Ailədə uşaqların sayı getdikcə azalır və yaxud    qadınlar niyə analıq qayğılarından lap tez xilas olmağa  can atırlar (IV yazı)

Əxlaq və mənəviyyat

Anaveushaq.wordpress.com  AZƏRTAC-a (Bax: https://azertag.az/xeber/hesabat_nikahlarin_sayi_azalib_bosanmalarin_sayi_choxalib-3012554) məxsus məlumata əsasən  bildirir ki, 2023-cü ildə 54 200 nikah bağlanıb, 21 688 sayda boşanma qeydə alınıb.
Azərbaycanda 2022-ci illə müqayisədə 2023 cü ildə nikahların sayında 7 739 azalma, boşanmaların sayında  isə 5 705 artım halı olub. Ən çox boşanma sayı 5 ilə qədər evli qalanlar arasında baş verib.


Beş ilə qədər evli olub boşananların sayı 5814-dür. Ən çox 30-34 yaşlı kişilər və 20-24 yaşlıqadınlar evliliklərinin ilk 5 ilində boşanıblar.  Bax, bunlar  Azərbaycan ailələrində  getdikcə  kütləviləşməkdə olan təhlükəli hallardan xəbər verir.
Son üç ildə boşanmaların ümumi sayına nisbətən uşağı olmayanların boşanma sayının fərqini araşdırsaq, cəmiyyətdə sonsuzluq probleminin olduğunu da görərik. Əgər 2009- cu ildə 7784 boşanma halı qeydə alınmışdırsa, onlardan 4634-nün uşağı yoxdur. 2010- cu ildə 9061 boşanma olmuş, onlardan 5527-nin uşağı yoxdur. 2011-ci ildə isə 10 747 boşanma olmuş, onlardan 7368-nin uşağı yoxdur. Bu isə gələcəkdə ciddi fəsadlara gətirib çıxara bilər.
Azərbaycanda son illər daha çox oğlan uşaqlarıa olan istək  bütövlükdə ölkədə gender balansını pozur.  Nə qədər  ağrılı-açılı olsa da belədir. Hətta ailədaxili münaqişələrə gətirib çıxaran
Selektiv abort geniş yayılmışdır.  Gözlənilən uşaq qısdırsa,  ailələr var ki, yasa batır sanki. Belələri amma   tez yolunu  həkimdən salır,    arzu olunmayan hamiləlik kimi qız uşağından imtina edir. Nəticədə, balans  nisbətində oğlan uşaqlarının sayı qız uşaqlarının sayını üstələyir.
Məsələn, 2009-cu ildə ölkə üzrə  637 015 qız, 2010-cu ildə 613 060 qız, 2011-ci ildə isə 597 666 qız təhsil almışdır. Bəzi hallarda   təhsildə sayı azalan qızlar təhsillərini davam etdirə bilmir, valideynlər  onları erkən yaşda nikah qurmağa sövq edirlər.  Qanunla  xüsusi hallar istisna olunmaqla selektiv abortlara qadağa var.  Amma    belə abortlar hər zaman mütəhərrik olub, indi də belədir.  “Azərbaycan uşaqların cins seçiminə görə dünyada birinci yerdədir”.


