Təhsilimizlə bağlı  qənaətlərim: sovet dövrünün  təhsil sistemində    bu qədər nöqsanlar olmayıb    (I yazı)

Təhsil və məktəbəqədər tərbiyə müəssisələri

Birləşmiş Millətlər Təşkilatı XXI əsri “Təhsil əsri” elan etmişdir. Bu nəticəyə laboratoriyada gəlinməyib.  Ya da     Koley, Pifey, Mahmud Kaşğari, Afanasi Nikitin, Ameriqo Vespuççi, Nikkolo və Maffeo Polo, Xristofor Kolumb‎ , Vasko da Qama, Hacı Məhəmmədəli Şirvani, Hacı Zeynalabdin Şirvani, Tur Heyerdal və daha  hansısa məşhur səyyah  kəşf etməyib, üzə çıxarmayıb. Bunu  həyat özü önərliyib, inkişaf özü  qəbul edib. Bütün dünyada belədir.  Bütün inkişaf etmiş ölkələr,  güclü dövlətlər təhsilə  özlərinin ən vacib  strateji  prioriteti kimi baxmış,  bu məqsədlə  düşünülmüş addımlar at mışlar.  II Dünya müharibəsində sonra   xarabazarlığa çevrilmiş Yaponiya,  o Yaponya ki, heç bir  təbii  sərvəti də yoxdur,  bu gün  dünya  nəhəngləri sırasındadır.

2000-ci ildən bəri dünyanın ən yaxşı təhsil sisteminin qeyri-rəsmi adını qoruyub saxlamış   Finlandiya, Cənubi Koreya,  Danimarka, Honq Konq (ÇXR),  İngiltərə, İsrail.

İsveç kimi ölkələr də ən yaxşı təhsil sisteminə  malik ölkələrdir.

Bu ölkələr  təhsil sistemində aparılan köklü dəyişikliklərlə indiki yüksək səviyyəyə çata bilmişdir.

Mənim  ömrümün əhəmiyyətli bir hissəsi məktəblə, təhsillə bağlı olub.  Müəllim, direktor  müavini işləmişəm. Pedaqoji mətbuatda  çalışmışam və hazırda da müstəqil jurnalist kimi  ictimai-siyasi və pedaqoji “Ana və Uşaq” qəzetinin redaktoruyam. 

 2012-ci ildən  yayım formamızı dəyişmişik, sayt kimi yayımlanırıq : 2012-ci ildən  Ana və uşaq. az, 2022-ciilin aprelindən isə anaveushaq.wordpress.com kimi yayımlanırıq.

 Bütün fəaliyyətimizin  mərkəzində   məktəb, ailə məsələləri, insanları maarifləndirə biləcək yazılar  dayanıb. Yəni, sovet təhsil sistemində  orta  və ali təhsil almışam, məktəbdə və təhsil müəssisələrində

işləmişəm.  Müstəqillik dövründə isə  təhsilimizdə və insanlarımızın şüurunda  baş verənlərin  jurnalist kimi  seyrçisi olmaqdayam. Birmənalı olaraq, üstünlüyü  sovet dövrünün təhsil sisteminə və müəlliminə  verirəm.

Uşaqların fiziki, zehni, sosial və duyğusal qabiliyyətlərinin , məsələn,  rəsm, musiqi kimi bədii fəaliyyətlərinin; ümumi məqsədlər naminə iradə, əzm,  nümayiş etdirmək, kollektiv fəliyyətə töhfə vermək kim fiziki bacarıqlarının, hiss orqanlarından düzgün istifadə etmək, reflekslərini idarə etmək  və sair bu kimi duyğusal məsuliyyətlərinin işartıları ilk olaraq   ailədən görünməyə başlasa da, geniş  stimulların mövcud olduğu  bağçalarda   daha  doğru məcraya yönədilir,  həm də məqsədli şəkildə. Daha sonra  orta məktəblərdə ətə-qana  hopdurlur.

 Bu baxımdan yeni istifadəyə verilmiş məktəb  və uşaq  tərbiyə müəssisələrinin sayı,eləcə də  bu  müəssisələrin maddi-texniki təminatı  heç vaxt olmadığı səviyyəyə yüksəldilib. Amma bu təhsil məktəbləri    həmin yüksəlişə uyğun fəaliyyət göstərmirlər.

 Dünyaya gələn  körpələr  20-30 il sonra  bu cəmiyyətin əsasını  təşkil edəcək. Onların  gələcək həyata necə hazırlanması cəmiyyətin  1-ci vəzifəsidir.

Bu sahədə kəmiyyət göstəriciləri nə qədər   sevindirici olsa da,  Azərbaycanın heç də hər yerində  məktəbəqədər yaşlı nəsil  XXI əsrin  etiketlərinə uyğun  tərbiyə müəssisələrində böyümürlər. Lap mərkəzi şəhərlərdə də belə nümunələr  var.

Bir sözlə, gələcəyin  vətəndaşları psixo-sosial inkişafları zamanı qarşılaşacağı çətinliklərin öhdəsindən gəlməyi bacaran fiziki cəhətdən sağlam və  mənəvi cəhətdən  əqidəli şəxsiyyətlər  yetişdirilirdi.  İndi də hədəf, məqsəd budur, amma , mənim fikrimcə, sovet təhsil sistemindəki qədər  deyil.

   Dövlətimizin  ucaltdığı,  yaratdığı  hər bir bağça, hər bir məktəb böyük bir mənəvi abidədir. Bİz bunları daha öncə görürük. Həmin abidələr həyat durduqca  bu  xalqın balalarına xidmət edəcək.   

Bir vaxt sovet təhsil sistemi də əhəmiyyətli dəyərlərə malik idi,   Azərbaycan təhsili də  bu sistemin içində idi.    

 Yusif Məmmədəliyev, Kərim Kərimov, Fərman Salmanov, Məcid Mərdanov M. Topçubaşov, M. Mirqasımov, U.Musabəyova,  Zəhra Quiyeva, Zərifə Əliyeva, Lütfi Zadə,     Azad Mirzəcanzadə, Arif Paşayev,   Ü.Hacıbəyov, Qara Qarayev, F.Əmirov, Niyazi, Rəşid Behbudov, Tahir Salahov kimi  daha neçə-neçə  görkəmli  elm xadimləri və sənət adamları  yetişdirmiş  təhsil sistemimizin  vəziyyəti ümidsizlik doğurur.

Doğrudur, dünya  daim inkişafdadır,  cəmiyyət daim irəliyə doğru  irəliləyir. Elm və texnologiyalar da buna müvafiq olaraq daim  yenilənir:   şagirdlərimiz , gənclərimiz də  bu yeniliklərə  hazırlanır, dövlətin   bununla bağlı müəyyən Proqramları var. Bu gün dünyanın elə bir məşhur elm ocağı yoxdur ki, orada Azərbaycan gənci olmasın.Amma, yenə  nəsə çatışmır. Sanki orta məktəblərdə şagirdlər,  ali  məktəblərdə isə tələbələr   elə elm üçün,  məktəb üçün oxuyur, həyat üçün deyil.

Ölkəmizdə təhsil sahəsində ciddi problemlərin o Təhsil sahəsindəki inkişaflarla yanaşı, yaşanan problemlər nələrdir? Ölkəmizdə vəziyyət necədir? Şübhə yoxdur ki, bu suallar bizim hər birimizi narahat edir.

         Problemlər  çoxdur. Uşaq bağçalarından , hazırlıq qruplarına, 1-ci sinfə qəbuldan başlamış ,  ali təhsil məktəblərinə qəbula qədər hər mərhələnin öz  spesfikliyinə uyğun davam edir. Bunları uşaq da  görür, yaşayır, onun valideynləri də.

 Dərsliklərimiz yaman gündədir. Bu yamanlıq ondan  başladı ki,   dərslik buraxanlar  çoxaldı.  Belə deyək də, hər kəs kitab yaza bilər, dərc etdirə bilər, amma dərslik ancaq   xüsusi hazırlığı və peşəkarlığı olan müəlliflər tərəfindən yazılmalıdır.   Bir balaca  kitab buraxmağa  icazə verən adamlara yol tapa bilə adamlar  dərslik buraxmasa da dərs vəsaiti  buraxırlar. Kitab mağazaları, dəftərxana  ləvazimatları satılan yerlər belə  vəsitlərlə  doludur.

 Hər sinif üçün test topluları, iş dəftərləri… Şagirdlər   bunların üzərində işləyir, evdə valideynlər kömk edir. Sanki müəllim də məktəbdə  müəyyən istiqamət verir.

 İstənilən məktəbdə  ciddi şəkildə dərsdənyayınma halları var. Yuxarı siniflərdən şagirdlər  repetitor  yanına gedirlər. Hətta  ibtidai sinif şagirdləri də  müəllim yanına gedirlər ki, yuxarı siniflərdə  daha yaxşı  oxumağa müvəffəq olsunlar. İndi    şagirdlərlə  əgər müəllimlər  məşğul olurlarsa, həmin müəllimlər elə əsas iş yerlərində bu canıyananlığı göstərsinlər.  Bilik və bacarıqlar  şagirdlərə ancaq  məktəbdə, sinifdə və müəllimin  iştirakı ilə aşılansın.

   Mətbuatda oxudum ki, “Təhsil haqqında” qanuna əlavə edilən maddəyə əsasən, müəyyən şəxslərin pedoqoji təhsili olmasa da, məktəblərdə dərs deyə biləcəklər”.

   Bu, çoxdan vardı, indi yeni şəraitə uyğunlaşdırırlar.   Kompüter mühəndisliyi ixtisası üzrə ali məktəb  bitirmiş şəxs bir il əlavə təhsil almaqla müəllim işləyə bilirdi. Yaxud  3 il əlavə təhsil almaqla 2-ci  pedaqoji ixtisas sahibi ola  bilərdi.

 Bu qədər  pedaqoji ixtisasları olan  ali məktəblər var,  elə kompüter müəllimliyi ixtisaslarını da  həmin ali məktəblərin uyğun ixtisaslarına əlavə etmək olmazmı?

  Müəllim işləməyi  arzu edən şəxsin  təkcə ixtisas sahibi deyil, həm  də fitrətən müəllim olmaq   üstünlüyü olmalıdır.

 Məktəblərimizdə yaman cavanlaşma gedir.  Gənclərə etimad  verək. Amma bu qədər  artıq yox. İndi məktəblərin kəmiyyət tərkibinə fikir versək, 2  hal hər kəsin  diqqətini cəlb edəcək:

  1. Ümumtəhsil məktəblərində kişi müəllimlərin sayı getdikcə azalır
  2.     Bədii əsərlərdən,lap   bir vaxt oxuduğumuz məktəblərdən  bildiyimiz, tanıdığımz  ağsaçlı, müdrik   müəllimlər  sürətlə seyrəlməkdədir.

  Bir   narahatçılıq yaradan məsələ də  böyük arzularla  müəllimlik peşəsini seçib,  çətin şəraitdə, daha az maaşla gözünü, könlünü işinə verib müəllimlik edən fədailərin yaş senzi adı  ilə   peşələrindən uzaqlaşdırlmasıdır. 

Davamı var….

Bir cavab yazın