Nostalji

Nazim Hikmət -Səndən əvvəl ölmək istəyirəm

(tərcümə)

Mən səndən əvvəl ölmək istəyirəm.

Gedənin arxasından gələn

gedəni tapacaqmı düşünürsən?

Mən zənn etmirəm bunu.

Yaxşısı, cəsədimi yandırarsan,

otağında ocağın üstünə qoyarsan,

içində bir qabın.

Qab şüşədən olsun,

şəffaf, ağ şüşədən olsun

ki içində məni görə biləsən …

Fədakarlığımı anlayırsan?

imtina etdim torpaq olmaqdan,

imtina etdim çiçək olmaqdan

sənin yanında qala bilmək üçün.

Və toz oluram

yaşayıram yanında sənin.

Sonra, sən də öldüyündə

həmin o qaba gələrsən.

Və orada birlikdə yaşayarıq

Külümün içində külün,

ta ki bir gəlin

yaxud vəfasız bir nəvə

bizi oradan atana qədər …

amma biz

o zamana qədər

o qədər

qarışacağıq

ki bir-birimizə,

atıldığımız zibillikdə belə zərrələrimiz

yan-yana düşəcək.

Torpağada birlikdə düşəcəyik.

Və bir gün yabanı bir çiçək

bu torpaq parçasından nəmlənib cücərərsə

sapından şübhəsiz

iki çiçək açacaq:

biri sən,

biri də mən…

Türk poeziyasının  fəxarətli nümayəndələrindən  biri, Beynəlxalq Sülh Mükafatı Laureatı  Nazim Hikmətə könül verən qadınlar çox olmuşdur. Böyük şair  ucaboy, yaraşıqlı olmaqla bərəabər, həm də   böyük poeziya adamı idi. İstənilən şeiri oxucusunu cəzb edir. O da qalmışdı  emosionallığına görə  kişilərdə önə keçən qadınlar ola.

 Nazim Hikmət həbsdə olduğu zaman yazdığı bir məktubunda eşqi belə izah edirdi şair: “… Məsələn, mən 45 yaşımı bitirdim. Amma hər gün bir az daha aşiq oluram. Arvadımdan, sənətimdən, təbiətdən, insanlardan, idealizmdən tutmuş bülbülümə qədər hər şeyə aşiq oluram. Və çox şükür aşiqəm. Bu eşq mistik mənada falan deyil. Platonik eşq deyil. Hər birinə praktik təzahürləri ilə fəal bir eşq… Mənə elə gəlir ki, bir tək insana, yüz milyonlarla insana, hər tək ağaca, bütün meşəyə, tək bir düşüncəyə, fikrə, bir çox düşüncəyə və fikrə aşiq olmadan yaşamaq, yaşamaq deyildir”.

   Məşhur şairə könül verən qadınların əksəriyyəti türk olsalar da, aralarında rus qadınları, hətta  Adilə xanım adlı bir azərbaycanlı sevgili də olmuşdur.

 Aşağıda  Nazim Hikmətə  könül vermis qadınlar haqqında qısa məlumatları təqsim edirik:

  1. Səbihə xanım

Nazimin uşaqlıq illərindəki ilk sevgisi Əbdülhəmid dövrünün məşhur valilərindən birinin qızı Sabiha xanımdır.

 2. Əzizə xanım

  Nazim yenidən aşiq olur. Bu dəfə məşhur həkimin 17 yaşlı baldızı Əzizə Xanıma.

3. Şükufə Nihal

Şairlər 1920-ci illərdə Erenköy bağlarında   malikanələrində  bir araya gələrək ədəbi söhbətlər edərdilər.  Şüküfə Nihalla da bu  ədəbi söhbətlər yavaş-yavaş  səmimi söhbətlərə çevrilmişdi.

4. Nüzhət xanım

 Nazım Hikmət və dostu Vala Nurəddin 1921-ci ilin sentyabrında Trabzon limanından   gəmi ilə Sovet İttifaqına macəralı səyahətə çıxırlar. Burada, İstanbulun Nişantaşında Mətbuatın baş direktoru Muhittin bəy və baldızları Nüzhet Berkin ilə görüşürlər.  Bu görüş getdikcə daha  yeni məzmun kəsb etməyə başlayır.

5. Yelena Yurcenko (Lena)

Nazım Hikmət 1925-ci ilin sentyabrında, təxminən 9 ay sonra ikinci dəfə Sovet İttifaqına gedir, daha doğrusu, qaçmağa məcbur olur. Bu dəfə o, diş həkimi Yelena Yurçenkoya (Lena) aşiq olur. Lena Nazımdan bir neçə yaş böyük idi. O, yaxşı oxuyan, mədəni, gözəl qız idi. O, Nitsşenin pərəstişkarı idi. Nazımın dünyagörüşü ona uyğun gəlməsə də, şüurlu, dözümlü əhvali-ruhiyyəsi onu heyran etdi.

6. Pirayə

Nazim 1928-ci ildə Türkiyəyə qayıdır. O, 3 ay müddətinə həbsdədir. Həbsdən  çıxandan bir mir müddət sonra Pirayə ilə mehriban dost oldular.

1935-ci il yanvarın 31-də heç kimə xəbər vermədən Pirayə ilə evləndilər.

7. Səmiha Bərksoy

Şəhər teatrlarından tanıdığı Semiha Berksoy 1934-cü ildə onu ziyarət etmək üçün Bursa həbsxanasına gələndə bir-birlərinə yaxınlaşıblar.

 Nazım Hikmət əslində illər sonra yazdığı “İki sevda” şeirində bu xüsusiyyəti ifadə etmişdir. 16 ay həbsdə qalan Nazim azadlığa çıxır.

Bir gün Kadıköy bərəsində Semiha Berksoyla qarşılaşır. Aralarında sevgi yenidən alovlanır. Semiha Berksoy belə izah edir: “Pilləkənlərlə qalxırdıq. Birdən dedi ki,  təəssüf ki, mən evliyəm… Mən də onu sevirdim. “Olsun” dedim. Mən bunu belə qəbul etdim. Məlum olub ki, o, həmin vaxt evli olmayıb və Pirayə ilə evlənməyə söz verib”.

Nazım Səmiha Berksoy üçün “Bu bir röyadır” operettasını sevgilisi opera müğənnisi olduğu üçün yazıb. Baş rolu Səmiha oynayıb. Təbii ki, bu münasibətdən həyat yoldaşı Pirayənin də xəbəri var idi. Məhmət Fuat deyir ki, başqa qadınların Nazimlə yaxınlığına dözə bilməyən Pirayə daha sonralar Səmihaya “Dəlidir, amma yaxşı qızdır, sevgisi səmimidir” deyərmiş.

8. Suat Dərviş

Nazim yazıçı Suat Dərvişlə Birinci Dünya müharibəsinin sonunda tanış olur. Hər ikisi gəncdir. Amma Suat Dərviş o vaxt ona heyran olanları heç vecinə almayan ərköyün qız idi, sevgili deyildilər. Hətta o vaxt onun üçün sevgi  şeiri  də yazmışdı.

Nazim 1935-ci ilin sonunda   Suat Dərvişlə yenidən qarşılaşır.   Birlikdə Çamlıca dağına qalxırlar.  Beləcə, günlər keçdikcə yaxınlaşırlar.

9. Cahidə Üçok

Cahidə Üçok hekayə və roman yazıçısıdır. Cahidənin ilk nağılı 1935-ci ildə Nazım Hikmətin nəşr etdiyi “Yarım Ay” adlı jurnalda dərc olunub. Əvvəllər şeir yazan Cahidə  bundan sonra hekayə və roman yazmağa üz tutdu. O, əsərlərində daha çox qadın hüquqlarından, qadının cəmiyyətdəki yerindən, bəzən mistik mövzulardan da bəhs edir. 

Nazim Hikmətlə səmimi  münasibət jurnaldan başlamışdı.

10. Yenə Pirayə

Nazim Hikmət 1938-ci ilin yanvarında yenidən həbs edildi. Onu 35 il həbs gözləyir. Həbsxanada olarkən   Pirayeni yenidən sevməyə başlayır. Gözəl şeirlər yazır.  Nazim ən gözəl şeirlərini də o zaman yazıb.

Ankara həbsxanasında olarkən  Nazim qol saatını saatının qayışında dırnağı ilə “Pirayə” yazıb. İllərlə Pirayenin evində saxlanılmış  həmin  saata Nazimin məşhur bir şeir də yazmışdı.

11. Münəvvər Andaç

1938-ci ildə Nazim Hikmət Bursa həbsxanasında olarkən    dayısı qızı Münəvvər də onun  ziyarətinə gəlibmiş .  O qədər  gözəl geyinibmiş, ətirlənibmiş ki, bu, Nazim Hikmətin diqqətindən yayınmayıbmış. Ondan 15 yaş kiçik qəhvəyisaçlı və yaşılgözlü qadınla yazışmalar və gediş-gəliş yolu ilə ehtiraslı eşq macərası başladı. Getdikcə sıxlaşan görüşlərdən sonra onlar birlikdə yaşamağa qərar verirlər.

1950-ci ildə həbsdən çıxar-çıxmaz Münəvvərlə evlənir. 1951-ci ildə oğulları Məhmət dünyaya gəlir.

 Nazim Hikmət daim təhdid  olunurdu, ona görə  yenə Moskvaya üz tutur.

Münəvvər xanım oğlu Məhmətlə birlikdə1961-ci ildə çətinliklə olsa da , Varşavaya getməyə nail olur. İllər sonra Nazim Hikmət də Varşavaya gəlir və onlar burada da görüçürlər. Müvəqqəti ev tutub bir müddət orada yaşayırlar.  Söhbətlərinin birində Nazim Veradan  söz salır.Bu, Münəvvərin  heç xoşuna gəlmir.   Odur ki, oğlunu da götürüb Fransaya gedir. Orada bir fransızla evlənir və 1998-ci ildə vəfat edir.

12. Qalina Qriqoryevna Kolesnikova

1952-ci ildə Çində keçirdiyi ilk infarktdan sonra Nazim Moskvaya qayıdır və həkim Qalina Kolesnikova onun həyatına qədəm qoyur. Şairin həyatındakı bütün qadınlar kim o da   Nazimə   vurulmuşdu.   7 il davam edən bu münasibətə heç bir şeir yazılmayıb, ancaq Qalinanın Nazimin 8 millimetrlik kamerası ilə çəkdirdiyi görüntülər  xatirə olaraq qalmaqdadır.

12. Vera Tulyakova

Vera özündən 30 yaş kiçik  və bir uşaq anası olan sarışın bi rana idi. Vera 1955-ci ildə çəkdiyi film üçün kömək istədi.

“Bu saman sarısaçlı, mavi kirpikli, qırmızı və  dolğun dodaqlı qız” ilk baxışdan Nazimi məftun edir.  

 1960-cı il noyabrın 18-də Nazimlə ailə qurublar.  Artıq onun bütün şeirləri Vera üçün yazılacaqdı.

Həkimi “10 il sevgisiz yaşaya bilərsən, aşiq olsan 3 il” dedi. Belə də oldu. 1963-cü il iyunun 3-də böyük bu dünyanı tərk etdi. Pasportunun arasından aşağıdakı əlyazma şeiri çıxdı:

Gelsene dedi bana

Kalsana dedi bana

Gülsene dedi bana

Ölsene dedi bana

Geldim,

Kaldım,

Güldüm,

Öldüm…

Vera Nazim Hikmətin ölümündən sonra bir daha  evlənmir və ölənədək tənha  yaşayır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı