Əxlaq və mənəviyyat

“Uşağım, sənin qoxunun, səsin, gülüşün üçün necə darıxıram… Hər səhər gözümü açanda səninlə görüşmək ümidi içimi doldurur… Gəlsən, doyunca qucaqlasam, səni övladım kimi qucaqlasam, səni öpərkən qoxunu ciyərlərimə doldursam…”
Bu misralar uşaq həsrətlibir qadının gündəliyindən götürülüb.

Bəli, “Uşağı olmayan qadın natamamdır” deymiş qadın tam haqlıdır. Hələ evliliyinə qədər barmağına nişan üzüyü taxıb içində pünhan-pünhan gəzdirdiyi arzu və xəyalların qanadında bir igid oğlumuzun HALALI , bir şan-şövkətli ailəin gəlini olmayan, bir özünə, bir Allahına verdiyi əhdə cani-dildən əməl etməyən, “ANA!” deytə çağrılanda bütün duyğuları ehtizaza gəlməyən qadın natamam qadındır. Bu cür niyyətləri ilə yaşayan, illərlə ümid edib bu günü gözləyən qadınlarımız var və hər zaman ola da ola bilər. Min bunları nəzərdə tutmuram, onlar doğmalarından bir uşaq götürüb ona analıq edə bilər. Belə qadınlarımıza həssas yanaşılmalıdır. Amma himayəyə götürdüyü uşaqla heç bir bağlılığı olmayan və yaxud donor yolu ilə övlad sahibi olmaq əsl qadınlıq deyil. Doğru bir ailədə hələ ata belindən ana rəhminə düşənə qədər də dünya gələcək körpə hər gün əzizlnir, sonra ana narahat olur, ətraf mühitdən yavrusu üçün əndişələnərək düz doqquz ay onun öz bətnində hifz edib saxlayır: günəşdən, yağışdan, küləkdən və qardan. Bəd niyyətlərdən və bəd gözlərdən… Ona görə də Qadınlığın ən böyük və ən birinci şöhrəti ANA olmaqdır. Türkiyəli məşhur professor akademik Dr. Pınar Əkə belə bir tezis irəli sürmüşdür ki, kişi öz sosial statusunu əməyi ilə əldə etdiyi halda, qadının ictimai varlığı yalnız analıq yolu ilə təsdiqlənir. Ata, Ər/Kişi bir el gözəlini də almaqlala həm özünü şöhrətləndirir, həm də həmin bu gözəli.
Allah dünyanı yaradanda, hər şeyi cüt yaratmışdır.Bu qoşalıq təbiətdə də, heyvanat aləmində də belədir. Qədim bir rəvayətə görə, hətta, qadın və kişi vücud olaraq bir bədəndə yaranıbmış. Daha bir də kiminsə qız seçməsi, oğlan bəyənməsi lazım gəlmirmiş. Amma vaxt gəlir ki, bir çox günah əməllərinə görə Allah insanları cəzalandırır: bir bədəndə yaratdığı cütlükləri bir-birindən ayırır. Guya həmin vaxtdan sonra hər kəs öz bədənindən, canından ayrılmış parası ilə nə vaxt rastlaşırsa, onda sevməyə başlayır, yenidən birləşir, ailə birliyi yaradırlar. Məsələ burasındadır ki, bəlkə də elələri var ki, onların günahı daha çoxdur, belələrinin yenidən birləşməsi arzu edilmir, onların qarşısına öz tənlərindən ayrılmış yarları əvəzinə, tam başqa yar ürcah edilir. Amma bu ülfət alınmır ki alınmır. Bir müddətdən sonra onlar yenidən ayrılırlar.

