Mövqe

Rövşanə xanım deyir ki, “Qızını döyməyən dizini döyər” çox mənasız atalar sözüdür.   Çox təəssüf ki, bu qənaəti  filologiya elmlər namizədi  dilə gətirir. Atalar səhv etmir.  “Qızını döyməyən dizini döyər” çox  ibrətli atalar sözüdür.    Heç bir qüsuru  yoxdur.  Söhbət şiddətdən gedirsə,  şiddət edən sonra qayıdıb niyə özünü döyür ki.

 Halbuki, biz başlarına müsibət gəlmiş anaların  yandıqlarından  necə dizlərinə vurduqlarının çox şahidi olmuşuq. Bu, xüsusi bir psixoloji vəziyyətdir və  anaların müyyən məqamda yandığını, müəyyən məqamda dərin peşmançılığını bildirir.

Yazıda fikir vein, xanım  uşağa irad tutmağı,    yeri gələrsə, “Məncə, bir yaşına qədər uşağa çox ciddi  tərbiyə verilməlidir. Ona elə “olmaz”, lap  yeri gəlsə, tənbeh də etmək lazımdır.

Heç bir valideyn uşağını kötəkləyib şikəst hala salası deyil. “Döymək” dedikdə düşünürük ki, ona qarşı şiddətə yol verilir.  Yüngülvarı vurmaqla dünya dağılmır. Bununla uşaq başa düşür ki, bu, pis əməldir, belə etmək olmaz ( Bax: https://yenisabah.az/usaq-oxumaq-istemir-deyir-ki-kitab-mene-ne-verecek) .”

Sonra da deyir ki, atalar sözü  mənasızsır. Hörmətli xanımımız bilməmiş deyil ki, burada  döymək heç də  “şallağa tutub peykəri-üryanını almaq”dan getmir.    Yəni, qız uşağının  üstündə ciddi nəzarət  olmalı, başı boş buraxılmamalıdır.    Müəyyən tənbeh  üsulları tətbiq etməlidir.   Füzulinin Leylisinə  anası  nə nəsihət edirdi:

Nazik bədən ilə bərgi-gülsən,

Əmma nə deyim, ikən yünülsən!

Təmkini cünunə qılma təbdil!

Qızsan, ucuz olma, qədrini bil!..

 

Bu cür davranış və əxlaq tərz, deyəsən axı, indi də davam edir.

Ona görə də özü də  bilmədən özünü ucuz  tutan, qədrini  bilməyən qızlara  ana  vaxtında tənbeh etməlidir ki, sonra dizinə döyməsin.

 Ataların bu sözünü zaman  hər zaman  təsdiqləyir. İndiki mamaşalar  bu  hikmətdən uzaq olsuqları üçün qızlarımızla bağlı  ciddi problemlər yaşanır.

 Ən məyusedici bir hal da budur ki, getdikcə ağsaqqal sözü,  el gözü  dəyərsizləşdirilir.  Xüsusilə, ataların, babaların öyüdlərini cəmiyyət   dəstəkləməlidir. Qsınlar   emosiaonal olduqlarından qılzrına  çox füzəştə gedirlər.Hətta oğlanları belə, el arasında deyoldiyi kimi, “balaq uşağı” edirlər.

 Ulularımızın bir sözü var: “Ata yetirən qız ərlənər, ana yetirən oğul qızlanar…”

Hikmətini bir incələyin…

 Mən hesab edirəm ki,  belə mövzularda tribunanı  20-40 yaşlı  şəxslərə, şou sənətçilərinə deyil, ixtiyar qocalara, ağbirçək nənələrə,  “Qızıl toy”larını, “Brilyant toy”larını edənlərə  vermək lazımdır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı