Müzakirə

Türk həkimləri maraqlı bir sorğu aparmışlar. Onlar qadın məsləhətxanasına müraciət etmiş 20 qadına ər seçdikdə ilk olaraq onun nəyinə önəm verdiklərini, hansı keyfiyyətlərinə baxdıqlarını soruşmuşlar. Onların cavabını dəyişmədən, olduğu kimi təqdim edirik.
“Ana və Uşaq.az” bu münasibətlərdə 2-3 qadının fikrini dəstəkləyə bilər, amma qalanları bizim mövqeyimizlə daban-dabana ziddir. Bəs zidd olanları nədən səhifəyə çıxarırıq: diqqətləri mənəviyyatda gedən aşınmalara cəlb etmək üçün. Heç kim ictimai ideallar haqqında düşünmür. Heç kim eşqin həyatverici iksir olmasından söz açmır. Hamı əza həzzini arzumanındadır. Belələrinin bişirdiyi yeməkdən ər də, o ailə də bir dad almayacaq. O qadınlar ərə corab yumayacaq, köynək ütüləməyəcək. Köynək ütüləməyən qadın ər sevə bilməz. Buradakı baxışlar Azərbaycanda da belədir.
Bəs “Ana və Uşaq.az” oxucuları qürurlu etdikləri həyat yoldaşlarını necə bəyəniblər7 Bir qədər çəkinsəniz,sadəcə, ümumi halda münasibətinizi ifadə edin.
“Ana və Uşaq.az”
Sevil, 34 yaşında: “Mən kişilərdə ən çox enlikürəyinə baxıram. Enli kürəkləri sevirəm, amma əgər həmin şəxs enlikürərəkli olduğunu nəzərə çarpdırmaq üçün cəhd edirsə, bir az soyuyuram. Bir də kişinin ciddi duruşu xoşuma gəlir”.
Əbru, 26 yaşında: “Bir kişinin ən diqqət çəkən yeri vücududur. Vücud deyirəm.
Çünki mən bədən formasından danışıram. Demək istədiyim odur ki, arxadan baxanda necə görünür, aydın xətləri var, çiyinləri enli, bir az daha dolu yanları var, çəkisi bədənə mütənasibdir. Əzələ də olmalıdır, əzələ də, bunlar son dərəcə seksual bir şeydir”.
Aleyna, 23 yaşında: “Əgər yuvarlaq formada yanları varsa, o oğlan məni cəlb edəcək. Bəyəndiyim insanda nəyəsə diqqət edirəm, buna kömək edə bilmirəm. Mən xarakterə aşiq oldum və yalan danışa bilməyəcəyəm”.
Olcay, 57 yaşında: “Mən həmişə kişinin sərt olmasını xoşlamışam. Nişanımı pozub indiki həyat yoldaşımla evləndim. Adamın da xəbəri yoxdu, “səni sevirəm, sənin olacam” dedim və qoşulub qaçdım. Çünki onun olmaq istəyirdim. Onun mənimlə maraqlandığını bilirdim, amma o qədər sərt idi ki, heç vaxt gülümsəməz, heç baxmazdı. Bütün qızlar ərlərinin onlarav nə qədər uyğun olduqlarından danışardılar. Mən də belə şanslı oldum”.
Pelin, 38 yaşında: “Gözlərin içinə baxıram. Gözəl gözləri olmayan və gözlərinin formasını bəyənmədiyim kişini həyatıma buraxa bilmərəm. Beləsini heç vaxt arzulamıram. Çünki intim əlaqə mənim üçün çox önəmlidir, burada göz-gözə olmağa ehtiyac var”.
Müyəssr, 62 yaşında : “İndi mən əvvəllər olduğum şəhvətli qadın deyiləm, amma …….. orqanının ölçüsünü çox vacib hesab edirdim. Artıq mənim həmyaşıdlarım olan dostlarım və qohumlarımla söhbət edərkən bunun bir üstünlük olduğuna əmin olardım. Məncə, qadınlar buna çox əhəmiyyət verirlər, amma çox demirlər”.
Aytən, 57 yaşında: “Mən kişilərdə gücü sevirəm. Səlahiyyətli kişilər məni cəlb edir. Fiziki güc o qədər də vacib deyil, amma sözünü deyə bilən və baş vurduğu hər yerdə hörmət qazanan kişilər qadınlarını da xoşbəxt edir. Biz də ləyaqət əlavə edərək qarşılıq verərik”.
Sibel, 41 yaşında: “Mən daha çox kişilərdə dişlərə baxıram. Dişlər ağ və hamar olmalıdır. Kiçik dişləri və diş ətləri olan kişilərə dözə bilmirəm. Uzun müddət üzlərinə baxa bilmədiyim üçün birlikdə yatmağı düşünmürəm. Heç vaxt”.
Əsli, 19 yaşında: “Deyirəm ki, kişinin yanlarıvücuda mütənasib olmalıdır. Sonra gözlər və baxışlar var”.
Pınar, 49 yaşında: “İcazə verin, sizə cinsi partnyorum olacaq kişidə nə axtardığımı deyim, çünki evlilik üçün başqa şeylər axtarmalıyıq. Amma söhbət ki seksual kişidən dü.dü, mən ancaq enlikürəkli, qamətli kişiləri seçərəm. Çünki bunun nə kimi hiss yaratdığını yaşadıqca təsəvvür edə biləcəksiniz: fiziki güc, yataqda üstünlük, məncə”.
Bəril: 35 yaşında: “Məni kişilərin görünüşü cəlb edir. Yaxşı görünən bir kişi məni yatağa dəvət edə bilər. Hündür, çox əzələli, nə olduğunu bilmirəm….Əgər o, gözəl görünürsə, gözlərində istəyini görürəmsə, nə istədiyini hiss edirəmsə, məsələn, gözləri ilə kompliment söyləyə bilirsə, bu, tamam. Təəssürat yaratmaq üçün hər şeyi edəcəyəm”.
Handə, 22 yaşında: “Kişinin gülüşü önəmlidir. Bu mənim üçün birinci nömrədir. Gülüşünə heyran olduğum birinə qarşı hisslərim tez tüğyan edir. Tez bəyənirəm, aşiq oluram, yaxınlaşmaq istəyirəm, birlikdə olmaq istəyirəm və s. Amma onun təbəssümünü bəyənməsəm, başqa müsbət cəhətlərə belə diqqət yetirə bilmərəm. Təbəssüm deyəndə, təbii ki, ilk növbədə bəyaz ağ və sağlam dişlər göz önünə gəlir”.
Rəbiyyə, 40 yaşında: “Mən əzələli kişiləri sevirəm. Hətta, əzələlər şişirdilməlidir. Demək istəyirəm ki, mən onun qeyri-adi görünməsini, hər kəsin ona baxmasını istəyirəm. Məsələn, köynək geyinir, köynək bədəninə kip oturur, əzələləri dinamikdir və s.Mən bunu sevirəm. Xüsusən də şort geyindiyi zaman bədən xətlərinin çox qabarıq olması mənə çox seksual gəlir”.

Qadir: 71 yaşında: “Bizim dövrümüzdə kişilərdə ən vacib şey saç və bığ idi. Qadınlar ərlərinin bığlarını yarışdırırdılar. Hətta, buna mahnı da qoşmuşdular: bığını ovuşdursam, hara gedərəm.
…Yeriyərkən inamlı görünən kişiləri də sevirdik…”.
Aişəgül, 28 yaşında: “Enlikürəkli, yuvarlaq yanları olan oğlan diqqətimi cəlb edir. Mənə onun sahib olmasını istəyirəm və bu, məni həyəcanlandırır”.
Pəri, 31 yaşında: “Kişilərdə ən çox heyran olduğum şey zəkadır. Karyera sahibi, ağlı ilə güc sahibi olan kişilər hormonlarımı aktivləşdirir. O qədər ki, onun evli olmamasına əhəmiyyət vermirəm. Bir dəfə də olsa yataqda həvəsimi almaq istərdim”.
Özləm, 40 yaşında: “Kişilərdə ən seksual hesab etdiyim şey görünüşdür. Cəsarətli və nazlı kişiləri xoşlayıram. Ailə vəziyyətindən asılı olmayaraq qadınları gözəl və xüsusi hiss etdirən kişiləri sevirəm. Bu, adamı ehtiraslandırır, mən bu xoşbəxtliyi dəyərli hesab edirəm. Mən də aldatmanın əleyhinə deyiləm. Ancaq uzun və ciddi bir əlaqəyə girməyə ehtiyac yoxdur. Bir anlıq xoşbəxtlik kifayətdir”.
Sənəm, 20 yaşında: “Kişinin ən seksual hissəsi yanlarıdır. Belə vaxtlarda mən düz göbəyinə baxıram. İçindəkiləri təsəvvür etmək gözəldir. Amma tanımadan, anlamadan, ətraflı məlumat almadan yatmıram, heç bir münasibətim yoxdur”.
Yaren, 32 yaşında: “Mən ilk olaraq kişilərdəki təbəssüm və dişlərə baxıram. Bəlkə ona görə ki, mən gigiyenik həssaslığı seksuallıqda çox vacib hesab edirəm. Baxımlı və gözəl dişləri olan biri məni cəlb edə bilər. Ancaq bu, əlbəttə ki, kifayət deyil. Amma birinci yeridə budur. Siyahıda 10 kişi olsaydı, həm sevişmək, həm də sevmək üçün dişlərini ən çox bəyəndiyim birini seçərdim”.
Olqa, 30 yaşında: “Mən kişilərdə gücü sevirəm. Mənə özlərini hiss etdirən, həm cinsi, həm də münasibətdə məni idarə edə bilən kişilər məni valeh edir. Sırf cinsi əlaqədə olmaq üçün partnyor seçəcəyəmsə, o, əzələli olmalıdır. Çünki üzərimdə olan ağırlığı hiss etmək istəyirəm.
Təəccübləndinizmi bilmirəm, amma yanların sərt olmasını xoşlamıram. Çinsi orqanın ölçüsünə əhəmiyyəti verən veteranımızın fikirlərini çox bəyəndim. Burada üstünlüklərindən bəhs edilməli qadınlar tək deyil, onlar kimi daha minlərlə qadınlar həmfikirdirlər. Özünüzə baxın və zövqə, xoşbəxtliyə diqqət yetirin….”.

Qeyd: Yazı türkcədən tərcümə ilə təqdim olunur. Tərcümə xətaları ola bilər.Əvvəlcədən üzr istəyirik.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.