Bir dön bizim Bakıya bax (II yazı)

Nostalji

Rafael dü Man (1613-1696) 1644-45-ci illərdə İsfahan şəhərində yaşamışdır. O, Şah sarayında böyük etibar qazanmış, tərcüməçi kimi bütün xarici qonaqlarla görüşlərdə iştirak etmişdir. Dü Man xarici səyyahların əsərlərinə düzəlişlər edir, onlara ölkə həyatı ilə yaxından tanış olmağa imkan yaradırdı. O, Bakıya səyahət etmiş və şəhər haqqında qiymətli məlumatlar vermişdir. Akademik V. V. Bartold qeyd edir ki, Rafael dü Man əsərlərində “Qərb sivilizasiyasının” təkəbbürlü bir avropalı nümayəndəsi rolunda çıxış etmişdir. Lakin F. Minorski bu əsərin o dövr haqqında ilk mənbə kimi böyük əhəmiyyətə malik olduğunu qeyd etmişdir.

Hüquqşünas Qemeli Kareri Avropa ölkələrində – İtaliya, Fransa, İngiltərə, Belçika, Hollandiya, Almaniya, Portuqaliya, İspaniyaya səfərlərindən sonra 1689-cu ildə İtaliyaya qayıtmış, 1693-98-ci illərdə Şərqə səyahətə çıxmışdır. O, Malta, Kipr, Fələstin, Trabzon, Gürcüstan, Azərbaycan və İranda olmuşdur. Qemeli Karerinin əsərində Cənubi Qafqaz haqqında ətraflı məlumat verilir və onun Bakı haqqında verdiyi məlumatlar mühüm əhəmiyyətə malikdir.

Jan Teveno

1830-cu ildə Bakıda olmuş alman akademiki E. Lens yerli əhalidən eşitmiş olduğu məlumatları ümumiləşdirərək belə yazırdı: “Xeyli müddət əvvəl dəniz indikinə nisbətən 20 verst uzaqlıqda idi. O zaman Nargin adaları da qurunun ayrılmaz hissələri idi. Sonra dəniz səthi qalxaraq xeyli qabağa gəlmiş və sahil indiki görkəmini almışdır”. E. Lens Böyük Zirə (Nargin) adasının qayalıqlarında Zığ bumuna gedən arabalar haqqında da yazmışdır. Sonralar A. Bakıxanov “Gülüstani-İrəm” əsərində yazırdı: “Bakı qəzasının Bilgəh, Zirə, Bibiheybət və başqa kəndlərində, habelə bir neçə adada qayalıqlar üstündə dənizin içərilərinə tərəf gedən araba çarxlarının izləri görünür.”

Jan Teveno (1633 – 67) 19 yaşında ikən Avropaya səyahət etdikdən sonra Şərqə getmişdir. 1663-cü ildə Şərqə ikinci səyahəti zamanı Teveno İsfahana gəlmişdir. Oradan Azərbaycana gedən J. Teveno xəstələnmiş, 1667-ci ilin noyabrında vəfat etmişdir. Fransız dilində tərtib edilmiş Tevenonun qeydləri üç hissədən ibarətdir. J. Teveno Azərbaycan türkcəsini bilirdi. Bakı şəhərində olan səyyah çap etdirdiyi əsərində Azərbaycanın bir çox şəhərləri kimi, Bakı haqqında da qiymətli məlumatlar vermişdir.

Bakı şəhərinin tarix və mədəniyyətinin araşdırılması və öyrənilməsində rus alim və şərqşünaslarının da əməyi böyük olmuşdur. Rusiya Elmlər Akademiyasından elmi ekspedisiya ilə İranı və Azərbaycanı öyrənmək üçün 1770-ci ildə göndərilmiş S. Qmelin Bakıda olmuş və şəhəri ətraflı təsvir etmişdir.

XVI-XVII əsrlərdə Azərbaycan dövlətinə səyahət etmiş, müşahidə və qeydlər edən orta əsr Avropa səyyahlarının fikirlərinə akademik V. V. Bartoldun münasibəti maraqlıdır. O yazır: “Orta əsr avropalı səyyahlar Şərqə gələrkən yerli əhali ilə müqayisədə özlərini daha mədəni hiss etdiklərindən heç söhbət gedə bilməz, çünki orta əsrlərdə Avropa mədəniyyəti Asiyadakından aşağı idi. Yalnız XV əsrdə Şərqə ziyarət edən və orada uzun müddət yaşayan səyyah İosofat Barbaro yazır ki, Avropaya dönərkən daha mədəni mühitə düşmüşdür. Bu ilk avropalı idi ki, Şərqdən Qərbə qayıdarkən özünü daha mədəni mühitdə hiss etmişdir. Düzdür, Rafael dü-Man farslara bir qədər üstünlük verir, lakin bu, aşağıdakı şəkildə ifadə olunur: “əgər Şərqin bütün xalqlarını kor saysaq, farsları birgözlü hesab etmək mümkündür”.

