Əxlaq və mənəviyyat

qarşılaşmış hərbi dənizçilər veterana təzim edirlər.



Bizdə görmüsünüzmü belə təslimiyyət? Amma laqeydlik, biganəlik nə qədər desəniz.
Buşəkillər Xətai rayonu Mehmandarov küçəsi 68 nömrəli binanın yan küncündə Daşaltı əməliyyatının şəhidi zabit Həsənov Sədrəddin Qardaşxan oğlunun adına yaradılmış guşə və yerli qurumların və bizim hamımızın təslimiyyəti…





Ətragda 2 məktəb 2 bağça var. Amma kimsə belə borcu olduğunun fərqində deyil. Laqeydliklə əhatə olunmuş belə mənzərələr çoxdur.


Bizim nəsillər müharibə, ölüm-itim, tayqıç, tayqol əsgərlər haqqında məlumatları ancaq filmlərdən, kitablardan bilirdik. Amma son illərin hadisələri bizə də, bizdən sonra gələn indiki yeni nəslə bu acıları yaşatdı və yaşatmaqda davam edir. .İndi elə bir yaşayış məntəqəmiz olmaz ki, oradan şəhidimiz olmasın.Elə bir yaşayış məskənimiz, məhəlləmiz yoxdur ki, orda şəhid xatirəsini əbədiləşdirən park, abidə, bulaq, Xatirə lövhəsi olmasın. Bu parkların, xatirə bulaqlarının, ümumiyyətə şəhidlərimizin adı ilə bağlı olan müqəddəs yerlərin mənzərəsindən, abadlıq və təmizliyindən razısınızmı? Ürəkaçan deyil.
44 günlük müharibə təkcə Azərbaycanda deyil, bütün dünyada əks-səda doğurdu. Ordumuzun peşə hazırlığı, taktiki gedişləri və strategiyaları dünya hərb tarixində yenilikləri ilə yadda qaldı. Bu yenilikləri hərb tariximizə yazan ordumuzun 3 minə yaxın say-seçmə oğulları şəhidlik zirvəsinə uçaldı.
Onlardan biri də şəhid kapitan Nəcəf Şikar oğlu Şikarovdur. Şəhidimiz”Qarabağ” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qüsursuz xidmətə görə” medalları, eləcə də “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları ilə təltif olunub.
Nəcəf Şikarov noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Bu qəhrəman nəsilliklə hərbçi olan bir ailənin nümayəndəsidir. Atası peşəkar hərbçidir.1-ci Qarabağ müharibəsində iştirak edib, ağır yaralanaraq ordudan tərxis olunub, padpolkovnikdir. Qardaşı kapitan Nəsimi Şikarov hal-hazırda sərhəd bölgələrində xidmətini davam etdirir.
Bir vaxt yaşadığı general Şıxlinski küçəsi 49 nömrəli binanın qarşısındakı ərazidə abadlıq işləri aparıb park halına saldılar və şəhid Nəcəf Şikarovun adını veriblər.
Bu barədə rəsmi bir məlumat olmasa da, Xətai Rayon İcra Hakimiyyəti elektron səhifəsində bu barədə məlumat verilmişdir.

Tələm-tələsik , müəyyən qədər də tamamlanmamış işlərlə parkın və xatirə lövhəsinin açılışını ediblər, kütləvi informasiya vasitələri də bu məlimatı tirajlayıb.
Parkın ərazisində heç bir yerdə belə bir lövhə yoxdur ki, bu park şəhid Nəcəf Şikarovun adını daşıyır. Bu parka yaxın 4 yerdə şəhidlərin xatirə lövhəsi var, onları da bura cəm etməklə daha təsirli bir ziyarət yeri yarada bilərdilər.
Park hər zaman izdihamlı olur. Burada müxtəlif idman qurğuları, mini futbol meydançası olduğu üçün, əsasən, uşaqlar və yeniyetmələr daha çox toplaşırlar.
Böyük əksəriyyəti bağça və məktəb uşaqlarıdır. Ətrafda 3 bağça, 2 məktəb vardır. Elə problem də burasındadır ki, bağça uşaqları da, məktəblilər də Şəhid məfhumu haqqında dərin anlayışa malik deyillər. Onlar bilmirlər ki, şəhid abidəsi olan yerdə necə davranmaq lazımdır.
Əvvəldə qeyd etdiyim kimi, hələ birinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımız üçün nə qədər müqəddəs yerlər var idi. Bu müharibədə onların üstünə bir qədər də əlavə olundu. Məh hələ heç bir yerdə gül-çiçək içərisində olan belə xatirə yerlərinə rast gəlməmişəm.Hələ bir dəfə görməmişəm ki, hansısa məktəb və yaxud məktəb öz ərazilərindəki şəhid adına salınmış bağçada, bulaq ətrafında , xatirə lövhəsinin ətrafında səliqə-sahman yaratsınlar, gül əksinlər. Amma görmüşəm ki, məktəb uşaqları müəyyən vaxtlarda, xüsusən bayram günlərində parkda, xatirə lövhəsinin qarşısında pirotexniki vasitələr partlatsınlar.
Şəhid abidəsinin həndəvərinə insanlar ziyarət məqsədi ilə toplaşmalıdırlar. Onların xatirəsini minnətdarlıq hissi ilə ifadə etməyə gəlməlidirlər. Əllərində də gül-çiçək … Gül gətirməyiblər, canları sağ olsun, barı, şəhidlərimizə ehtiram edə bilən ürəklə gəlsinlər.
Təəssüflər olsun ki, abidənin düz önünə velosipedlə gələn uşaqlar olur. İt gətirib gəzdirən olur. Çox az adam olur ki, narazılığını dilə gətirir. Uşaqlar atalarından yaşlı insanların üzünə gülür, utanıb ar etmirlər. Belə uşaqlar bu şəkildə davam edərlərsə, sabah, o biri il belə yerlərdə daha hörmətsiz hərəkət edəcəklər.

Parkda mini futbol meydançası var. Abidənin 10-15 addımlığında. Ətrafı dəmir torla hasarlanıb və qapısı da axşamlar bağlanır. Qonşu binalarda yaşayan hansısa uşaqlar gecə gəlib qapının kilidini qırıb, meydançanın ortasına çılpaq maneken qoymuşdular. Bu, əxlaqsızlıqdır.Cəmiyyətin nizamına meydan oxumaqdır.Bu gün cəmiyyətin yuxarı sferalarında müşahidə edilən nizamsızlıqların ilk səbəbi bax, bu ilk səviyyələrdəki başıpozuqluqlardır.
Meydançada manekenin qoyulduğu gün 96 nömrəli MİS-nin rəisi polisə bizim yanımızda zəng vurdu.Çevik polis alayından gəlib çəkilmiş şəkilləri öz telefonlarına yüklədilər ki, bölməyə məlumat verəcəyik. Həmin gün axşama yaxın bölmədən bir kapitan gəlib 2-3 dəqiqə məsələnin mahiyyətini sakinlərdən öyrənib getdi.Dedi ki, əməkdaşlarımız gəlib araşdıracaqlar. Hələ də gəlməyiblər.

Profilaktik iş belə olmur. Onda qayda pozmağa meyilli olanlar daha da şitənir, daha digər yanlış addımlar atırlar. Məktəbləri hesabat verməyə cəlb etmək lazımdır.
Bu gün məktəblərin sinifdən və məktəbdənkənar fəaliyyət üzrə gördükləri işlər çox aşağıdır.Bu gün ictimai qınaq çox aşağıdır. İnsanların rəyinə qulaq asmaq lazımdır. MİS-lərdə ictimai Şuralar yaradılmalı və belə məsələləri onların müşahidələrinə əsasən gəldikləri qənaətlərə görə həll etmək lazımdır.
Ciddi intizam, qərarların icrazına ciddi nəzarət mexanizmi yaradılmalıdır.
Yoxsa böyür-başımızda belə dəcəllər həmişə olacaq və bizi narahat etməkdə davam edəcək, bir qədər də böyüyüb cəmiyyəti narahat edəcəklər.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.