Nə üçün Azərbaycan ailələrində uşaqların sayı getdikcə azalır və yaxud qadlnlar niyə analıq qayğılarından lap tez xilas olmağa can atırlar?
Çox səbəb göstırmək olar. Təbii ki, hamı eyni səbəbdən boşana bilməz. İctimai müzakirələrdə daha çox aşağıdakı səbəbləri önə çəkirlər:
1.İqtisadi problemlər
2.Tərəflərin sosio-mədəni səviyyə fərqliliyi
3.Cinsi problemlər
4.Ünsiyyət problemi
5.Tərəflərdən birinin xəyanəti
6. Ailədaxili şiddət və sair
Mən öz fikirlərimi bildirirəm. Məsələyə bu cür yanaşmağı da doğru hesab etmirəm. Biz ayrılmanın səbəbini deyil, sevgisizliyin səbəblərini axtarmalıyıq.
Necə olur ki, sevməyə başlayanda bir-birlərinə “canım”, “aşklm”, “bi tanem ” deyən, səhər açılan kimi sevdiyi qızın gedib-gəldiyi yolları gözətləyən, onu məktəbə, işə aparıb gətirən oğlan evlənib evinə gətirdiyi 5-6 ay əvvəlki “bi tane” sinə xəyanət edir? Necə olur ki, sevməyə başlayanda ərinin qulluğunda müntəzir dayanacağını vəd edən, ən ləziz xörəklər bişirib şəxsən onu özü yedizdirəcəyinə inandırmış qız-gəlinimiz, 5-6 ay evlilikdən sonra obaşdan durub əri üçün çay hazırlamır. Deyir ki, kənd deyil ki ocaq qalayasan, su orda, qaz orda. Özün də rahatca çayını hazırlayıb içə bilərsən…. Və yaxud bu gəlinlərin çoxsu yemək bişirsə də, yemək ya duzlu olur, ya da şit…
Sevgili olduqları vaxtda bir-birlərinə necə ehtiyac hiss edirdilərsə, üstündən illər keçəndən sonra heç olmasa, ilkin vəziyyətini yaşada bilməyiblərsə, yalanmış hər şey. Getdikə şaxə qalxacaq adiləşmək: paltarını vaxtlı-vaxtında ütülənməyəcək, hər gün əvvəlki günlərdə olduğu kimi işə gedəndə qapının ağzında müntəzir durmayacaq, axşam işdən qayıdana kimi əlləri qoynynda məlul-müşkül var-gəl etmyəcək. Eləcə də ər övvəlki vaxtlarda necə ki , işdən çıxan kimi evə tələsərdi, indi tələsməyəcək.Gecədən keçmiş gələndə də,
sanki, bu evdən özündən başqa bəni-adəm yoxdur. Deməli, bu cütlüklər arasında laqeydlik, soyuqluq özlərin əməlli-başlı yer etmişdir.
Etimad, hörmət mütləq qarşılıqlı olmalıdır. Necə ki, müdriklər deyib: “Əgər qadınını mələk görmək istəyirsənsə, onun ətrafında cənnət yaratmalısan”.
Birtərəfli, yarımçıq sevgi uzunömürlü ola bilməz.
Olsunki, mənim fikirlərində suvyektivim daha qabarıq olsun. Fəqət, düşünə bildiyimi, gördüyümü, müqayisə edib gəldiyim qənaəti ifadə edirəm.

Mən də arzu edərdim ki, kişilərimiz çörəkli yerdə işləsin, aldığı məvacib onun ailə ehtiyaclarını təmin etməyə kifayət etsin. Qadın kişidən çox pul qazanmasın. Kişi qadının adına olan mənzildə yaşamasın. Ərin/Atanın ailədə üstün rolu saxlanılsın. Amma məlum səbələrdən kişi aldığı masala ehtiyac zənbilini ödəyə bilmirsə, ailənin digər üzvləri bunun fərqində olmalıdır. Qadın bununla ərini utanc vəziyyətə salmamalıdır. Səadətin formulu təmtəraqlı xanimanda yaşamaqda deyil.
Məşhur bir rəvayəti təqdim edirəm. Çox ibrətamiz nəticəsi var. Hesab edirəm ki, səadətin rəsmi bu əvayətdə tam əks olunub. Hətta ola bilər ki, sərvət xoşbəxtlik deyil, göz yaşları gətirsin. SəadətAilə cütlüklərinin etimadı və birgə səyləri ilə qazanılmalıdır.
Bir padşah xoşbəxtliyin, səadətin rəsmini çəkmək üçün müsabiqə təyin edir. Ən yaxşı əsərə böyük mükafat verəcəkmiş.
Kim eşidirsə, həvəslə bu müsabiqəyə qoşulur. Çoxlu rəsmlər çəkilir. Həm tanınmaq istəyirdilər, həm də ortada böyük mükafat var idi.
Münsiflər heyəti çəkilən şəkillərin yalnız müsabiqə üçün qəbul edilənləri hökmdara təqdim edirlər. Hökmdar bu seçilmişlərin arasında iki rəsm üzərində dayanır.
Rəsmlərin birində yamyaşıl dağların əhatəsində göl təsvir olunmuşdu. Hər tərəf gül-çiçəklikdir: kəpənəklər bu gül-çiçəklərin üstündə ora-bura uçuşurlar. Quşların xoş avazı, bulaqların şırıltısı, aydın səma, dağın ətəklərində meyvə bağları, bir sözlə, insan hansı tərəfə baxsaydı, gözü rahatlanır, qəlbi fərəhlənir. Arzu, xəyal adamı qanadlarına alıb ənginliklərə aparırdı.
Münsiflər düşünürdü ki, hökmdar bu rəsmi qiymətləndirəcək. Çünki orda hər səhnə, hər naxış, hər çalar sevinc, fərəh vəd edir, səadət assosiasiyası doğururdu.
Amma hökmdar həmin tablonu deyil, ikincini bəyənmişdi.
Bu tablo da əvvəlkinə oxşayırdı. Burada da dağların əhatəsində göl təsvir olunmuşdu bir dənə yaşıl olan heç nə yox idi, hər tərəf sal qayalar…
Zaman etibarı ilə axşamdır. Göy guruldayır, ildırım çaxır, yağış yağır … Qaranlığın yaratdığı mənfi çalarlar ildırımın gurultusu ilə bir qədər də , obrazlı desək, təlatüm yaradırdı.
Elə bir qorxunc mənzərə yaranırdı ki, tamaşa edəni elə tablonun arxasında vahiməyə salırdı.
Bəs nə üçün hökmdar qorxunc mənzərəli təsvirlərlə dolu rəsmi seçmiş, mükafatı bu rəsmə verəcəyini bildirmişdi.

