Əxlaq və mənəviyyat

Ovaxtkı ailə modelləri, əsasən, bir-birinə yaxın olardı.
Təsadüfən hansı həyətə yolun düşsəydi və yaxud qonaq olsaydın, bir-birindən sirin, səmimi, ədəb-ərkanlı uşaqların uşaqların əhatəsinə düşəcəkdin.
O vaxt deyərdilər ki, guya uşaqların sayca belə çox olması kəndin geriliyi ilə, insanların savadslzılığı ilə bağlı idi. Bir az yumor ovqatı da qatıb deyirdilər ki, ucqar kəndlərdir, işıq yox, televizor, internet yox, qaş qaralan kimi, tökülüşüb yatıblar…. Guya ona görə də hər həyət-baca uşaqla dolu olurdu.

Bir qədər vəziyyətə səbəb və nəticə arasındakı qarşılıqlı əlaqə konteksindən yanaşsaq, bunu da, bəlkə, bir səbəb kimi göstərə bilərik. Amma hər bir çocuq könül meyvəsi kimi sevginin, pak niyyətlərin, gələcəyə hesablanmış arzuların nəticəsi kimi dünyaya gətirilib. Bura işığın, internetin dəxli yoxdur. Həmin illərdə “Qadın” sözü , sadəcə, əks tərəfdən seçilmək, fərqləndirmək üçün işlədilib. Qadın obrazı bugünkü qədər reklam stimulu kimi önərlənməyib. Hətta, “Qadın” sözünü çox işlətmək özü bir tabu kimi idi.
Bəli, sözün əsl mənasında , qadın sözü bütün hərfləri böyük hərflərlə yazılmağa layiq ANA obrazı olaraq bir ailənin, bir nəslin namusu idi. Hər bir ailə üçün də, bütünlüklə el-oba üçün də qırmızı xətt idi. Ailə qurmağın təməlində soykökü qorumaq strategiyası dayanardı. İki nəslin süfrələri birləşsin. Oğlan tərəfi də, qız tərəfi də özlərinə, oğul-uşaqlarına dayaq tapsınlar. Ona görədə hamı adlı-sanlı , əsl-nəcabətli ailə ilə qohum olmağa can atardı. Mən inanmıram ki, onda bu ailələrin dilə gətirilməsə də, bir ehtiyacı da fizioloji ehtiyac olub. Yenə inanmıram. Sadəcə, bu ehtiyac yuxarıda qeyd etdiyimiz xeyirxah niyyətlərə çatmaq üçün vacib bir vasitə olub. Belə izdivacdan dünyaya gələn uşaqlar həm də cəmiyyətin davamlılığını təmin edib və etməkdədir. Amma indi həmin mahiyyət dəyişib, ailə həyatının bu özəlliyi amillərdən yalnız neçəncisinəsə çevrilib.
Elə isə bu cür düşünənlərə 4-5-6 övlad dünyaya gətirəcək Qadın yox, 2 uşaqla kifayətlənib mütənasibliyini qoruyan qadın gərəkir. Çoxarvadlılığın, çoxərliliyin əsas səbəbi də burada özünü büruzə verir. Kiminsə qızının üstünə yarlıq qoyulmasın ki, alan olmadı, evdə qaldı və yaxud kiminsə oğluna heç kim qız vermədi.
Ailə institutu üçün , ola bilsin ki, ideal uşaq sayı deyə bir şey yoxdur. Amma 2 uşaq azdır. Bu pay Allahın hökmündədir. Elə biz də Allahdan arzu edirik ki, bütün ailələrimizin ən azı 4 övladı olsun: 2 qız+ 2 oğlan. Həyatda belə ailələr görmüşəm ki, eşitmişəm ki, 2 övladı olub biri rəhmətə gedib. O bir uşa qalıb qardaşsız və yaxud bacısız. Bu yerdə hər zaman qəlbimizdə yeri olan Əhməd Cavadın misralarını deməmək olmaz:
Dağlar gülümsərkən dumanlar aldı!
Bükülməz qolların nədən boşaldı?
Gəldin, yoxsul ninən kimlərə qaldı?
Ölmə, qardaş, ölmə, düşmən çoxaldı!

Bəli, o dövrün ailə planlanmasında belə məsələlər hədəf idi. Ailə qollu-budaqlı olsun. Çətində, təhlükədə tək qalmasın, arxasız olmasın. Bir münasibətimi də yadımdan çıxmamış bildirim: həmin illərdə ailə planlanmasına stimul verən bir arqument bu idi ki, həyata gətirdikləri uşaqlar böyüyəcək, ailəyə, evə gəlir gətirəcək. Mən, şəxsən, ailələr tanıyırdım ki, oaillədə 3, 4 qız uşağı vardı, tütünçü, sağıcı olaraq ailəyə yaxşı gəlir qazandırırdılar.
Deməli, bu gün bəziləri özlərinin ailəni saxlamaq üçün iqtisadi amilləri ortaya atırlarsa, bu arqument o qədər də əsaslı görünmür. Belələri üçün dünyaya gətirəcəkləri körpələrini maddi cəhətdən təmin edə bilmələri önəmlidir, digər mənəvi-psixoji vaciblər heç yada da düşmür. Onda belə çıxır ki, sərvətinin, əmlakının sayı-hesabı bilinməyələrin hamısı çoxuşaqlı ailədir. Yenə kasıb ailələrdə uşaqların sayı çox ola bilir, amma imkanlı ailələrdə 1 və ya 2 uşaq kifayət edir. Təbii ki, istisnalar mövcuddur, amma ailə modelinin çoxsaylı olması hər zaman sadə ailələr üçün, xüsusən də ucqrlarda yaşayan ailələr üçün xas olub və bu gün də belədir.
Bunun etiologiyasını şüurların alt qatındakı gizlinlərdə axtarmaq lazımdır.
Bəli, zaman irəliyə doğru inkişaf etdikcə, insanların həyatında və dünyagörüşlərində də dəyişikliklər baş verdi. Bir vaxt haqqInda söhbət etdiyimiz kəndlərdə orta ixtisas təhsili alan qadınlarımız yox idi, nəin ki ali təhsil almış qızlarımız olaydı. Getdikcı ali təhsil alan qızlarımız bəzi hallarda oğlanların sayını üstələdi. Onlar oxuyub bu və ya digər sahələrdə parlamağa başladılar.
Qadınların cəmiyyətdəki mövqeyinin dəyişməsi uşaq sahibi olmaq fikrinə də yanaşmanı dəyişdi.Qadıların fəaliyyət sahələri müasirləşdi. İndi, daha onlar anaları, nənələri kimi 5-8 uşaq dünyaya gətirməyəcəkdilər. Ailə quracaqdılar və indiki həddə, yəni 2, bəzən isı 3 uşaqla kifayətlənəcəkdilrə. Çünki 5-8 uşaqla ictimai həyatda mövqe tutmaq çətin olardı. Digər tərəfdən, bu uşaqlara qulluq etmək məsuliyyətinin kişilərlə bölüşülməsi beyinlərə düşdü. Artıq qadınlar uşağa , əgər ərin yaşlı valideynləri varsa, onlara baxmaq üçün evdə oturmaq istəmirlər. İnsafla deyək ki, qadlnlarımızın həyatı o qədər yeknəsəqdir ki, bütün ömürləri boyu bu yeknəsəqliyə tabe olub davam edirlər, qazandıqları titul isə, sadəcə, “Evdar qadın” olur. Müəyyən qədər təsir də qloballaşmanın sirayət etdirdiyi eyforiyalar, illüziyalar oldu.
Televiziya kanallarından seriallardan izlədikləri əyləncəli həyat, evlilik proqramları romantik illüziya yaratdı, insanları belə evliliklərə şitəndirdi. Televiziyada xidmət və əmtəə təklif edərlər, evlilik yox. Baxmayaraq ki, insanlar bu cür evliliklərə böyük ümid bəsləyirdi, amma faktiki gerçəklər çox uyğunsuzluqlar ortaya çıxardı. Hələ ekrandaca hissolunur ki, bu “romantik” həyat yoldaşları bir-birindən fərqlidirlər. Belə nümunələr dünyaya uşaq gətirmək niyyətlərini yox edir, kişidirsə öz qadınından, qadındırsa öz ərindən getdikcə soyumağa başlayır, nəticədə boşanmalara səbəb olur. Sosial şəbəkələrdə belə macəralarla bağlı nə qədər istəsəniz, məlumatlar var.

Cinsi inqilab, artan feminizm dalğası, hətta bəzi ölkələrin eynicinslərin nikahını, homoseksual hüquqlarını tanınması cəmiyyətdə ailə dəyərlərinə zərbə vurdu.
Bunlar bəşəriyyətin zaman-zaman formalaşdırdığı ailəyə qarşı bir hərəkətə çevrildi.
Ailə insanın qarşılıqlı öhdəlik və etimad insanın sevgiyə olan ehtiyacını ödəyə biləcəyi inancına əsaslanır. Eyni zamanda bu cür ailə birliklərində sosial məsuliyyət var: ailənin özü qarşısında, cəmiyyət qarşısında. Amma özbaşına buraxıldıqlarından ümumi dəyərlərdən, ənənəvi rituallardan gen düşüb zurnaçıya, halvaçıya gedən qızlar da, elə onların ağıllarını oğurlatdıqları halvaçılar da, zurnaçılar da sosial məsuliyyətdən tam uzaq olurlar. Belə cütlüklər evlənənə qədər də, evlilikləri dövründə də istər ailələri, istərsə də cəmiyyət qarşısında münasibətlərinin sərhədləri məhdudlaşdırmayacaq, nə edirlərsə, nə edəcəklərsə, bütün addımlarının məzmununu özləri müəyyən edəcəklər.
Halbuki, bizim ulularımızın sevgi dəyərləri də, onların qurduqları ailə həyatı da ictimai-mənəvi dəyərlər çərçivəsində olub.
Bu gün çoxlu qeyri-hökumət təşkilatları, mətbu vasitələr, televiziya kanalları, internet televiziyaları mövcuddur ki, bunlar ailə rollarını üzərinə götürür və problemli fərdlər üçün hüquq müdafiəçilərinə çevrilirlər ki, bu da boşanmaların artmasına səbəb olur.
Çünki həyatdır da, istənilən ailənin həyatında emosional və intellektual səbəblər nəticəsində qarşıdurma yarana bilər. Belə zamanda ailədə ən kiçik hadisələr boşanmaya səbəb ola bilər. Ailəproblemlərini öz maraqları naminə reytinq qazanmağı güdənlərin verilişinə çıxartmaq olmaz. Tərəflər özləri səbir nümayiş etdirməli, hər nəslin öz ağsaqqalları məsələyə nüfuz etməlidir.
İstər boşanma halı, istərsə də boşanma meyli bu gün həm ictimai əxlaq baxımından, həm də ailənin gələcəyi üçün təhlükə həddə yaxınlaşı. Bu cür təsirlər təkcə ailə həyatı üçün deyil, bütün həyatımız üçün ümumi cəmiyyət üçün bəyənilib qəbul edilmiş etik-estetik dəyərlər insanları hər zaman ümumi zəmində birləşməkdən uzaqlaşdırır.

Davamı var…