Məşhur qadınlar

Zivər xanım 1924-cü ildə Bakı Ali Rəssamlıq məktəbini bitirdikdən sonra bir müddət S.D. Erziya və P.V. Sabsayın emalatxanasında çalışmışdır.
Zivər xanım portret ustası kimi tanınmış və zəngin bir qalereya yaratmışdır. O, hələ tələbəlik illərində Hüseynqulu Sarabskinin büstünü yaratmışdır. Sonralar isə Məhsəti Gəncəvinin, Nizaminin əsərlərinə illüstrasiyalar işləmişdir.
Zivər Məmmədova sevimli müəllimi Əzim Əzimzadənin də obrazına da müraciət etmişdir. Həmin abidə hal-hazırda Fəxri Xiyabanda Əzim Əzimzadənin məzarı üzərindədir. Zivər Məmmədova milli heykəltaraşlıq sənətimizin ilk yaradıcılarından sayılır. O, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, musiqisinin inkişafında mühüm xidmətləri olan insanların bədii obrazları, daşlaşmış surətlərini yaratmağa böyük əmək sərf etmişdir.
Görkəmli şəxslərin fərdi obrazlarını ardıcıl surətdə tədqiq edən Z.Məmmədovanın 1930-1940-cı illərdə yaratdığı Ə.Əzimzadə, H.Sarabski, M.Əzizbəyov, Sovet İttifaqı Qəhrəmanı İ.Süleymanov, Bəsti Bağırova və b.-nın büst-portretləri, Ü. Hacıbəylinin heykəli (gips, 1950) ən yaxşı işlərindəndir.

Zivər xanımın yaratdığı ilk qadın təyyarəçilərindən olan Leyla Məmmədbəyova və pambıqçı Bəsti Bağırovanın büst əsərləri dövrünün gözəl heykəltəraşlıq nümunələrindəndir.Kiçik plastika əsərləri və tətbiqi sənət nümunələri (kasa, vaza, külqabı və s.) də yaratmışdır. Sənətkar dəfələrlə Üzeyir Hacıbəyov obrazına müraciət etmiş, böyük ustadın bir neçə variantda büst və heykəlini yaratmışdır.

Zivər xanım 1924-cü ildə Həbib Məmmədovla ailə qurur. İlk övladı Gülbəniz xanım, bir il sonra isə gələcəkdə tanınmış heykəltəraş kimi ad qazanacaq oğlu Tokay dünyaya gəlir. Zivər Məmmədova sevimli müəllimi Əzim Əzimzadənin obrazınada müraciət etmişdir.Həmin abidə Fəxri xiyabanda Əzim Əzimzadənin məzarı üzərindədir. Zivər Məmmədova milli heykəltaraşlıq sənətimizin ilk yaradıcılarından sayılır. O, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, musiqisinin inkişafında mühüm xidmətləri olan insanların bədii obrazları, daşlaşmış surətlərini yaratmağa böyük əmək sərf etmişdir.
Zivər Məmmədova 22 aprel 1980-ci ildə Bakıda vəfat etmişdir.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.