Əxlaq və mənəviyyat
Uşaqları gətirməyə dəyər bir dünya yaradaq

İnsan nə qədər ki, subay olur, ailə qurmaq, övlad sahibi olmağa can atır. İmkanı olsa, qarşıdakı gözləməli olduğu illəri də əllərini uzadıb özünə yaxınlaşdırardı ki, tez də məktəbi, hərbi xidməti başa vurub toy edə bilsin, ailə qursun, dünyaya övlad gətirsin. Bunu hələ əli çatmayanda, qovrula-qovrula armudun yetişməsini gözləməli olurdu. Ta ki bu mərhələləri keçib qurtarırdı, ata-ana bir kişinin qızına elçi gedərdi.
Oğul evləndirmək və yaxud qız köçürmək istəyən ailələr üçün bir-birindən şirin, maraqlı adətlər olurdu. Bu xeyir iş başlayandan “Üzəçıxdı”ya qədər hər iki tərəfin ailəsi ilə bərabər elçiliyə getmiş, nişan mərasimində qol açıb oynamış, sevinmiş, dualar etmiş qohum-əqrəba , ağsaqqal və ağbirçəklərin iştirakı toy mərasimini daha da unudulmaz edir, digər tərəfdən isə gəncləri onların qarşısında məsul edirdi: gənc ailə üçün, bu ailənin sağlam əsaslarda yol başlamasına zəmanət olurdu.

Bütün bunlar həm də ailə formatında cəmiyyətin struktur keyfiyyətinə yeni nəsil xətti gətirir.
İndi daha çox gənc qızı özü tapır, qızdırsa, oğlanı özü bəyənir, özləri qərara gəlir, tez-bazar da toy edib məqsədlərinə çatırlar. Çox evliliklər var ki, bəlkə də bu evliliklər qadına çata bilmək üçün edilir. Belə evlik həyatında gedə bilənə qədər gedir, istəməyəndə biri sağa çevrilir, biri sola. Elə bil bir bəhanə gəzirlərmiş. Gedə bilməmək deyəndə ciddi bir səbəb olmur ha. Sadəcə, gənc ər üçün də, gənc qadın üçün də pis nümunələr var : bir az “besedka”larda, bir az liftin qarşısında, bir az uşaqları bağçaya, məktəbə aparanda yolüstü qonşu və yaxud qonşu olmasa da çocuğunun “mama”sı ilə etdiyi əhvalpürsanlıqdan, bir az da sosial şəbəkələrdən “silahlanırlar”… Evə gələndən sonra da aralarında bir balaca problem, inciklik olan kimi, kökləndikləri cəbhələrdən başlayırlar bir-birlərinə əks həmləyə.
İki qoçun başı bir qazanda qaynamaz axı.
Və yaxud yeni evliliklərin uğursuzluğunda ər dəsti-xətti. O qədər nümunələr var ki, evlənib kuminsə qızını gətirib anasının yanında qoyurlar, 2-3 aydan sonra isə üz tuturlar qonşu ölkələrə. Subayı da, evlisi də bir də heydən düşəndə qayıdırlar yurda. Onda belə evli ailələrdə tərəflər arasında intim həyat uyğunsuzluqları baş verir, subaylara isə qız bəyəndirmək olmur. Halbuki, xarici ölkələrdə onları cəlb edən, cəzb edən qızlar onların sevə biləcəkləri qızların, evlidirsə, xanımlarının əllərinə demirəm ha, ayaqlarına su tökməyə yaramır. Bütün bu kimi münasibətlərdən ailələrdə soyuqluq, yadlaşma başlayır.
Ailə həyatı üçün digər bir xarakterik təsir isə bir çox hallarda televiziya verilişlərində ölçülüb-biçilmədən sıslındirilən fikirlər olur. Məsələn, bir neçə il qabaq Əməkdar artist Gövhər Rzayeva “Günün sədası” proqramında “Pul qazanan kişinin xəyanətini bağışlamalısan” demişdi. Üstündən 3 il keçəndən sonra”Qonaqcanlı” verilişində qarmon ifaçısı bu fikirdə qaldığını bir daha yəqinləmişdi:

“Çox adam mənimlə razılaşmır. Öz fikrimdir. Pul qazanan kişi var ki, ailəsini saxlayır. Qadının almaqdan, gətirməkdən xəbəri yoxdur. Kişi bunu edirsə, qoy getsin. Hara gedirsə, qayıdacaq. Biri də var ki, pul yoxdur, özü küçələrdə. Kişinin pulu evdə, özü küçədə olar. Sevgiyə inanmıram, heç sevməmişəm. Yalandır, özün özünü aldadırsan. Sevəndə adamı axmaq yerinə qoyurlar.”
Aparıcı Rövşanə Ağasəfqızı də bir dəfə kişilərlə bağlı qalmaqallı fikirlər səsləndirmişdi:
“Səxavət kişilərin üzünü ağ edən cəhətlərdən biridir. Kişi simic oldu, apar qaytar… Əliaçıqlıq kişiyə yaraşıq verir. Kişi xərcləsin, qadın yığsın. Əlini cibinə aparmayan kişidən adama ər olmaz. Pul xərcləməyə tək pul yox, həm də ürək lazımdır. Ürəksiz kişidən sevgi, ruh-filan da gözləməyin”… və sair, və ilaxır.
Gərək televiziyamız da, mətbuatımız da ideoloji sipərimiz kimi belə söhbətlərin bu şəkildə tirajnanması üçün tribunaya çevrilməyə. Bu cür dəyərlr zaman-zaman yaranıb, Yaxşılar zərrə-zərrə toplanıb. Onda indiki kimi texnologiyalar yox idi ki. Nə toplanıbsa, qətrə-qətrə toplanıbdı. Bir gözəl ənənə, adət bir bölgədə yaranıbsa, digər bir bölgəyə gedib çatması üçün uzun zaman gərək olub. Nəqliyyat ən yaxşı halda, dəvə karvanı olub, audio-vizual imkanlar nə gəzirdi “A” ərazisindəki bir törəni indiki kimi , “Z” ərazisində də tirajlayaydılar. Heç çoxların ölüncəyə qədər hər hansı yenilikdən xəbəri olmurdu. Amma indi az-maz kompüter bacarığı olan kəs istədiyi anda dünyanı ələk-vələk edib, nəyi istəsə paylaşa bilir….Yəni, yaxşı olan, xeyirli olan maraq doğurmasa da, əcaib-əcaib şeylərin elə böyük auditoriyası var ki.
Sanki bizim özəl telekanallar, intermet televiziyaları, o cümlədən şou mətbuatımız heç bir balans gözləmədən Qərb həyatının sərhədsiz sərbəstlikərini idealizə edirlər.
Xatırlayırsınızsa, Əməkdar artist Cavanşir Məmmədov 2 il bundan əvvəl “MTV Maqazin” verilişlərinin birində dedi ki, qadın fəxr etməlidir ki, “xoruz”u başqa damda banlayır. Onda kişi də fəxr etməlidir ki, qadın ən qoxulu ətri üstünə səpələyib metroda, avtobusa, hansısa ziyafətdə, tədbirdə yad kişinin bərabərində əyləşir, ona rayihə saçır? Belə etik görüşləri olan Əməkdar artistləri nə canfəşanlıqdır ekranlardan, manşetlərdən düşməyə qoymurlar. Belə verilişlər sevgi, ailə dəyərlərini sarsıdır, həyat haqqında hələ yetkin fikirləri olmayan gəncləri assosial davranışlara sürükləyir. Onların beyinlərindəki duyğularla bağlı limbik sistem cinsi həyəcan və cinsi istəklə bağlı funksiyaları fəallaşdırır.

Mənəvi həyatdan şou məkanına atılmağa şirnikləşdirilmiış, amma bir az sıxılan, bir az tərəddüd edənlərə “tanınmışlar”, onların təmsil olunduqları media subyektləri belə dəstək verir, daha ürəkli edir. Bu cür meyillər get-gedə ən ucqar kəndlərimizə qədər gedib çatır. İntenetin imkanları ilə bu, nə çətin məsələdir ki… Və bu tirajlanmaların təsiri ilə gənclər hərəsi bir ailənin hörmətli gəlini, kürəkəni olmaqdansa, şou məkanına tələsirlər. Çünki onlar görürlər ki, ali təhsil müəssisəsini yüksək qiymətlərlə oxuyanlar iş tapa bilmir, amma şallağa tutulub peykəri-üryanları alınsa da, “eyzəbər ə, beyzəbər bə, teyzəbər tə” deyə bilməyənlər dəbdəbəli yaşayır, dünya dənizlərinin sahillərindən xüsusi iştiyaqla fotosessiysa paylaşırlar. Hüzurlarında səcdə edilməli analar, nənələr qalıb 7 dağın arxasında, bu şou kanalları, şou mətbuatı qır-saqqız olub yapışıb təqdir olunnması uyğun olmayan modellərdən, aktrisalardan, müğənnilərdən. Mətbuat Şurası belə məsələləri daim nəzarətdə saxlamalıdır. Şou mətbuatının istimai-siyası mövzulara toxunmağa, mənəvi dəyərləri dilə gətirməyə haqqı yoxdur.
Mətbuat, televiziya (Zaur Baxşəliyev, Zaur Kamal, Elgiz, Tolik və s. ) ekrana çıxarmağa bir kitabxanaçı, arxiarius, muzey bələdçisi, müəllim, tibb bacısı, sürücü, sanitar tapmır, amma dəfələrlə boşayan, boşanmış sənət adamlarını, onların övladlarını, əmlakını, cah-cəlallı həyatını tez-tez gözə soxur. Bəzən də elə adamları ekrana çıxapırlar ki, üstündən çox keçməmiş bu xeyriyyə verilişləri haqqında şəffaf olmayan məlumatlar dilə-dişə düşür.
Bəzən də bu verilişlərdə elə utanc problemlər çək-çevir edilir ki, cəmiyyətə bunların nə dəxli var. Belə problemləri olanlar getsinlər problemlərini məhkəmədə çözsünlər də.
Hansı müğənnisə plates şarı üzərində kiminləsə şəkil çəkdirib bu media subyektləri vasitəsilə paylaşırsa, instaqramda hər zaman “Baden-Badenin mavi gecələri”dirsə, məhəbbət, sevgi öz orbitindən uzaqlaşır deməkdir daha. Görmürsünüz , çou mətbutı, şou televiziyası kef edən, əza həzzi yaşayanların, flörtləşənlərin davranışlarını “eşq yaşadı”, “sevgi yaşadı” deyə leksik mühitə necə pərçimləyir.

Əza həzzi, gözlərinin qurdunu öldürmək üçün bədən yaxınlığı eşq deyil. Əza həzzinə artan meyillilik tərəfləri ailə məsuliyyətindən uzqlaşdırır. Təbii ki, bu cür sevgililər övlad haqqında düşünməzlər və yaxud zorən, könülsüz nikaha getsələr də, 1-2 övladla kifayətlənəcəklər. Qadın vücud mütənasibliyini qoruyacaq və həmin uşaqları birtəhər 7-8 yaşa çatdırıb, sonra subay kimi yaşamaq istəyəcək. Mən ailələrdə uşaq sayının getdikcə azalmasının səbəbini daha şox bu amildə görürəm.
Davamı var…