Səni gördüm, ay sevgilim

Nostalji

Cabir Novruz – Səni gördüm, ay sevgilim

Yel toxundu yarpaqlara,

Nəğmə qondu dodaqlara,

Durub baxdım uzaqlara,

Səni gördüm, ay sevgilim.

*****

Bir mehriban üz görəndə,

Bir cüt ala göz görəndə,

Qara xallı üz görəndə,

Səni gördüm, ay sevgilim.

*****

Ya özümdən küsəndə mən,

Ya fikirli gəzəndə mən,

Gözəllərin gözündə mən,

Səni gördüm, ay sevgilim.

*****

Bir mehriban üz görəndə,

Bir cüt ala göz görəndə,

Qara xallı üz görəndə,

Səni gördüm, ay sevgilim.

Bax: https://www.youtube.com/watch?v=XnlFXtPEumI

Bir cavab yazın