Hikmət bağçası /Kəlamlar

Ən cazibədar qadın ancaq yoldaşına bağlı olub, cazibədar görünən qadındır.
Bill Ballans
Analıq qadının gözəlliyini tamamlayır.
Düma
Qadın nə qədər az xoşuna gələrsə, o qədər vəfalı olar.
Kəlam
Qadın kitaba bənzəyir,onu sevərək və diqqətlə oxumaq lazımdır. E.Krepelin
Bir kişini tərbiyə edin, bir insanı tərbiyə etmiş olarsınız. Bir qadını tərbiyə edin, bir ailəni tərbiyə etmiş olarsınız.
Fanni Xerst
Dünya və günəş bir-birləri üçün nə qədər lazımdırsa, qadın ilə kişi də bir-biri üçün o qədər vacibdir.
Simona de Bovyar
Nahara gec və ya tez gəlməyimin həqiqətən qayğısına qalan bir qadın üçün bütün dahiliyimi və bütün işlərimi qurban verməyə hazıram.
Turgenev
Qadınlar zəifdir amma analar qüvvətlidir.
V. Hüqo
Qadın dünyanın ən gözəl və ən qiymətli varlığıdır.
Konfutsi
Pis qızdan yaxşı qadın olmaz.
B. Franklin
Qadın həyatın bütün mərhələlərində kişinin xilaskarıdır.
V. Belinski
Çiçək ətir vermək, ocaq isitmək, qadın da xoşbəxt etmək üçün yaradılmışdır.
G. Qardon
Qadın – dünyanın ən güclü və mükəmməl varlığıdır ki, Allah kimi o, da kişini istədiyi istiqamətə yönləndirə bilir.
H. İbsen
Yalnız uşaq doğmaq bir qadını ana etməz.
Naməlum
Qadın yalnız gözlə seçilməz. Onu gözündən çox, qulağınla seç.
T. Fuller