Sən demə, hökmdar diqqətlə baxanda qayaların arxasında çılpaq bir ağac görmüşdü. Ağacda bir quş yuva qurub, yuvada balaları var. İndi göy guruldayanda, yağış yağanda balalarını qanadlarının altına alıb, balaları ilə bir yerdə yaşadğı bəxtəvərliyə şükür edirmiş.
Hökmdarın gəldiyi qənaət də bu idi ki, gül-çiçəklərin, meyvəli bağların, bir sözlə, əsrarəngiz təbiətin qoynunda yaşamağa nə var ki. Əsl insan səadətini çətinliklərin ağuşunda özü tapmalıdır. Çətinliyi dəf edərək öz səadətini burada qurmalıdır. Və bu cürə qurulmuş səadət çox şirin olur, məzmun olur, əbədi olur. Həmin rəsmdə də quş rahatlığını belə çətinliyin içində özü qura bilmiş və özünü balaları ilə xoşbəxt hesab edir.
Gənclərimiz də öz səadətlərini belə qurmalıdırlar. Hazıra nazil olmamalıdırlar, bundan imtina etməlidirlər.

Əgər sevgi varsa, bu sevgi qəlbin ən dəruni hisslərindən nəşət edibsə, onu heç nə dəyişə bilməz, yox edə bilməz. Əgər sevgi öz rişəsini sağlam mənbədən götürübsə, o, mütləq davam edəcək, böyüyəcək. Amma günümüzdə olduğu kimi, haray-həşirlə toya can atan, qovuşan gənclər amma üstündən 1-2 il keçməmiş biri digərini görmək istəməyəcəklərsə, onda bu sevgi mənbəyini sağlam çeşmədən götürməyib. Sevgi, ailə intim həzz dünyası deyil. Burada tərəflərin birgə çalışması, problemləri birlikdə dəf etməsi şərtdir. Yox, əgər qadın ailənin imkanlarından artıq rahatlıq, təmtəraq axtaracaqsa, dəqiqəbaşı bunu dilə gətirəcəksə, ailədə sağlam, səmimi mühitdən söhbət belə gedə bilməz.. Əksinə, ünsiyyət problemi bir az da ciddiləşəcək, cütlüklər bir-birlərini heç nədən kobudlayacaq.
Yeni nəsil ekspertlər son vaxtlar qəribə iddialar səsləndirilər: guya ki, ər-arvad arasında cinsi məmnunsuzluq hökm sürürsə, belə ailələr də problemlərlə baş-başadır. Ailədə hansısa biri ayağını yan basacaq. Sosial şəbəkələrdə belə məlumatlar hər zaman yer almaqdadır. Təbii ki, bu cür ailələr möhkəm ola biməz, uzunömürlü ola bilməz. Bu və ya digər səbəbləri də buraya əlavə etsək, elə bil ki, ötən illərin, yəni, 40-50 il bundan əvvəlki ailələrindən fərqli olaraq, indiki Azərbaycan ailəsinin xəlitəsinə bir az da inamsızlq, bir az qədirsizlik,bir az ehtiyatsızlıq, bir az laqeydlik də qarışdırıblar. Ona görə də indiki ailələr parçalanmağa, dağılmağa daha həssasdır.
Davamı var…