Mövqe

             Bir ölkənin musiqisini yaradanlar qanunlarını yayadanlardan daha dəyərlidir.

Fales

Bizim bir çox mətbu vasitələri də Türkiyə mətbuatına istinadən xəbər verirlər ki, türkiyəli “meqastar” Tarkan yeni mahnısını təqdim edib. Belə mətbu vasitələr əsasən, Medianın İnkişafı Agentliyinin (MEDİA), Mətbuat Şurasının hər zaman önərlədiyi, yardım ayırdığı

onlayn media subyektləridir. Bəzilərinin media kapitanlarına, hətta, müxtəlif vaxtlarda fəxri statuslar da verilib. Həmin bu mətbu subyektlər indi heç nə olmayıbmış kimi, Tarkanın uzun müddətdən sonra ifa etdiyi “Geççek” adlı mahnısını ifa etməsini, 12 saat ərzində 3 milyona yaxın baxış əldə etməsini tirajlayırlar: artıq 10 milyonu keçmişdir.

Qeyd edək ki, mahnının sözlərində siyasi mövzulara toxunduğu iddia edilir, digər başqa fikirlər də var.

Bu mahnını və onunla ilgili məlumatları paylaşanlar düşünürlər ki, bu informasiyanı özlərindən icad etməyiblər. Türkiyə mətbuatında bunlar artıq yetərincə paylaşılıb. Amma düşünmürlər ki, mahnı(əgər buna mahnı demək mümkünsə) siyası mövzulara toxunsa da, toxunmasa da sənət əsərlərinin təməl prinsipləri baxımından zərərlidir. Bu şərqini Tarkan öz yaxın çevrəsindən kiməsə qoşubsa, gedib onlarda oxusun , ya da həmin şəxsi öz evinə qonaq dəvət edib evində oxusun.

Mətn 53 misradan ibarətdir. Buyurun, baxın, sizə də təqdim edirik:

Hep köşeye sıkıştırmadı mı?

Daha önce de sanki

Sırtımızdan vurmadı mı?

Bu kaçıncı darbe ilk değil ki

Düştük evet ama kalkmadık mı?

Biz hep hayata meydan okumadık mı?

Sen ferah tut içini

Biz neleri atlatmadık ki

Geççek geççek elbet bu da geççek

Gör bak umudun gününü gün etçek

Oh oh zilleri takıp oynıycaz o zaman

O çiçekten günler çok yakın inan

Gitçek gitçek geldiği gibi gitçek

Her şeyin sonu var, bu çile de bitçek

Oh oh zilleri takıp oynıycaz o zaman

O çiçekten günler çok yakın inan

Dayan, çoğu gitti azı kaldı

Yapma! Güze, kışa boğma yazını

Yakındır sabrın zaferi

Düştük evet ama kalkmadık mı?

Biz hep hayata meydan okumadık mı?

Sen ferah tut içini

Biz neleri atlatmadık ki

Geççek geççek elbet bu da geççek

Gör bak umudun gününü gün etçek

Oh oh zilleri takıp oynıycaz o zaman

O çiçekten günler çok yakın inan

Gitçek gitçek geldiği gibi gitçek

Her şeyin sonu var bu çile de bitçek

Oh oh zilleri takıp oynıycaz o zaman

O çiçekten günler çok yakın inan

Çok uzattın vallahi bıktık

Bi durmadın vermedin ki aman

Hadi yeter artık fena bunaldık

Düş babam artık düş yakamızdan

Var bir hayır her şerde dedik

Oturduk bir dolu ders de çıkarttık

Ama yeter artık, anladık tamam

Düş babam artık düş yakamızdan

Beni sorarsan

Ben de iyi değilim pek

Kalmadı eski neşem hiç

Tadım tuzum yok pek

Dar dar dar geliyor

Ruhuma bedenim

Har har yanıyorum

Küle dönmek üzereyim

Bi suyun akışındayım

Bi gidiyorum tersine

Bi arkadaşım ümitle

Bi aram açık kaderle

Lakin sabrın sonu selamettir beklerim

Gün doğmadan neler doğar bilirim.

53 misra….? Belə manhı olur, belə musiqi olur? Mənzum drama oxşayır. İnsanları kim hesab edirsiniz, nə hesab edirsiniz?

Ədəbiyyat, incəsənət gözəlliyə xidmət etməlidir, insanlığa xidmət etməlidir. Gözlərdə, duyğu və hisslərdə təbəddülat yaratmalıdır.

Ədəbiyyat, sənət dövlətin, cəmiyyətin ideya tribunası olmalıdır. Cəmiyyət və dövlət arasında vəsilə olmalıdır, sülhməramlı səfir olmalıdır. Bilirsiniz ən böyük faciə nədir: dəyərlərin, ölçülərin itməsi.

Bəs ədəbiyyata, sənətə, televiziya və mətbuata yol göstərən, nəzarət edən qurum və şəxslər nə iş görürlər? Heç ölünü də öz xoşuna qoymaq olmaz.

Belə azadlıqdansa, əvvəlki rejim daha yaxşı idi. Hara gedirik  belə təhər-tövrlə?

Sən bir evin divarını hördünmü həyatında? Yayın qızmarında ucsuz-bucaqsız çöllərdə taxıl biçdinmi? Yerin təkindən daş kömür, qaz çxardınmı? Mal-qara, toyuq-cücə üçün qış tədarükü gördünmü? Əməkdar neftçisənmi, 5-3 səmərələşdirici təklifin varmı?

Bunları da bir anlıq qoyaq kənara. Yarım saat, 1 saat hansısa marşrutu gözləyib piyada yola düzələn, amma səsini belə çıxarmayan; ildə, 2 ildə əyninə bir dəst kostyum ala bilməyən, amma ala biləcəyinə ümid edib ümidli sabahlara addımlayan bir ziyalının xəcalətini öz üzərində hiss etdinmi? Marketlərdən deyil, yaşadığın binanın qarşısındakı köşkdən nisyə qənd-çay aldınmı? Maaş və ya təqaüd gününə qədər əvvəlcədən  maaş və yaxud təqaüd həcmində  aldığın borcu  qaytarmaq  üçün    sıxıla-sıxıla növbəti ayın maaşını və ya təqaüdünü gözlədinmi?

Yox, çünki siz çox rahat yaşamaq yolu tapmısınız. Bugünkü şou sənətçilləri  auditoriyalarını texnoloji avadanlıqların köməkliyi ilə yaradıcılıqlarında süni effekt yaradıb qaznıblar və qazanmaqdadırlar. 50 il bundan öncəki canlı ifa yeganə vasitə olsaydı, bu şou sənətçilərin çoxu haqqında indi danışmaq da lazım gəlməyəcəkdi. Müasir aparatura, səhnə diazynı, bunlar hamısı bahalı xidmətlərdir. Dövlət bunları hamı üçün əlçatan edib. Naşükür olmayın da.

Xalça, gəbə döşənmiş böyük konsert salonlarında, studiyalarda, televiziyalarda konsertlər verərək tər tökmədən, bədəninizin harasısa zədələnmədən əziyyətsiz para qazanırsınz. Qazanın, Allah var etsin, amma kirimişcə durun da.  Etdiklərinizlə, dediklərinizlə manevrlər etməyin.Özünüzü maddi və mənəvi nemətlər bolluğu yaradan insanların fövqünə qaldırmayın.

Demirik ki, siz cəmiyyətin və həyatın bu və ya digər hadisəsinə münasibət bildirməməlisiniz, yaxud tənqidə, qınağa layiq kimisə tənqid edə bilməzsiniz, qınağa məruz qoya bilməzsiniz. Bunlar hər kəsin haqqıdır. Lap ən sərt şəkildə tənqid edin, amma qırmızı xətti keçməyin.

Çox pis oldum. Bu gün bütün dünya nəzərlərini Türkiyəyə dikib. Bu gün Türkiyə bütün Türk dünyasının istinad nöqtəsidir. Sayın Ərdoğan da bütün Türk dünyasının sevdiyi Lider. Sayı Ərdoğan çox böyük tarixi bir missiyanı yerinə yetirmək əzmindədir. İnşallah, Türk Birliyi tezliklə tam təcəlla edəcəkdir.

Məgər hiss etmək çətimdirmi ki, Ərdoğan hazırki şəraitdə hansı gərginliklə işləyir, hansı çətinlikləri dəf edə-edə Türk dünyasəna əzəmət qazandırır?

Bizim məşhur şairlmiz Qabilin bir bəndlə çox dəqiq ifadə edilmiş müdrik tövsiyəsi var:

Bağban ol, bəhrəli bostan qoyub get,

Şair ol, şaxəli dastan qoyub get.

Əlindən iş gəlmir? Canın sağ olsun,

Barı, adam kimi vicdan qoyub get.

Tarkan haqqında vikipediya məlumatlarına baxdım. Fəaliyyəti haqqında yazılıb: “Müğənni, musiqiçi, bəstəkar, mahnı sözləri yazan, prodüser”.  Murad Arifin vikipediya məlumatları ilə, demək olar ki, eyni: müğənni, bəstəkar, musiqi prodüseri, şoumen və jurnalist. Tolikin də vikipediya məlumatları təxminən  eynidir:”-prodüser, təşkilatçı, televiziya aparıcısı”.

Bunlar heç bir əziyyət, gərginlik keçirmirlər, əziyyətsiz böyük pullara sahib olurlar, sonra da başlayırlar  ekranlara çıxıb ağzıgöyçək-ağzıgöyçək sənətdən danışmağa Bunun bir günahı da bizim özümüzdədir, insanların özündədir. Murad Arif də, Tolik də,  Kamran  da,  daha nə qədər şou aparıcıları varsa ha, onların veilişində iştirak üçün hər kəsə 100 manat ödəsələr belə, studiyaya aparmaq üçün onların arxasınca limuzin göndərsələr belə, huşyar tamaşaçılarımız ora getməməlidirlər, belə verilişləri izləməməli,şit, bayağı, estetik gözəlliklərdən  məhrum  mahnılara qulaq asmamalıdırlar.

Belə nümunələr,  belə aparıcılar  ekrana, efirə buraxılmamalıdır. Mətbuat onları tirajlamamlıdır. Qoy özləri zal tiksinlər, yaradıcılıqlarını da öz fanatlarına öz  klub, salon və ya  zallarına  dəvət edib orada paylaşsınlar.

Dövlətin qurduğu saraylarda, ekranlarda belələrinə tribuna verilməməlidir.

Bizim mühitdə də belədir. İfa etdikləri mahnıların mətnləri söz yığını, musiqiləri də diringi olan şou sənətçiləri müəllimlərdən, kitabxana, arxiv, muzey işçilərindən qat-qat yüksək qazanırlar. Yeri gələndə də qarşısındakılara əriştə kəsir, umac ovurlar. Dövlətin, dövlət başçısının rəhbərliyi ilə yaradılmış imkanlardan, informasiya vasitələri və texnologiyalarından bəzən pulsuz, bəzən də çox ucuz haqq ödəməklə özlərinə karyera qururlar, sonra da başlayırlar  bayağı  mahnılar oxumağa, şouçuluq etməyə.

Yotubedə Tarkanın bu mahnısı paylaşılıb. Maraq üçün nəzər saldım ki, virtual auditoriya görək bu şərqini  necə qəbul edir.  Belə rahat fəaliyyətlə məşhurlaşanlar mənsub  olduqları  xalqa nə   bəxş edə  bilirlər?

Baxdım və orada status da yazdım. Paylaşımlar çoxdur və böyük əksəriyyət mahnıya hayıl-mayıl olublar.

Amandır olsunlar, öz millətimiz, öz xalqımız deyilmi? Amma mən bu mahnıdan bir şey başa düşmədim. Yazılan şərhlərdə mənim kimi düşünənlər də az deyildir:

***Kasaba Kasaba:

“GEÇÇEK……. Politikmi? pandemimi? ortammı…., sanattan ne anladığındır. GEÇÇEK….! Yarası olan gocunur”.

*** jesus christ:

“Kimisi politik anlar, kimisi pandemi anlar, kimisi dünyadaki kötülükler anlar ve kimileri de başka şeyler. Anladığındır, hissettiğindir o şarkı senin için. Sanatçının hislerini ve sebeplerini sorgulamayın, kendi hissettiklerinize odaklanın, keyif alın. Sanat böyle bir şey”.

*** Yılmaz Yıldırım:

“Bu şarkı korona için yazılmış diyenlerin algısında kesinlikle sorun olduğunu düşünüyorum.çünkü korona iki yıldır hayatımızda şimdi neden ? Bu bir halkın serzenişinin dile getirilmesidir.Bunca zamlara yaşam şartlarının çekilemez bir hal aldığını,insanlarda gram heves ve yaşama isteği kalmamasına destektir. Zaten Tarkan’ı bilen biliyor”.

***Karymmmurat:

“Sanat sanat için değil, sanat toplum içindir. Memleketin olumlamalara ihtiyacı var. Teşekkürler Tarkan. Emeğine sağlık”.

***Marifet:

“Nereye çekersen oraya gidiyor çok yönlü olmuş tüm sıkıntılar geççek inşaallah”.

*** Fadime Aslan:

Türkiye vatandaşi olmayıp da Türkiye meselelerine karısamassin sen geccen”.

“Bir məmləkətin əxlaq baxımından necə tərbiyə edildiyini

bilmək istəsəniz, həmin ölkənin musiqisinə baxın”.

“Bir cəmiyyətin musiqisi pozuldumu, o cəmiyyətdə

bir çox şey pozulmuş deməkdir “.

 “Bir milləti əsir etmək istəsəniz,  onun musiqisini məhv edin”.

Konfutsi

Amma böyük Nazim Hikmət Ranın “Hoşgeldin, Kadınım” şeirinə baxın. Bunu incələməyə , aydınlamağa  nə müəllif gərəkdir, nə də müəllim.  Bütün   məsumiyyəti ilə kövrək duyğulrımıza  sığal çəkən bir şeirdir:

Hoş geldin, kadınım benim, hoş geldin

yorulmuşsundur;

nasıl etsem de yıkasam ayacıklarını.

Ne gül suyum, ne gümüş leğenim var,

susamışsındır;

buzlu şerbetim yok ki ikram edeyim,

acıkmışsındır;

beyaz ketenli örtülü sofralar kuramam,

memleket gibi yoksuldur odam.

Hoş geldin, kadınım benim, hoş geldin,

ayağını basdın odama.

Kırk yıllık beton, çayır çimen şimdi

güldün,

güller açıldı, penceremin demirlerinde

ağladın,

avuçlarıma döküldü inciler

gönlüm gibi zengin,

hürriyet gibi aydınlık oldu odam…

Hoş geldin, kadınım benim,  hoş geldin.

Və yaxud:

Şair, bəstəkar  və müğənni Kıraçın   vətənpərvərlik haqqında bir şərqisinə  fikir  verək:

Olur da düşersem, hilal uğruna

Bağrına taş bas da, ağlama.

Şehitlik atamdan yadigar bana,

Ağıtlar yakma, anam.

Anam, anam sağ olsun, vatan,

Vatan olur mu bu dağdan, bu taştan,

Koynunda yoksa yatan?

Biz doğuştan aşığız şanlı bayrağa,

Vurgunuz biz ayla, yıldıza.

Bir ölürüz, bin doğarız, sen tasalanma,

El değmesin yurduma.

Anam, anam, sağ olsun,  vatan,

Vatan olur mu bu dağdan, bu taştan,

Koynunda yoksa yatan?

Varmı burada  mənfi emosiya doğuran, oxucunu zora salan sözaltı mənalar? Xoş niyyətlər heç vaxt ptitça dili ilə söylənməz, elə müstəqim mənasında söylənər.

Əgər  ictimai-sosial məzmun daşıyan  hər hansı bir əsərdə  sətiraltı  məna şübhəsi ola biləcəkdisə, ilk olaraq müəllif bunları dönə-dönə incələməli və ziddiyyətdən qaçmalı idi, ya da  şeirin əvvəlində izah kimi, epiqraf kimi  müəyyən izahat yazıb   sonra yarana biləcək gümanları yox edərdi. Yazardı ki, bu çağırışlar,   nəzərə çarpdırmalar karonadan sağlam, təhlükəsiz həyata  olan  bir duadır. Bunlar heç biri isə yox. Onda fərqli baxışlara və təmayüllərə mənsub adamlar onu istədikləri kimi qəbul edə bilər və artıq edib də. Böyük narazılıq və narahatlıq yaradıb da.    Yalnız bunlardan sonra  Tarkan  mahnı  haqqında  belə açıqlama  verdi:

“Təxminən bir il əvvəl əhvalımın çox yaxşı olmadığı bir dövr keçirdim. Pandemiya, dünyada baş verən kədərli hadisələr, bəşəriyyətin həyəcanlı gedişatı, təbiətin məhv olması kimi bir çox şeylər mənə çox mənfi təsir etdi və sanki ümidimi itirdim.

…Həmin anlarda bu mahnının melodiyası və sözləri içimdə rezonans doğurdu. Olacaq, təbii ki, bu da keçəcək, ümid günü görəcək və görəcək. Düşündüm ki, hamımız üçün yaxşı olacaq bir mahnı yazmalıyam. Fikirləşdim ki, bəlkə bu mahnı bizə bir az da təsəlli verər, mənəviyyat və ümid verər. Ümid edirəm ki, “Gecikmə” üzünüzə təbəssüm gətirəcək və hamımız üçün xeyirli olacaq. ”

Ay səni Tarkan, kefin olsun. Siz   bu səmimiyyətə inandınız, mən inanmadım?

  Haşiyə: Ağa Məhəmməd şah Qacarın Şuşada  başı kəsildikdən sonra İranla Qarabağ arasındakı münasibətləri qorumaq üçün  İbrahim xan qızı  Ağabəyim ağanı  Fətəli şaha girov göndıribmiş. Amma Ağabəyim ağa  bir an da olsa, öz doğma  elini unutmaz, həmişə Qarabağı haraylayarmış:

Əziziyəm, Qarabağ,

Şəki, Şirvan, Qarabağ,

Tehran cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ!

 Fətəli şaha xəbər çatdırırlar ki,  bəs Ağabəyim ağa Qarabağ həsrıti ilə yaşayır. Fətəli şah Qacar Ağabəyim ağanı yanına çağırıb qəzəbini  ifadə edir ki, Tehranda oturub,  Tehranı necə bəyənməyə bilərsən.

Ağabəyim ağa vəziyyətdən ustalıqla çıxır, deyir ki, mən elə deməmişəm, sizə yanlış çatdırıblar. Mən demişəm:

Əziziyəm, Qarabağ,

Şəki, Şirvan, Qarabağ,

Tehran cənnətə döndü,

Yaddan çıxdl Qarabağ!

İndi  həmin açıqlama da Tarkanın  öz  mahnısının ideya  məzmununu  Ağabəyim ağanın incə manevri kimi  dəyişməsinə  oxşamırmı? 

Əvvəlki fikirlərimdə bu məqama toxunsam  da, yenə həmin  fikrə qayıdıram.  Bu gün bütün Türk  dünyası TÜRKİYƏ ilə   nəfəs alır. Bir  anlıq  düşünək ki, tutaq ki Tarkanın açıqlamasındakılar  həqiqətdir: mahnıdakılar hamısı  sağlam məfkurənin məhsuludur. Amma belə deyil axı.  İndi baxın, bütün əleyhdarlarımız, müxalifyönümlü təmayüllər bütün  insanları   bu mahnı üzərində kökləmək istəyirlər, sayın  Ərdoğana qarşı antipatiya yaratmaq istəyirlər.  Əsl sənət adamı bunun fərqində olmalıdır. Şükür ki, açıqlamada  dediyiniz  1 il əvvəl yaxşı olmayan halınız arxada  qalıb, indi gümrahsınız. Üstündən bir il keçəndən sonra bu mahnını səsləndirirsinizsə, ekranlarda, efirlərdə yayımlayırsınızsa, ifanıza əvvəlcədən   ciddi  məsuliyyətlə  yanaşmalı idiniz. Klipdə mahnının əvvəlində 1 dəqiqə açıqlama   səsləndirə bilərdiniz ki, mənim buradakı duyğularım dinləyicilərimizə, bütün  xalqımıza, bütün insanlığa    bir az a təsəlli , bir  az mənəviyyat və ümid verər.  Mənim şərqim  bu arzulara köklənib, kimsə sağlam olmayan qafasındakı fikirləri mənim şərqimlə bağlamağa cəhd etməsin.  Onda  bu güman və fərziyyələrin heç biri yaranmayacaqdı, heç kim müğənnidən  cavab təlb etməyəcəkdi. Amma indiki halda   etdiyiniz açıqlama   bina  yanıb qurtarandan sonra  yanğınsöndüənlərin gəlib  tüstülənən ocaqlara  təzyiqlə su vurmalarına bənzəyir.

Diqqətimi  daha bir məqam da  cəlb etdi.  Tarkanın  paylaşımına  bizim şou-biznes  nümayəndəsi Murad Arifin (müğənni, bəstəkar, musiqi prodüseri, şoumen və jurnalist)  statusu da gözümə dəydi. Murad Arif   bir cümlə yazıb : “1992- den 2020-ye niçe Tarkanlı yıllarımız için Bakuden kocaman sevgiler?”

 Bu status üçün 3,2 min izləyici like atıb. Çoxlu şərhlər yazılıb,  Mura bəy  rəğbətlərini ifadə ediblər, hətta biz pəərstişkar  yazıb ki: ” Siz də bizim meqastarimizsiniz Murad bey”.

 Bunlar üzücü olsa da, rast gəlinə biln  proseslərdir.   Amma cəmiyyəti bu hal narahat etməlidir ki, bizim gənclərimizin zövqü getdikcə  cılızlaqşır, bayağılaşır. Formalaşan auditoriyadan   kiminsə tükü tərpənmirsə,  qarşıda daha güclü tufanla  baş-başa qalmağımız  qaçılmazdır.

 Murad Arifin  “Ay qız, oyan” mahnısı var. Digər mahnıları da belədir. Bütün  şou müğənnilərinin  mahnıları belədir. Bu mahnılarla  elə belə də auditoriya formalaşacaq.  Yəni, insanlar bu qədər  anlaqsızdırlar ki, onlara sırınan hər cür  şit mahnıları  qəbul edirlər. Bəs cəmiyyətin sağlam qüvvələri, bəs  belə   nizamsızlığı məcrasına qaytarmağa  borclu olan qurumlar?! Bəs Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı nə üçündür? Bu qurumlar televiziya  kanallarını, səsyazma studiyalarını niyə cavabdehliyə cəlb etmir? Niyə  ciddi qayda  qoyulmur ki, belə cılız mətnli mahnılar  lentə, diskə alına  bilməz, ekranda, efirdə səsləndirilə bilməz. Etmirlər, ona görə də   hər kəs ağlına  nə gəlir nota köçürür, olur cəmiyyətin digər üzvlərindən  ağıllı.

 Və yaxud, Ədalət Şükürovun  şou    mizanıyla, şou auditoriyası  civarıyla “Dünya sənindi  gözəl” adlı populyar bir mahnısı var.  Belə mahnı mətnləri yazanlar   Ana dilinin qayda-qanunlarından onsuz da  xəbərləri yoxdur. Zəhmət çəkib mahnı mətnlərini dil mütəxəssislərinə redaktə etdirsinlər, kütləvi informasiya vasitələrində  necə  getməsinə diqqət yetirsinlər. Ona görə də mahnının mətnini istinad  etdiyim səhifədə olduğu  kimi  təqdim edirəm:

Sənin adın nədir ay gözəl?

Sənin adına qurban olum.

Dayan söyləyim sənə qəzəl

Qoyma məni bir gül tək solum.

Ay qız keçmə bizim məhlədən,

Bu ürəkdə nələr var nələr.

Nə olar bir söz alım səndən,

Dayan getmə incimə məndən.

Dünya sənindir gözəl, aləm sənindir.

Sevgi bir baldır gözəl, o da sənin.

Gözlər sənindir, gözəl, sözlər sənindir,

Vallah bir ürəyim var, o da sənin.

Nələr dedim, nə dillər tökdüm

Bir də keçmə bizim məhlədən

Nə istəyirsən denən görüm

Göydə ulduzlarıda dərrəm.

Ay qız keçmə bizim məhlədən,

Hamı baxıb sənə heyran olur

Vahidin qəzəlləri məndən

Mən səndən bir söz alan olum.

Dünya sənindir gözəl, aləm sənindir

Sevgi bir baldır gözəl, o da sənin

Gözlər sənindir gözəl, sözlər sənindir

Vallah bir ürəyim var, o da sənin.

 Bu da  müasir dövrün sevgisi:   oğlanlar  balkonlarının qarşısından,   parkda qarşısında bir diqqətçəkici  geyimli qız  keçəcəksə, ardınca düşüb “qəzəl” oxuyacaqlar. Bu qəzələ uyğun da  sevgi eyforiyasında ZAQS-a gedəcəklər. 1-2 il sonra  isə  çox rahatlıqla  ayrılıb, hərə öz  ayaqlarının  apardığı cığırla yoluna davam gedəcək. Çünki belə sevgilər  onların hər ikisinə də sərf edir. Əgər  qız əvvəlki evlilikdə  şiddət görmüşdüsə, indi “öz əli öz başı” olacaq,   sərbəst həyatını yaşayacaq. Oğlan isə yenə bir başqasını tapıb ona  “qəzəl” oxuyacaq.  Axı bunlar sevginin, hicranın  odunda aylarla, illərlə yanmadılar. Aylarla, illərlə  “hə” cavabı  gözləmədilər. Bir-birini  dərindən  tanıyıb kəşf etmədən tələm-tələsik  izdivaca girdilər.

  “Dünya sənindir, gözəl” şou  mahnısında klipə baxın.   Baxın,  qarşısına çıxan hər qıza  vurulan bu  kavaler qızla  necə rastlaşır:  mağazadan çıxan qızla qapıda az qala  toqquşaraq. Onsuz da  bu qız mağazaya alış-veriş yapmağa gələn qadına  bənzəmir.Əlində  heç nə  yox. Boş-boşuna girib mağazaya?  Kaş mağazada işləyən oğlanın  sevdiyi qız olaydı, bunu görüb Ədalətin payını verəydi.

Qız danışmasaydı da, mimika  və jestləri ilə mütləq  Ədalətə kəskin antipatiya nümayiş etdirməli idi. Amma indiki halda, “povod” Verdi ki, arxasınca düşüb ona “qəzəl” danışsın.

Öz növbəsində oğlan da  mağazaya, liftə   yaxınlaşarkən  içəridən  çıxa biləcək   bir başqasının ola bilmə ehtimalını hər vaxt gözləməli idi.  Təsadüf bir  qeyri-etik hal olmuşdusa,   təsadüfən alınmış vəziyyətdən çəkindiyi, utandığı    sezilməli idi. Klipdəki kavaler isə bunun  fərqində  deyil,  və bu, qızın da  xoşuna gəlib.  Bizim  şouların  sevgi  ampulası, naturası,  daha nə tapıb deyək, bax, belədir. Bu sevgilərin  ömrü   çətin ki əbədilik olsun.

 Lap çoxdan sosial şəbəkələrin birində bayağı musiqilərlə bağlı  yumor ovqatı yaradan bir şeir paylaşmışdı. Onu təkrar olaraq   saytımızda  bir də paylaşırıq:

 Bu yeni musiqilər adamı  lap hürküdür,

Mətnlər söz yığını, mahnısı diringidir.

Caz muğama, rep saza guya ki, sintez olub,

Bilmək olmur bu səs-küy rusun, ya mənimkidir.

O gün qulaq asanda yüyürmüşəm qapıya,

Elə bilmişəm çalınana lap qapının zəngidir.

Buna görə məzəmət eyləyəndə onları,

Deyirlər səslənən musiqi çələngidir.

Odur ki, tıxayıram çox zaman qulağımı,

Çünki bu du diringilər ürəyimi təngidir.

Bir cəmiyyətin   mənəvi  zənginliklərini  onun musiqisi,  ədəbiyyatı, mətbuatı, televiziyası   formalaşdırar.  Əgər belə formalaşdıracaqsa,   ey vaxxx.

 Əlaqədar təşkilatlar cəm olmalı, ədəbiyyatımızın, mədəniyyətimizin  düzgün təbliği və sair bu kimi məsələləri  birlikdə müzakirə etməli,bir-birlərinin  addımlarını tamamlamalı və dəstəkləməlidir.

  Bu problemlrin sırasında ictimai fikrə məhəl qoyulmaması  da belə meyillərin, belə  təhər –tövrlərin  əl-qol atmasına, kütləviləşməsinə  səbəb olur.

 

Sonluq əvəzi

 Mən sovet dövründə yaşadım.  Cabir Novruzun  bir şeirində dediyi kimi,   “arxalı-nəsilli ailədə doğulmadım”. Nəyə nail oldumsa,  mübarizə ilə yox, müharibə  ilə nail oldum. Nə  qazandımsa, “dişimlə-dırnağımla qazandım”.

Nə ideyalılıq, məfkurə gördümsə,  bunları da o dövrdə gördüm. Sovet  dövrünün ideologiyasına nə üçün arxa çevirməliyik? Axı o zaman  bizim ideologiyamız dünyanın ən güclü ideologiyası idi. Onda  güclü və qüdrətli  senzura vardı. İndi senzura adı  gələndə belə bayağı nümunər  “ştampovka” edib tökənlər haray-həşir  qoparırlar ki,   qışqırıqlarını  Avropada eşitsinlər. Bizə     keçmiş nəsillərdən ləl-cəvahirat misallı  ədəbi-mədəni sərvətlər qalıb,  bəs  gələcək nəsillərə nə qalacaq….?

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı