Mövqe

Orta məktəbdə oxuduğumuz illərdə hansısa sinifdə keçildiyini unutmuşam: dərsliyimizdə Taras Şevçenkonun “Vəsiyyət” şeiri vardı. Şevçenko ilə tanışlığımız da elə dərsliyimizdəki bu şeirdən başlamışdı. Bir də həmin kitabdakı uzunbığlı şəklini görmüşdük, O vaxt şeirin adındakı dərin mənanı hələ dərk edə bilməzdik. Yaşımız az, valideynlərimiz də hələ cavan. Ölüm-itim görməmişdik, hüzn belimizi əyməmişdi, üzümüzə məzhunluq çökdürməmişdi.

Sadəcə, o vaxtlar kiminsə dünyadan köçəndə etdiyi vəsiyyəti  həmin ətrafda hamı bilirdi. Hər kəs də  bu vəsiyyəti öz pomantikasına  uyğun variantlaşdırıb başqasına söyləyir və  onu da təsirləndirirdi.

Matəm yerindən gələn adamın  yolda-irizdə rastlaşdığı,  evdə, qonşuları arasında   birinci dediyi məhz  bu olardı ki, rəhmətlik arvadına /ərinə və yaxud kiməsə belə vəsiyyət edib. Ona görə də  hüznlük doğuran “vəsiyyət” sözü   uşaq qəlbimizə  bir and-aman kimi dolardı.

Taras Şevçenko 1861-ci ildə 47 yaşında vəfat edib. Onda nəinki bizim atalarımız, heç babalarımız da yox idi dünyada. Amma  onun 25 dekabr 1845-ci ildə Pereyaslavda  yazdığı “Vəsiyyət” şeiri müqəddəs olduğu üçün milliyyətindən, dinindən asılı olmayaraq hər kəsi duyğulandırırdı:

Mən öləndə, məni basdırarsınız,

Yüksək bir təpədə, bir dağ başında.

Elə bir yerdə ki, görünsün yalnız

O gözəl Ukrayna… Onun daşında,

Onun tarlasında, geniş çölündə,

Mən öləndən sonra, görüm nələr var!

Sevdiyim Dneprin şən sahilində

Nədən söhbət açır quduz dalğalar!

Mənim Ukraynamdan yuyub aparsa ,

Dnepr yad qanını mavi dənizə,

Onda mən sözümü deyərəm qısa,

Unudub tarlanı, dağı… nə isə,

Son verib fəğana, son verib aha,

Dua eyləyərəm onda Allaha.

Çiçək açmayınca bax, bu arzular,

Edərəm yenə də hər şeyi inkar.

Məni basdırınız, üsyan ediniz,

Qırıb yox ediniz o qandalları.

Düşmənin qanını axıtmaqla siz

Azad olarsınız, biliniz barı.

Mən isə gələcək böyük, şən, xoşbəxt,

O azad və yeni ailənizdə

Xatırlayarsız, hər zaman hər vaxt,

Adımı çəkərək şən dilinizdə.

   Burada yurda, ata-baba ocağına,  bütövlükdə  doğulub boya-başa çatdığın  Vətənə  bir qədirşünaslıq  andı var. Xatırlayırsınızsa, bizim “Kitabi –Dədə Qorqud” dastanlarında da bu and-aman var : “Torpağı qorumursansa, əkməyə dəyməz. Əkmirsənsə, qorumağa da dəyməz. ”

Bəlkə bu gün – üstündən 150 ildən artıq vaxt keçəndən sonra bu vəsiyyətin insanı özünə bağlamasının bir səbəbi də məhz müqəddəs olması ilə bağlıdır.

Ukraynanın geniş bir düzündə- hər kəsin görə biləcəyi yerdə dəfn olunmaq, adətən, adi adamlara müyəssər olmaz.   Amma  adi adamlar da belə yerdə dəfn oluna bilər. Fəqət,  onları  burada ancaq öz yaxınları yad etməyə gələcəklər. Amma ictimai ideallar naminə yaşayan, həyatını bu ideallara həsr edən, bu ideal uğrunda həyatını qurban verən bir şəxs vadidə dəfn edilsə belə, onu milyonlar ziyarət edəcək.

 Böyük Ukrayna şairi Taras Şevçenko da belə şəxsiyyətlərdən biridir. Onun “yüksək bir təpədə, bir dağ başında” basdırılmasını vəsiyyət etməsi onunla bağlı deyildi ki, hər kəs görsün ki bu, Taras Şevçenkonun məzarıdır. Ona görə idi ki, Şevçenko ruhunu da Ukrayna xalqının azadlığı və səadətinə sərf etmək istəmişdi. Xatircəm olmaq istəmişdi ki, o yerdən:

“…görünsün yalnız

O gözəl Ukrayna… Onun daşında,

Onun tarlasında, geniş çölündə” görünsün yalnız

O gözəl Ukrayna…

Şevçenko  bunu   əbədiyyətə dönmüş abidəsi ilə də biləcəkdi.

 Şevçenko Ukraynanın  azadlığını, istiqlalını  ukraynalılara əmanət edərək onu  hər bir zaman  qorumağa  çağırmışdır. Hətta,  onu məzara gömdükdən sonra da varislərinə  istiqlalı davam etdirməyi, üsyan  etməyi  tapşırmışdır.

Müqəddəs arzudur. Ən böyük qədirşünaslıq and-amanıdır.

Bu gün Şevçenkonun vətənində müharibə gedir. Bu gözəl məmləkət viran qoyulur, günahsız insanlar qətlə yetirilir, o cümlədən əks tərəfdən.

“Fitneyi – iblis məlum oldu, nagah aşikar,

Gör cəhalətdən nə şəkildə düşdü vəzü- ruzikar”…

Müharibəyə ehtiyac yox idi.  Mən, sadəcə,  vətəndaş  mövqeyimi , öz subyektiv fikirlərimi ifadı edirəm. Əlbəttə ki, Amerikanın   okeanların o tayından bu tayına  nəzər dikməsi  heç də xoşməramlı deyil.  Hərə ölkəsinə, xalqına öz  sərhədləri daxilində   xidmət etsin.

Rusiya da gərək müharibəni  onun sərhədlərinə yaxınlaşanlara qarşı aparaydı, Ukraynaya qarşı yox. Özü də 1941-1945-ci illərdə beynəlxalq faşişmə qarşı ölüm –dirim mübarizəsində səngərlərdə onların qanına qanları qarışmış ukraynalılara qarşı yox.

Ukrayna  xalqı  bu sınaqdan da şərəflə çıxacaq. Dünyanın bütün sülhsevər insanları da ukraynalıların qalib çıxmasını istəyir, o cümlədən  Azərbaycan xalqı da. Ukraynanın qələbəsi haqqın qələbəsi demək olacaq.

 Biz  dünyanın Böyük ədəbiyyatından, Böyük Sənətindən   müharibə əleyhinə  hərəkat yaratmasını  istəyirik. Yalnız dünya xalqlarının birləşmiş səyləri ilə   müharibə tiranlarını islah etmək olar.

Dünyada  qan tökülməyən gün yoxdur.Müharibələrə sərf edilən bu qədər  xərci dünyanın çiçəklənməsi, insanlığın rifahı naminə sərf etməyə kim mane olur: indiki   onu insanları öldürməyə, torpağı, havanı viran qoymağa sərf  edirlər.

Ukrayna xalqı mərd,  mübariz xalqdır. Onlar  öz torpaqlarını qorumağı bacaracaqlar.

 Haqq kimin tərəfindədirsə, o tərəf də qalib olsun.

Türk xalqına, sayın Ərdoğana göstərdiyi dəstəyə görə təşəkkür edirik.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı