Bütün borclar ödənilmişdir

İbrət

Balaca bir oğlan anasının yanına gələrək  əlindəki kağızı ona uzadır.  Ana önlüyü ilə ərini  qurulayıb, kağızı oxumağa baçladı:

1.    Otları biçdiyim üçün –   2 manat

2.    Gülləri suladığım üçün  – 1 manat

3.    Otağımı yığışdırdığım üçün – 50 qəpik

4.    Mağazaya getdiyim üçün – 50 qəpik

5.    Balaca qardaşıma baxdığım üçün – 25 qəpik

6.    Zibil atdığım üçün – 1 manat

7.    Əla oxuduğum üçün – 3 manat

Cəmi: 8 manat 25 qəpik

Anası gülümsəyərək oğluna baxır, sonra  əlinə bir qələm götürüb  həmin kağızın arxasında yazmağa başlayır:

1.    Səni 9 ay bətnimdə gəzdirdim – pulsuz

2.    Hər xəstələnəndə keşiyində durdum – pulsuz

3.    Gecələr  yuxusuz qaldım – pulsuz

4.    Bəzən göz yaşı tökdüm –pulsuz

5.    Hər gün dua etdim – pulsuz

6.    Oyuncaqlarını yığışdırdım – pulsuz

7.    Yeməyini hazırladım – pulsuz

8.    Paltarını yudum  – pulsuz

Bütün bunlar topla, həqiqi sevginin qiymətini biləcəksən.

Oğlan anasının yazdıqlarını oxuduqdan sonra gözləri doldu.Tez anasının boynuna sarılıb dedi: “ Anacan,  mən səni çox sevirəm”

Daha sonra  qələmi götürüb kağıza  böyük sözlərlə yazdı : “Bütün borclar ödənilmişdir”.

Mənbə: “Ailəm”

Bir cavab yazın