Nostalji

Film izləmək hər bir insanın zövq aldığı bir fəaliyyətdir.  Leninin sözü olmasın, doğrudan da , kino bütün incəsənətlərdən bizim ümün ən əhəmiyyətlisidir. Çünki burada  ədəbi əsərlərdə oxuduğın məzmunu həm də vizula olaraq izləyirsən.

Məlumdur ki, dünyanın hər bir ölkəsində müəyyən kino və serial mədəniyyəti var.  Bəzi ölkələr    sərgüzəşt filmləri, bəziləri  dedektiv, bəziləri  döyüş səhnələri ilə zəngin, bəziləri də məcara filmləri ilə məşhurdur. Biz  uşaqlıq illərində  ən çox baxdığımız  hind filmləri olub.  Olsun ki, bizdə  milli film nümunələri az idi. Hamıda televiziya yox idi. Belə filmləri isə ancaq  stansionar qurğularla  nümayiş etdiridilər.  Hind filmləri gələndə hamı sevinirdi. Çünki, adətən, hind filmləri  iki hissədən ibarət olduğu üçün     günlərlə, bəzən həftələrlə kino görməyən insanlar üçün maraqlı idi ki, film bir qədər uzun çəksin. Digər tərəfdən  bu flmlər  sentimental filmlər iudi deyə, hələ  həyati düşüncələri  kifayət qədər  formalaşmamış insanları özünə tez cəlb edirdi.

Hind kinematoqrafiyasının tarixi XX əsrin  lap əvvəlinə təsadüf edir. 1900-cü ildə Kəlküttə və Bombey şəhərlərində canlanmış fotoşəkillərə bənzəyən ilk süjetlərin çəkilməyə başlamışdır.  Üstündən  20 il  ötəndən sonra hind kinosu artıq cəmiyyətin diqqətini cəlb edə bilmişdi. Ölkədə milli dildə filmlər çəkilməyə başladı, onlarla birlikdə ilk kino ulduzları, kadrarxası mahnıları oxuyan müğənnilər meydana gəldi.

Hind filmləri əsasən  rəqs və musiqidən ibarət  olsalar da,  mövzusu, əsasən, məhəbbət  olur.

  Bu filmlərdə sentimentalizm çox güclü olur.   Bizim yeniyetməlik  dövrünün ilk filmləri  məhz hind filmləri olub. Bunlar bizim   hisslərimizə sevgi  gətirib,   haqqı tapdalanmış kiməsə tərəf olmaq,onu   həbs edilməkdən qurtarmaq  üçün   vəkil olmaq  istəyi yaradıb. Hind filmlərində vəkillər belə qüdrətə malikdirlər.

 Bununla belə, hind filmləri yaddaşımızda nə qədər dərin iz buraxsalar da,  bizim “Qanun naminə”, “Böyük dayaq”, “Görüş”, “Uzaq sahillərdə”, “Qara daşlar”, “Ögey ana”,  “ Alma almaya bənzər”, “Əhməd haradadır?”, “Ulduz”, “Qara daşlar”, “Ulduzlar sönmür” və sair  bu kimi  klassik filmlərimizi heç vaxt üstləyə bilməz.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı