Əxlaq və mənəviyyat

Qərb həyatında gənclər sərhədsiz sərbəstliyə, macəra həyatına qədərindən çox meyilli olurlar. Bu cür hisslər bizim əxlaq xurallarımıza heç vaxt xas olmayıb.
Digər millətlər Azərbaycan ailəsinin saflığına, etibarlılığına hər zaman həsəd aparmışlar və bu gün də belədir. Onlar müxtəlif yollarla bizim ailə ənənələrmizə viruslar yoluxdurmağa can atırlar, təəssüf ki, bəzən də nail olurlar.
Belə cəhdlər , təbii ki, Azərbaycan ailələrinin keyfiyyətinə, bu ailələri quracaq gənclərin mənəviyyatına ciddi zərbə vurur.
Həmin təsirlərdən ikisi haqqında fikir bildirmək istəyirəm: gözəllik müsabiqələri və əcnəbi nikahlar haqqında.
Cəmiyyətdə gözəllik müsabiqələri haqqında fikirlər heç də birmənalı deyil. 30-40 il bundan əvvəl kimin ağlına gələrdi ki, Azərbaycan qızı səhnədə, ekranda bədən cizgilərini nümayiş etdirəcək, şəstlə fiqurasını mextəlif baxışlara hədəf edəcək? Kimdir bu müsabiqənin təşkilaçıları, bizim nəyimizə lazımdır bu sür gözəllik , belə gözəllər? Onsuz da hər kəsin bütün qızlar işindən öz xoşladığı ən gözəli seçub könül verir, onunla da evlənir. Bəs bunlar hardan peyda oldu?

Seçimlə ölçülən, dəyərləndirilən keyfiyyət, hal və vəziyyətin prinsipləri kim müəyyən edir, indi görək bu jürinin özünün seçmək, təyin etmək statusu nə dərəcədə etalondur, obyektivdir, ədalətlidir. Cəmiyyət bu ölçünü jürinin qəbul etdiyi kimi qəbul edirmi?
Gözəllik müsabiqələrin qalibləri 10, 100, 1000 nəfərin içində fərqlənə bilər. Amma o fərqlənə bilməyən qızlar da hansısa digər 10, 100, 1000 nəfərin içində gözəldir.
Ümumiyyətlə, belə nominasiyanın özü yanlışdır, əxlaqi dəyərlərə ziddir. İnternetdə daha bir gözəllik yarışması haqqında oxudum:
“Bakıda evli xanımlar arasında gözəllik müsabiqəsi keçiriləcək”. Bir ailənin xanımının ən obyektiv, ədalətli jürisi onu seçib, dəyərləndirib axı. Və yaxud: “Toppuş qızlar arasında gözəllik müsabiqəsi”, “Hamilələrin gözəllik müsabiqəsi”, “Məhkum qadınlar arasında gözəllik müsabiqəsi”. Acınacaqlı deyilmi? 30-40 il bundan əvvəl bu məmləkətdə hamilə qadınlar öz evində belə, gözə görünməyə, həyət-bacaya düşməyə abır-həya edirdilər.
İndi bilmirəm, amma 4 il öncə belə məlumat oxumuşdum ki, Amerikanın Texas ştatında uşaqlar arasında keçiriləcək “Ouur Liitle Miss” müsabiqəsində Azərbaycan da öz təmsilçiləri ilə iştirak edəcək. Bu müsabiqədə seçilən iştirakçılar arasında məntiq, xarici dil biliyi , gözəllik və s detallara üstünlik verildiyi qeyd edilmişdi. 1962-ci ildən ildən bəri hər il dünyanın nüfuzlu ölkələrində keçirilən bu gözəllik müsabiqələrinə balaca qızları da təşviq etmək nə dərəcədə doğrudur? Məktəbyaşlı uşaqların hər hansı fitri istedadı, zehni bilikləri üçün dünya səviyyəsində olimpiadalar olduğu halda, gözəllik müsabiqəsi bəs nə üçündür?
Görünəni, ağıl kəsəni budur ki, gözəllik müsabiqələri bir reklam xidmətidir. Böyük istehsal və xidmət şirkətləri öz məhsullarını seçmək üçün öz məhsul və xidmətlərini bu gözəlləri podium çıxarmaqla reklam edirlər.
Azərbaycanda gözəllik müsabiqələri xarici ölkələrdə olduğu qədər xarakterik deyil, kaş olmaya da. Məktəb uşaqlarının istedadlarını üzə çıxarmaq üçün hər cürə imkan var, ən əsası da dövlətin dövlətin diqqət və qayğısı da. Ümumiyyətlə, məktəbyaşlı uşaqların məktəbdən, təhsildən uzaq olan hər hansı bu formatlı seçimlərdə iştirakına ehtiyatla yanaşılmalıdır.
Arzu olunandır ki, müsabiqəyə can atan yeniyetmə və gənclər də gözəllik müsabiqələrinin mahiyyət və niyyətlərini götür-qoy etsinlər.
İnsan sinəsin açıb, yanlarını nümayiş etdirəndə gözəl olurmu? Bu cür müsabiqələrə qatrılmayacaq, heç vaxt podiumlara çıxmayacaq hansısa, lap deyək hər hansı yapon qızı, sinəsini, yanlarını açsa, onlar da ən azından müsabiqə gözəlləri qədər gözəldirlər. Podiuma çıxmayıblarsa, hətta onlardan da gözəldirlər.Çünki onların gözəlliyi örtülüdür.
Bax, bu məsələlər hamımızı ciddi narahat etməlidir.

Hər bir gənc qız xüsusi ilə öz gələcək talelərinə məsuliyyət və həssaslıqla yanaşmalıdır.
Yaradıcı adamlar, qeyri-hökumət təşkilatları, televiziya, mətbuat bu yönümdə maarifləndirmə işlərinə xüsusi diqqət yetirməlidirlər. 2 -3 dəfə evlənən, ərindən ayrılan birini televizora dəvət edib millətə yol göstərmək, əxlaq dərsi keçmək üçün tribuna verməsinlər. Bacarırdın, özünün belə ailəsi olaydı və onda sən kiməsə nümunə göstərilə bilərdin və yaxud məsləhət verə bilərdin.
Amma əfsuslar olsun ki, daha çox hallarda verilişlərə məhz belələri dəvət edilir. Çünki qaydasınca həyatını quran bir ailənin xanımı heç zaman ekrana çıxmayacaq. Biz belə gördük, bildik, əsl Azərbaycan qadınını. Kimsə ola bilər ki, gözəl sənət adamıdır, idmançıdır və s. Amma ailə həyatı nümunəvi deyilsə, artıq onun zahiri gözəlliyi də, sənəti də öz dəyərini itirir.
“Səttar Bəhlulzadə dünyası” … Yaşadığımız fiziki dünyaya bənzər bir dünya yaradıb bu məşhur fırça ustası: rənglər dünyası, gözəllik dünyası. Bunlar əbədidir. Hisslər dünyası isə ani, keçici.
Bizim bir aktrisa xanım deyir ki, yaxşı sponsor olsa, yataq səhnəsinə çəkilməyə razılıq verərəm… Narahat olmağa dəyər. Yazıçılar konyuktura yazmaqdansa, gerçək həyatı yazsınlar, 100 il əvvəli qələmə almaqdansa, sağımızda-solumuzda kütləviləşməyə meyilli olan naqisliklərdən yazsınlar.
Bir ağrılı məsələ də bəzi qızlarımızın, eləcə də oğlanlarımızın əcnəbi nikahlara meyilli olmasıdır.
Məsələn, “Sputnik” İnformasiya agentliyinin paylaşdığı bir məlumata görə, 2017-ci ilin 9 ayı ərzində Ədliyyə Nazirliyinin VVAQ şöbələri tərəfindən ölkədə 1756 xarici ölkə vətəndaşları ilə Azərbaycan vətəndaşları arasında nikah bağlanıb. Bunlardan 899-u qızlarımızın xarici ölkə vətəndaşı olan kişilərlə, 857-si isə Azərbaycan gənclərimizin xarici ölkə vətəndaşı olan qızlarla bağladığı nikahlardır.

Bütün gənclərimiz xoşbəxt olsun, xoşbəxt ailə qursun. Amma belə nikahlar həmişə narahatlıq doğurur. Həyat bu həqiqəti dönə-dönə təsdiqləyib ki, “vətənin bircə qış günü, qürbətin min baharından yaxşıdır”.
Həyat həmişə eyni vəziyyətdə qalmır. İnsan yaşlaşdıqca fiziki və zahiri təsirlərə məruz qalır. İndi əcnəbi bığburmanın xoşuna gələn qızımız 10-15 ildən sonra bu vəziyyətində qalmayacaq: çünki onun qanında var uşaq doğmaq, ailəyə, ərə, qaynanaya,qaynataya baxmaq və s…Bu qayğıların axarında şuxluq, təravət qalan şey deyil.Əcnəbilər də hər zaman “təzə gül dərmək”sevdasında olurlar.
Son illər Azərbaycanda boşanan ailələrin artmağa doğru meyilli olması bu “sevda”nın simptomları təsirini bağışlayır. Kütləvi informasiya vasitələrində, radio və televiziya kanallarında heç gör “gümüş”, “mirvari”, “qızıl”,”zümrüd”,”brilyant” toylardan heç yazan, veriliş hazırlayan var, heç “qızılgül”,”şüşə” toylqardan yazan yox.
Azərbaycan ailəsi öz dəyərlərinə görə xarici ölkələrdə qurulan ailələrdən çox müqəddəs və etibarlıdır. Bəzi xüsusiyyətlərimiz var ki, məsələn, ailədə ailə başçısı kimi atanın/ərin üstün rolu mütləq lazımdır, çoxları bunu mühafizəkarlıq kimi dəyərləndirir, əgər həddi keçməyəcəksə, qabalıqla müşayiət olunmayacaqsa, mən belə mühafizəkarlığa heç də pis baxmıram. Çünki Azərbaycan kişiləri rasionaldır, ətrafını, dünyanı görür, müqayisə edir, nəticə çıxarır. Çətinlik çəksə də, serialların qabartdığı həyatı yaşaya bilməsə də, heç bunu istəmir, istəməyəcək də. Qadınlar isə emosional olduqlarından daha sadəlövh olurlar, hər cürə vədə, xoş sözə inanırlar. Bəzən aldanırlar da. Dəbdəbəli, ailə, qadınlıq, analıq əziyyətləri çəkmədən yaşamağa da qadınlarımız kişilərə nisbətən daha maraqlıdırlar. biz heç də firavan həyatın əleyhinə deyilik. Ailənin səadəti üçün firavanlıqdan daha çox sevgi, birgə səy lazımdır.

Şəxsən mən elə ailə səadəti haqqında düşünmək istəməzdim ki, həmin ailədə ər və qadın heç bir əziyyət çəkmədən, narahatçılıq və həyəcan keçirmədən, həm də birlikdə keçirmədən, hazır səadətə qonaq olsunlar.
Qoy gözəl ailələrimiz olsun, bu ailələrdə gözəl övladlar, şirin-şəkər nəvələr dünyaya gəlsin. Ata-analar, baba-nənələr onları böyüdüb boya-başa çatdırsınlar. Həyatda ikən övladlarının fərəhini dadsınlar.
Bu arzuları gerçəyə çevirmək isə insanın həyat haqqındakı baxışlarından, öz taleyinə məsuliyyətindən, həyatını necə qurmasından çox asılıdır.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.