Femida

Polis fəaliyyət göstərdiyi ərazidə insanların təhlükəsizliyini təmin etmək, dövlətin və xalqın sarsılmaz birliyi , konstitusiya quruluşu və ümumi təhlükəsizliyi ilə bağlı preventiv və profilaktik tədbirlər həyata keçirən dövlət xidməti orqanıdır.
Təhlükəsizlik geniş mənada dövlətin, cəmiyyətin, şəxsiyyətin mühafizə edilməsi və onun hüquq və azadlıqlarının müdafiəsini təmin edən iqtisadi, siyasi, təşkilati, hüquqi və digər tədbirlərin məcmusudur. Bu vəzifələri həyata keçirənlər, ictimai təhlükəsizliyin keşiyini çəkənlər polis əməkdaşlarıdır. Azərbaycan polisi 1918-ci ilin dekabrında yaradılmışdır. Bir əsrdən artıq şöhrətli tarixi var. Nüharibə, fövqəlada vəziyyəti olmayanda da polis aktiv fəaliyyətdədir.







O, bütün zamanlarda, həm də bütün vəziyyətlərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasını tam təmin edir. Cinayətlərin və inzibati xətaların, kütləvi iğtişaşların, habelə qrup şəklində ictimai qaydanın pozulması hallarının, cinayətkar doğuran sosial neqativ təzahürlərin qarşısını alır, bununla əlaqədar daim profilaktiki işlər həyata keçirir. Bu da bir cəbhədir. Dinc günlərin cəbhəsində keçik çəksələr də, sərvaxtlıqları eynən ekstremal hallardakı kimidir. Polislər də əsgərlər, həkimlər kimi and içirlər. Bu , polislər üçün məsuliyyət, insanlar üçün təhlükəsizliyə əminlik deməkdir. Polis and içməklə cəmiyyəti əmin edir ki, məsləki naminə lazım gələrsə, canını da qurban verəcək və Azərbaycan polisinin neçə-neçə əməkdaşı bu yolu “uf” demədən seçib də. Fəqət, hələ də polis haqında əks fikirlər söyləyənlər var. Şərəfli tarixi olan polisin şöhrətinə xələl gətirən əməkdaşlarını polis heç vaxt sıralarında saxlamayıb, onlar dərhal polis orqanlarından xaric ediliblər.
Polis haqqında yanlış təəssürütlar dəyişilməlidir.Polis əlidəyənəkli məmur demək deyil. Polis azadlığımızın, asayişimizin və qanuni mənafelərimizin yaradıcısı və qoruyucularıdır. Yaxın illərin tarixinə nəzər yetirək.



15 Noyabr 2019-cu ildə Xətai rayonunda Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olmuşdu.Yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə operativ şəkildə təxliyə olunmuşdu. Hadisə zamanı 10 nəfər tüstüdən zəhərlənmişdi. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilmiş, 6 nəfər Respublika Toksikologiya Mərkəzinə çatdırılmışdı.Fövqəladə Hallar Nazirliyinin və Daxili işlər Nazirliyinin əraziyə xidmət edən polis şöbələri xilasetmə zamanı maksimum səy göstərərək, sakinlərinin təhlükəsizliyini təmin edə bilmişdilər.

26 iyun 2016-cı ildə Yasamal rayonunun Abdulla Şaiq küçəsi 48A ünvanında baş verən partlayış hadisəsi səbəbindən güclü yanğın olmuşdu.
Yanğın zamanı iki elektrik sayğacı və bir neçə metr kabel yanmışdı. Yanğının evin giriş qapısında başlaması üzündən evdə olan azyaşlı qız çölə çıxa bilməmişdi. Dərhal əraziyə Yasamal Rayon Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşları cəlb edilib və onların səyi ilə həmin qız uşağı alovdan xilas edilmişdi.

2019-cuil oktaybrın 16-da Babək prospektində azyaşlı qızı transformatorun içərisində elektrik vurub.
Nizami Rayonu Polis İdarəsinin polis serjantı Nəzərov Zöhrab həmin vaxt xidməti vəzifəsini yerinə yetirərkən, əraziyə gəlmiş və hadisədən xəbər tutaraq uşağı xilas edib.

2018-ci il dekabrın 6-da axşam saatlarında Şəki rayonunun Suçma kənd sakinləri gənc qadının səhhətində yaranan problemlə əlaqədar onu qonşu kənddə olan tibb məntəqəsinə aparıblar. Avtomobillərində yaranan nasazlıqla əlaqədar onlar hərəkət edə bilməyiblər. Elə həmin vaxt kənd ərazisində xidmətdə olan Şəki şəhər Dövlət Yol Polisi bölməsinin əməkdaşları Vüqar Məmmədov və Rauf Əhmədov onlara yaxınlaşıb, vəziyyətlə maraqlanıblar. Vaxtın daraldığını görən polis əməkdaşları xəstəni və onun yaxınlarını dərhal YPX-nin avtomobilinə əyləşdirib, rayon mərkəzi xəstəxanasına doğru hərəkət ediblər. Qadın tez bir zamanda xəstəxanaya çatdırılıb, həkimlərin də ilkin müdaxiləsi ilə onu həyatda saxlamaq mümkün olub.

01 iyul 2020-ci ildə Qax şəhəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobildə olan hamilə qadının halı pisləşib. Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları vaxt itirməmək üçün qadını və yaxınlarını öz xidməti avtomobillərinə əyləşdirərək dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxanada həkimlər tərəfindən qadına ilkin tibbi yardım göstərilib və onun həyatı xilas edilib.

2017- ci il iyulun 3-dən 4-nə keçən gecə saat 3.30 radələrində Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 39 ünvanında məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana tipli binanın 5-ci mərtəbəsində 4 mənzili alov bürüyüb.
Post-Patrul Xidməti Bölüyünün polis nəfəri, polis kiçik serjantı Əkrəm Dərxot 5-ci mərtəbədəki mənzillərdən birində köməksiz vəziyyətdə qalan 2 qadının həyatını xilas edib. Polis əməkdaşı özü hadisə yerində huşunu itirib.
Ə. Dərxot Dərhal Təcili Tibbi Yardım maşını ilə Respublika Toksikologiya Mərkəzinə çatdırılıb, ilkin tibbi yardım göstərildikdən sonra DİN-in A. Heydərov adına Respublika Hospitalına yerləşdirilib. Ə. Dərxotun həyatı üçün təhlükə aradan qaldırılıb.

2020-ci fevralın 6-dametronun “Gənclik” stansiyasında naməlum şəraitdə 307 manatını itirən Sevda Kərimova polisə əməkdaşlarına müraciət edib.
Şəhid ailəsini asayiş keşikçiləri tezliklə sevindirib.
Belə ki, həmin stansiyada xidmət aparan polis kiçik serjantı Musa Sabirli təqribən saat 14:00 radələrində metronun girişində 307 manat tapması barədə Metropolitendə Polis Şöbəsinin rəhbərliyinə məlumat verib.
Elə həmin gün axşam saatlarında S.Kərimova rəhbərlik tərəfindən şöbəyə dəvət olunub və itirdiyi 307 manat ona qaytarılıb.
S.Kərimova asayiş keşikçilərinə təşəkkürünü bildirib.

2020-ci il anvarın 30-da polis serjantı Namiq Nəsibov 28 may metrostansiyasında xidmət apararkən saat 18:40 radələrində 2139 manat tapması barədə Metropolitendə Polis Şöbəsinin rəhbərliyinə məlumat verib.
Elə həmin gün axşam saatlarında metroda pulunun itməsi ilə bağlı polisə müraciət edən İlahə Sadıqovanı şöbə rəhbərliyi qəbul edib. O, “28 May” metrostansiyasının çıxışındakı Bakı kart aparatının yanında 2139 manat pulunu unutduğunu deyib.
İtirdiyi pulun polis əməkdaşları tərəfindən tapılmasına görə sevindiyini bildirən İ.Sadıqova asayiş keşikçilərinə təşəkkürünü bildirib.

Polis əməkdaşı deyəndə, ilk ağıla gələn hüquq anlayışları, əlbəyaxa döyüş, qanun pozucularının zərəsizləşdirilməsi səhnələri gəlsə də, əslində, onların fəaliyyət diapazonu böyükdür. Bu cür düşüməyənlər, düşünə bilməyənlər isə ümumi insanların az bir hissəsidir və onlar da bunu məqsədli edirlər. Poislər olmasa, yolda nəqliyyatın hərəkəti iflic olar. Hər yekəpər avtomobilini harda kefi istədi, orda da saxlayıb gedəcək. Polis olmasa, axşam qaş qaralandan sonra gərək qapıları bağlayıb evində oturasan. Polis olmasa, kim kimi harda istəsə döyər, söyər….Bütün bunlara qarşı polis gecə-gündüz keşikdədir. Bəzən , hətta riskli xilasetmə hadisələri də olur ki, polis bu cür vəziyyətlərdə də ancaq xilas edəcəyi şəxsi düşünür. Polislərimiz onların fəaliyyətindən bədgüman olaanların düşünə bildiklərindən dəfələrlə humanistdirlər, sosialdırlar. Gündəlik həyatımızda hamısı rast gəldiyimiz mənzərələrdir:
-Polis hərəkət məhdudluğu olan hərbçilərlə , fərqi yoxdur, eləcə də mülki vətəndaşla qarşılaşdıqda , buna laqeyd qalmır, yaxınlaşıb, ona kömək göstərir. Küçəni keçmək lazımdırsa, onların əlindən tutub təhlükəsiz zolağa qədər müşayiət edir.
-Polis qarda, yağışda hərəkət edə bilməyən avtomobillərin sürücülərinə kömək edir.
Polis pandemiya dövründə qadağa olduğundan mağazalara gedə bilməyən vətəndaşlara nümunəvi xidmət göstərdi və sair, və ilaxır.

Polis bu xalqın həyatından heç vaxt ayrı qalmadı. Qanvermə aksiyalarında ilk donorlar oldular, qana ehtiyacı olanlara qanlarını əsirgəmədilər. Polis hər yeni dərs ilinin başlanması münasibəti iıə köməyə ehtiyacı olan ailələrə dəstək layihəsinə qoşularaq, onlara məktəbli forması və dərs ləvazimatları hədiyyə etdi.

28 İyul 2020 -ci ildə Abşeron rayon DYP şöbəsinin əməkdaşı, polis kapitanı Vasif Sadıqov avtoqəzada ağır yaralanan 21 yaşlı gənci təcili tibbi yardıma çatdırıb. Lakin orada xəstənin xeyli qan itirdiyini deyib qəbul etməyiblər. Bundan dərhal sonra polis kapitanı xəstəni “Semaşko”ya çatdırıb. Burada da xəstənin vəziyyətinin ağır olduğunu deyib qəbul etməyiblər. Polis kapitanı vaxt itirmədən gənci Travmatologiya İnstitutuna çatdırıb. Burada xəstəni əməliyyat edib yarasını tikiblər və qanaxma dayanıb. Xəstə özünə gələnə qədər polis kapitanı xəstəxanada gözləyib.

Pandemiya dövründə sərt karantin rejimi insanlarö evlərə çəkilməyə məcbur etdi. Bu hərəkət məhdudluğu təbiətdə yaşayan heyvanların, quşların yaşamasını çətinləşdirdi. Adi həyat axarında baba-nənələr bu heyvanları yemləmək üçün nəvələrini götürüb, parklara, bağlara, məhəllələrə çıxardılar. Nəvələr özləri ilə gətirdiyi qarğıdalı, buğda, tum, digər qida vasitələrini heyvanlara verib sevinərdilər. Həm heyvaanlar qidalanardı,həm də baba-nənələrin ahıl dövrlərinin bir günü də belə ötərdi. İndi karantin rejiminə görə bunlar yoxdur. Amma bu da polislərin diqqətindən yayınmır. Bu hərəkət insana edilən mərhəmətdən qat-qat üstündür.Qəddar adam bunları düşşünə bilməz, belə addım ata bilməz. Bunlar yalnız yüksək humanizm ilə də bağlı olan məsələdir. Polis orqanlarında çalışan əməkdaşlar qarşıladıqları heç nəyə biganə qalmazlar. Küçədə tənha qalmış quşları belə unutmazlar. Bəli, polis əli rezin dəyənəkli cəza adamı deyil..O, bizim necə qəbul edib-etməməyimizdən asılı olmayaraq, gecə-gündüz bizi qoruyr, bizim əmin-amanlığımızı qoruyur.
Bu müqəddəs, müqəddəs olduğu qədər də məsul vəzifələri yerinə yetirərkən həyatını qurban vermiş polislərimiz var.

1941-45-ci illərdə faşizm ilə mübarizədə Azərbaycan polisinin 800 nəfərə yaxın əməkdaşı rəşadətlə vuruşmuş, qəhrəmanlıq, igidlik nümunələri göstərərək yüksək orden və medallara layiq görülmüşlər.
Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti 932 şəhid vermiş, 681 əməkdaş isə əlil olmuşdur.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 460 nəfər polis əməkdaşı, 511 nəfər Daxili Qoşunların hərbi qulluqçuları şəhid olmuş, 67 nəfər daxili işlər orqanlarının əməkdaşlarına Milli Qəhrəman fəxri adı verilmiş, 86 əməkdaş “Azərbaycan Bayrağı” ordeni, 247 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilmişdir.

44 günlük müharibədə polisin rəşadətli oğulları həm cəbhədə döyüşmüş, həm də daxildə öz borcunu adi günlərdəkindən də sərvaxt yerinə yetirmişdir. Pandemiya dövründə onları qayğıları bir qədər də artmışdır. Bütün bunlardan sonra polis haqqında etimadsızlıq yaratmaq meyillərinə qəzəblənməmək olmur . İstərdim ki, bu cür düşünənlər nə qədər sərt olsalar da, ədaləti də unutmasınlar. Azərbaycan vəətndaşı indi öz evindədir, kimi monitor arxasında, kimi çay süfrəsi arxasında, kimisi nərd oynayır, kimisinin övladı, nəvəsi dərs hazırlayır və s.. Amma Polis onları qoruyur. Gündüz saat 12-də, gecə saat 12-də, səhərə yaxın saat 4-də qoruyur Yolda, küçədə, metroda qoruyur, evinin içində qoruyur. Hər qaraltıya, hər səsə mütləq ayrılır, səni, məni, bizi hər səsdən, hər qaraltıdan qoruyur.
Çox arzu edərdim ki, insanlarımız bizim hizmətimizdə duran, sabitliyimiz və güvənliyimiz üçün var olan şərərfli Azərbaycan polisinin əməyini doğru-düzgün qiymətləndirsinlər.
Azərbaycan polisi bizə çox lazımdır, lap çox.