, bunlar subay və boşanmış kişilər üçün nəzərdə tutulmuşdur. Yadoniyada 70 faizdən çox insan evdə çörək yemir. Bu məqam lap ailəli evlərdə qadınların belə işlərə ayrılmamaq istədiyinin göstəricisidir. Yapon qadınları evlilikdən sonra ev işlərinin ədalətsiz bölüşdürülməsini gözdağı kimi qəbul edirlər: evə, uşağa baxmağı, ərə, hətta evdə xəstə və yaşlı bir ağsaqqalı varsa, onların qulluğunda durmağı qəbul etmək istəmirlər.
Davamı var…