Bunu BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri və İnsan Hüquqları Komitəsinin birgə dinləməsi zamanı deyib. Fərid Babayev  onu da qeyd edib ki, Azərbaycan 2021-ci ildə bu məsələdə birinci yerdə olan Çini üstələyib.
 Azərbaycan ailəsinin bu gün ən  ağrılı və utanc  problemlərindən biri də küçələrə atılmış uşaqlardır.
2021-ci ildə  mətbuat üçün təqdim edilmiş bir statiskaya görə, dünyada hər il təxminən 2 min 500 ana yeni doğulmuş körpəsini hansı formadasa  atır:  fərqi yoxdur imtina edib, yaxud doğum evində qoyub evə  körpəsiz qayııdıb, yaxud da  aparıb sığnacaqlara  verib. Hər üçünün də mahiyyəti eynidir, bu,  rəzalətdir.
 Azərbaycanda isə həmin dövr üçün son 3 ilin statistikasına görə,  hər il 50-60 uşaq valideynləri tərəfindən tərk edilib və ya küçəyə atılıb. Təkcə iyul ayı ərzində 3 yeni doğulmuş körpə küçəyə atılıb.  Müdriklər deyir ki, uşaq cənnət nemətlərindən biridir. Bəs bu qədər müqəddəs neməti zibilliyə necə atmaq olar?
Subay qızlarımız  hələ bir yana, qadınlarımız  var ki,  ərə getsələr də,  illərdir bu izdivac ailəyə körpə hənirtisi, körpə qoxusu gətirməyib. Təəssüf ki, həyatda belə qadınlarımız var, hər  kənddə, rayonda, şəhərdə  rast gəlmək olar belə qadınlara. Onların əlləri  həmişə göyə uzanılı olar,   pirlərə üz tutar, imkansıza, yetimə  nəzir-niyaz paylayarlar ki,  Allah onlara da bir övlad qismət etsin.
Biz də dua edirik. Dünyamız salamat olsun. Bütün evlərimiz xeyirli körpə körpə gülüşləri ilə canlansın, həmin evə yaşamaq həvəsi  gətirsin. Amma eşidəndə ki,  internetdən oxuyanda ki, zibillikdən uşaq tapıldı,  vücudum yüz yerindən dağlanır. Tanıdıq-tanımadıq, adətən, bütün balacalar şüurlu olmasa da,  böyüklərə  sığınarlar, təki, təhlükəsiz yer olsun, onlar rahat uyuya bilsinlər.Televiziyada  təbii fəlakət, yanğın və sair qəzalarda o qədər belə etüdləri görmüşük ki…
  Bəs   ağlı, yaşı, başı üstündə olan bir böyük necə əli gəlir ki, dilsiz-ağızsız tifili küçəyə, zibilliyə atsın?!
  Qulaqlarıma sanki  Xalq artistimiz Flora Kərimovanın  həzin səsi gəlir:
 …Zirvə olmaq istəyirəm, ay ana.
Ucalarda hər an səni araram.
– Yox, ay bala, anan qurban boyuna!
Necə onda saçlarını dararam?  

 Bəs ana qucağından  məhrum edilib atılan uşaların (daha çox qız uşaqları atılır) sacları necə olsun, onların saçlarını Siçan Solub bəylər  darasınmı?  
Mən inanmıram ki, el adəti ilə  toy edib gəlin  gətirilmiş bir ailənin  başbilənləri   doğulan nəvələr qızdır deyə, gəlini boşasınlar. Əgər  bir ailədə övlad  doğulmazsa, bütün səylər heç bir nəticə verməzsə,  sülh yolu ilə nikah pozulması söhbət mövzusu ola bilər.  Amma  nikahı pozmayan  həqiqi aşiqlər də bilirəm, tanıyıram ki,  övlad xiffətini  sevdiyi ilə birgə çəkib, amma amma  bu aşiqlər  sevgilərinə xilaf çıxmayıblar: ya  uşaqsız yaşayıblar, ya da qohumlardan birinin uşağını götürüb saxlayıblar. Hər kəs öz taleyinə sahib çıxmalıdır. 
Heç kim ailə dağıtmağa yönəli olmamalıdır.
2018-ci ildə Azərbaycanda 7000-ə yaxın uşağı olmayan ailə boşanıb
(https://baku.ws/social/oten-il-azerbaycanda-7000-e-yaxin-ushagi-olmayan-aile-boshanib). Bu problemin evliliyəqədər müayinəsi mümkün deyilmi, ailə quran gənclər nikaha qədər belə testdən keçib sonra addım atsınlar: ya müalicə olunsunlar, ya da   ancaq   dünyaya övlad  gətirmək qabiliyyəti olanların nikahı  qeydə alınsın. 
 Cəmiyyətin özünün elə  hədəfləri olmalıdır ki, kimsə dəyərlrimizi aşağılamağa  cürət etməyə. Çox heyflər ki,  bu gün arvad alıb boşamağa, ərə gedib boşanmağa  meyilli kütlə  formalaşır.  Formalaşır və  elə bil ki, heç nə olmayıb:  onlar həmişə ekranlardadır,   manşetlərdən heç əskik olmurlar. Çoxlarının bəyənmədiyi sovet dövründən belə şəxslər özləri hər yerdə geri çəkilərdilər ki, diqqəti cəlb etməsinlər. Belə adamların karyera yolu  bloklanırdı. Amma indi 2-ci, 3-cü  evliliyi, 2-ci, 3-cü  evlilikdən olan uşaqları nümayiş etdirirlər, hələ  mətbuat belə xəbərləri xüsusi   olaraq diqqətə çatdırırlar. Ölkəmizdə  heç kimin şəxsi azadlıqları məhduslaşdırılmır. Hər kəs  həyatını istədiyi kimi qura bilir. Məsələ burasındadır ki,  belə nümunələr manşetlərə çıxarılmasa yaxşıdır.  Öz həyatınızı yaşayın, istədiyinizi geyinin, ən ləziz xörəkləri yeyin, hər il  istirahətinizi  dünyanın ən mənzərəli yerində keçirin. Amma belə yox da.  Yoxsa kimsə 2-ci, 3-cü dəfə evlənəcək,  hələ bir arqument də gətirəcək ki,  burada   qəbahət nə var ki. Qəbahət  odur ki, mətbuat bunları  tirajlamamalıdır.
   50-60 il bundan əvvəl  arvad boşamaq, ərdən ayılıb ata evinə qayıtmaq   hər iki tərəf üçün  çox ciddi  utanc sayılırdı.  Hamı ailəsinin üstündə əsirdi.
 İndi yoxdu belə şey. Uzaqbaşı  kəndi buraxıb köçüb başqa rayonda, başqab şəhərdə və ya başqa ölkədə yaşayarlar.   Beləcə, gənclərimiz  Qərb həyatından, onların  eybəcər həyat tərzindən  televizya, mətbuat və internet  yolu ilə əxz etdiklərinin   acı nəticələri getdikcə  həyatımızda oturuşmağa başlayır.


Biz gözümüzü açıb belə görmüşük ki, Azərbaycan ailələrinin hamısında  çoxlu-çoxlu qəşəng balalar var, demək olar ki, ailələrin əksəriyyəti  çoxuşaqlı ailə hesab olunub. Bu çoxluq daha çox  ucqar rayonların ailələri üçün xarakterik idi. Yeni qurulan ailələr istisna olunmaqla, əksər ailələrdə 5-dən yuxarı uşaq olurdu, 3-4 uşaqlı  ailə azuşaqlı ailə hesab olunurdu. Amma o vaxt  heç kimsə şikaytlənməzdi, nə  uşaqların sayından, nə dolanışıq  çətinliyindən. Dünyaya uşaq gətirmisinizsə, çalışmalı, çörək qazanmalı, uşaqları böyütməlisiniz.
Yoxsa,  5-10 uşağın ağzını kiritmək asan məsələ deyildi. Onda heç bir ata da fikirləşməzdi ki, ana nə edir ki, evdə isti yerdə oturub uşaqlara baxır da. Ana da deməzdi ki, bircə aylıq sən evdə otur  və  mən görən işləri gör, mən də sənin əvəzinə gedim çöldə-bayırda işləyim.
Belə fikir başlarını məşğul etmədiyi üçün  onlar Allahın lütfü ilə balalarını  şən və qayğısız   böyüdərdilər. Evlərindən süd, qatıq, yumurta  əksik olmazdı. İşləməyə gəlincə, qadınlar, əsasən, kolxozda tütün əkərdilər, fermalarda sağıcı olardılar. Tək-tək oxumuş qadın olardı ki, onlar da müəllim, tibb bacısı olardı. Amma ailə planması öz axarınca gedərdi. O vaxtlar   belə deyənlər də olurdu ki,   filənkəsin dolanışığı çətindir,  yeməyə  qarındolusu çörək tapmır, nəyinə lazım idi dünyaya uşaq gətirmək.  Amma deyən də olurdu ki, uşağı verən Allah  onun ruzisini də yetirir. Allah yetirirdi də. Təbii ki,  öz vəzifələrini, qayğı və borcunu  unudub,   “niyə” və “nə üçün”lərə cavab axtarmağa vaxt sərf edəndə,  bu “niyə” və “nə üçün”lər  ailə üçün , uşaq üçün pul qazanmağa sərf edilən vaxtı əlinizdən alacaq. İşinizə, çalışmanıza müvafiq qazandığınız pul ailənizin ancaq  zəruri ehtiyaclarını güclə ödəyəcək. Ailəni dolandırmaq üçün gərək dayanmayasan, işləyəsən.

Davamı var…