Evliya Çələbi

XVII əsr mənbələrindən Evliya Çələbinin əsərini xüsusilə qeyd etmək lazımdır. Evliya Çələbi ibn Dərviş Məhəmməd Zilli (1611-82-ci illər) yaxşı təhsil almış, Sultan IV Muradın sarayında qulluq etmişdir. O, səfirlik üzvü və xüsusi məsələlər üzrə müşavir kimi Yaxın və Orta Şərq ölkələrində olmuş, öz səyahət xatirələri əsasında 10 cildlik “Səyahətnamə” əsərini yazmışdır. Əsərin II cildində – 1647-ci ildə Azərbaycanda olarkən ölkənin mədəni, iqtisadi həyatına aid gördüklərini təsvir etmişdir. Çələbi 1647-ci ildə səfərdə olduğu dövrün şəhər və kəndlərindən ətraflı bəhs etmişdir. E. Çələbi o dövrdə Bakının iqtisadiyyatına, sosial həyatına, siyasi hadisələrinə dair məlumat verir, Abşeronda çıxarılan neftin müxtəlif növlərindən, becərilən kənd təsərrüfatı bitkilərindən, oranın satışından, ixracat mallarından ətraflı danışır, şəhərin qala divarlarını və zahiri görünüşünü təsvir edir. Evliya Çələbi “Səyahətnamə” adlı əsərində Bakının qala divarlarında 70 yarımdairəvi bürc, 600-dən artıq mazğal olduğunu xəbər verir. Müəllifin məlumatına görə, divarlar qaya üstündə tikilmişdir. Qala divarının qaya üstündə tikildiyini aparılan arxeoloji qazıntılar da təsdiq etmişdir. E. Çələbinin əsərində bakılılar haqqında dəyərli etnoqrafik xarakterli məlumatlara da rast gəlinir.

Fransız yazıçısı Aleksandr Düma 1858-59-cu illər ərzində Qafqazda, eləcə də Azərbaycanda olmuşdur. Onun “Qafqaz səfəri” adlı əsasən etnoqrafik səpkidə yazdığı əsəri 1861-ci ildə Tiflisdə rus dilində çap edilmişdir. Aleksandr Düma Bakını və ətraf kəndlərini gəzmiş, xeyli maraqlı məlumatlar toplamışdır. Onun hətta Parisə qayıdarkən bəzi həşəratlardan qorunmaq üçün Bakı və ətraf yerlərdə istifadə edilən birəotundan bir kisə, qonaq qaldığı yerlərdən aldığı hədiyyələrdən – yağış keçirməyən mahuddan bir neçə dəst, əllə işlənmiş tayı-bərabəri olmayan yəhər, xəncər, kəmər, geyimlər və s. apardığı da məlumdur.

Ticarət və diplomatik məqsədlərlə Azərbaycana gəlmiş İtalyan səyyahları Marko Polo (XIII əsr), Barbara Kontarini, Ancolello və Donato da Lezenin (XV əsr) yol qeydlərində də Abşeronda neft hasilatına və Bakı şəhərində ticarətə dair qısa məlumatlar vardır.

Bakı şəhəri, onun strateji mövqeyə malik olması, Xəzər dənizində yerləşən adalar və bu ərazidəki təsərrüfat həyatı haqqında rus alimləri və hərbi mütəxəssisləri xeyli məlumat vermişlər.

Xalqımızın orta əsr həyatı ilə tanış olmaq üçün əvəzedilməz və son dərəcə qiymətli olan əcnəbi mənbələri tədqiq etmək, lazımı məlumat toplamaq və bunun əsasında tariximizin qaranlıq səhifələrini aydınlaşdırmaq mühüm əhəmiyyətə malikdir. Bu mənbələrin ölkəmizin paytaxtı haqqında verdiyi məlumat əvəzsizdir.

Ədəbiyyat: 
Kamil Fərhadoğlu. Bakı. İçərişəhər. Bakı: “Ş-Q” & “ÇİNAR-ÇAP”,

Mənbə:https://bakucity.preslib.az/az/page/m3lYEitxrQ

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı