Görkəmli şəxslərin həyatından


Təqdim etdiyimiz faktlar dünyamızn çox görkəmli şəxsiyyətlərinin həyatı ilə bağlıdır. Tarix belə yaranırmış. Tarixi belə yaradırlarmış.
Azərbaycanın Prezidenti cənab İlham Əliyev də tari yaradan şəxsiyyətdir. İki əsrdən artıq həyatımızda daşlaşmış erməni mifini yox etmək, tariximizi azalığa çıxarmaq, torpağımıza, xalqımıza azadlıq bəxş etmək bu böyük Şəxsiyyətə nəsib oldu.

1. Tolstoyun universitet qiymətlərinin çoxu “1” olmuşdur.

2. Puşkin çox pis oxuyurmuş və riyaziyyat dərslərində həmişə ağlayırmış…

3. Şah İsmayıl Xətai Səfəvi dövlətini qurarkən 13 yaşında idi.

4. Napoleon Bonapart İtaliyanı 27 yaşında işğal etmişdir.

 5. Motsart konsert verməyə 6 yaşından başlamışdır.

6. Circ Fridrix Haendal ilk operasını 14 yaşında yazmışdır.

7. Frensis Bekonun şah əsəri sayılan “Noum orqanum”u yazanda 15 yaşı vardı.

8. Bethoven 9-cu simfoniyasını bəstələyərkən kar idi.

9. Motsart ən böyük operasını bəstələyərkən borc və xəstəliklə üz-üzə qalmışdı.

10. Böyük alman dramaturqu Şiller ən böyük tragediyalarını dözülməz ağrılar içinə yazmışdır.

11. Fateh Sultan Mehmet Bizans imperiyasının paytaxtı Konstantinopolu fəth edərkən cəmi 21 yaşı vardı.

12. Landau 1916-cı ildə anasının müəllim işlədiyi Bakı yəhudi gimnaziyasında təhsil alıb. 12 yaşında differrensial tənliyi, 13 yaşında inteqralları həll edə bilirdi.

13.Azərbaycanlı, Bakıda doğulmuş Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) qeyri-səlis məntiq nəzəriyyəsinin banisidir. Onu beynini Amerikaya, meyitini Azərbaycana bağışlayan dahi adlandırmışlar.

14. D.İ.Mendeleyev uşaqlıqda həmişə xəstə olub.Tez-tez ağzından qan gələrmiş. Həkimlər onun tezliklə öləcəyini düşünürlərmiş. Lakin Mendeleyev 73 il yaşamışdır.

15. Franklin D.Ruzvelt gəncliyində paraliç olduğundan gəzə bilmirdi. Amma o buna məhəl qoymamış və öz əzmi sayəsində 4 dəfə ABŞ-ın prezidenti seçilmişdi.

16. Van Qoq sutkalarla işləyərdi, arağı su kimi içərmiş. O, sol qulağını kəsib, bu halında avtoportretini çəkmiş, 37 yaşında intihar etmişdir. Ölümündən sonra həkimlər 150-dən çox xəstəliyi olduğunu açıqlamışlar.

17. Bir dəfə böyük fizik Amper evdən çıxarkən, qapının üstünə belə yazılı lövhə qoyur: ” Amper evə axşam qayıdacaq”. Necə olursa, Amper evə tez dönməli olur və qapının üstündəkji yazını oxuyub qayıdıb çıxır gedir…

18. Bir dəfə Nyuton özünə suda yumurta bişirmək istəyir və saatı əlinə götürüb vaxtı qeyd edir ki, bişmə vaxtını bilsin. Bir neçə dəqiqədən sonra qayıdıb baxanda görür ki, qaynatdığı saat imiş, yumurta isə əlindədir.

19. Eynşteyn bir dəfə yolda dostuna rast gəlir və ona müraciətlə deyir: ” Axşam bizə gəl, professor Stimson da orda olacaq.” Dostu deyir ki, dostum, axı Simmson elə mən özüməm də. Cavabında Eynşteyn “eybi yoxdur, siz də gəlin” deyə israr edir.

20. Kompozitor Frans Haydn almazqaşlı üzüyü barmağında olmasa, işləyə bilmirdi . Ona görə də dəqiqəbaşı üzüyünü diqqətlə nəzərdən keçirirmiş.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Ana və Uşaq.com – sadəcə, bir sayt deyil, cəmiyyət üçün kiçik də olsa, fayda vermək istəyən bir təşəbbüsdür.

Bağlantı