Təhsil və məktəbəqədər tərbiyə müəssisələri

Son zamanlar təhsil müəssisələrində müşahidə olunan xoşagəlməz hallar cəmiyyəti haqlı olaraq   narahat edir. Belə hallar  təkcə pedaqoji  sahədə hər zaman olmuş və hər zaman da olacaq  hallardan (üzürsüz olaraq dərs buraxmaq, dərsə gecikmək, tapşırığı icra etməmək,  həmişə dərsə hazırlıqsız gəlmək  və sair)ibarət olsaydı, nə vardı ki. 

Acınacaqlı burasındadır ki,   bu gün məktəblərdə  kütləvi olmasa da, bıçaqlanma, intim   cəhdlər,  dərs prosesində sinfi alt-üzt etmək, dərsdə   rəqs etmək  və sair  bu kimi  ciddi hadisələr baş verir.  Məktəbyaşlı şagirlərin məktəbdənkənar  yerlərdə  törətdiyu və yaxud iştirakçısı olduğu hadisələri  də bura əlavə etsək,  cəmiyyətdə  məktəb və müəllimlərlə bağlı yaranmış etimadsızlığın   heç də əsassız olmadığı qənaətinə gəlirik.

 Belə vəziyyət   ailə və məktəbdə  tərbiyə prosesinin düzgün qurulmaması,  ailə və məktəb əlaqələrinin   yetərsizliyi, müəllimlərin   öz ixtisas və metodikalarını zəif bilmələri ilə əlaqədardır. Çünki heç bir uşaq dünyaya  hansısa bir  mənəvi qüsurla göz  açmır. O hələ dünyaya gəlməmişdən   göz açacağı ailənin , nəslin  adamları, daha sonra cəmiyyət tərəfindən necə böyük məhəbbətlə  qarşılanır, sevilir. Bəs necə olur ki, həmin uşağın üstünə    müəyyən  müddətdən sonra “çətin uşaq”   yarlığı qoyulur.

 Nə deməkdir  “çətin uşaq”,  hansı uşaqlara “çətin  uşaq”lar deyilir?

“Çətin uşaq”lar dedikdə çox vaxt sözə baxmayan, dərsdə səs salan,dərsi pozan uşaqlar nəzərdə tutulur. Buna pedaqoji baxımsızlıq səbəbindən yaranan  açağıdakı uşaqları aid edirlər:

-baxımsızlıq səbəbindən əxlaqında, dünyagörünüşündə, əqidəsində yaranan çətinlik dərəcəsi olan uşaqlar,

-əlverişsiz, çətin şəraitdə tərbiyə olunan uşaqlarda özünü göstərən çətinlik dərəcəsi olan uşaqlar (  Buraya  istər valideyinlərin, istərsə də müəllimlərin yanlış  tərbiyəsi əsasında çətinlik dərəcəsi  formalaşmış  uşaqlar  və s.

”Çətin” uşaqların psixoloji təhlilini verərkən müxtəlif  halları  səbəb  göstərmək olar.  Amma ən vacibi  ailə tərbiyəsində yol verilən nöqsanlarla bağlıdır və ilk yanlış  addım da məhz ailədən başlayır .

  Ailədə etimadsızlıq, dava-şalaş, valideyinlərin özlərinin əxlaq tərbiyəsinin normal səviyyədə olmaması  uşaq psixologiyasına sağalmaz  yaralar  vurur.  Bu zədə daha sonra uşaqla bağçaya, məktəbə addımlayır,  islah olunmazsa, daha sonrakı həyatında davam edir, belə uşaqlar  nə fərdi olaraq, nə kollektiv halda, ünsiyyət həlqəsində özünə yer  tapa bilmir.   Amma nümunəvi  ailədə, uşağa  ailənin  eyni üzvü kimi  baxılan,  hər  kəsin bir-birinə  qarşılıqlı ehtiram və sevgi ilə yanaşıldığı   ailələrdə uşaqlarda təcavüzkarlıq   heç olmur, ya da  çox az olur.

Məktəb psixoloqları  çalışmalıdırlar ki, uşaqlarda belə halların yaranma səbəblərini diaqnostik metodların köməyi ilə vaxtında üzə çıxarsın,  nədən qaynaqlandığını müəyyən etsin, zəruri olan psixoprafilaktik işlər aparsın

 Aşağıda təqdim etdiyimiz  şəkillər ayrı-ayrı vaxtlarda  müxtəlif tədris ocaqlarında baş  verib:

Bunlar  belə  biabırçılıqların  ancaq bir neçəsidir. Yadınızdadırsa, 7-8 aqy bundan əvvəl Suraxanı rayonunun 282 nömrəli tam orta məktəbində    məktəbə, şagird adına yaraşmayan hadisə baş vermişdi.   Bununla bağlı  bir çox xəbər portallarında    “Onlar nəinki müəllimi, heç direktoru da saymırlar” adlı məqalə də tirajlanmışdı.

Müəllif  baş vermis hadisənin məktəblərimizin nüfuzuna ciddi  nöqsan hesab edərək  onun  səbəblərini, aradan qaldlrılması yollarını  aramağa  çalışıb. Bu məqsədlə təhsil eksperti Elçin Əfəndi ilə söhbətləşib.  Təhsil eksperti    saytın əməkdaşına  açıqlamasında deyib ki, hazırda ölkədə 4400-dən çox ümumtəhsil müəssisəsi var:

“Hər bir məktəbdə çətin tərbiyə olunan şagirdlər var. Bu tip hallar mütəmadi hal aldığından həmin şagirdlər xüsusi məktəblərdə təhsil almalıdırlar. Çünki nizam-intizam qaydalarını kobud şəkildə pozan şagirdlərin oxumağa meyilli, əlaçı kateqoriyasından olan şagirdlərlə bir arada olması yolverilməzdir.

Müəyyən müddətdən sonra onların islah olunmaları müşahidə olunarsa, yenidən əvvəlki məktəbdə təhsil almaları bərpa oluna bilər. Amma eyni hallara yenidən yol verərlərsə, bərpa qeyri-mümkündür”.

Ekspertin sözlərinə görə, məktəb psixoloqlarının düzgün seçilməməsi də problemə yol açır:

“Son zamanlar bu kimi hallar baş alıb gedir. Bu hansısa bir şagirdin video çəkməsindən sonra üzə çıxıb. Ümumtəhsil müəssisələrinin nəinki müəllimi, hətta direktoru belə saymayan şagirdlər var.

Valideynlərin və təhsil müəssisəsi rəhbərlərindən daha çox məsuliyyət tələb olunur. Yoxsa problemlər qalacaq.

Məktəb psixoloqlarının səriştəsizliyi, tamam fərqli kateqoriyadan olanların psixoloq vəzifəsinə gətirilməsi də bu kimi hallara mənfi təsir göstərir. Kimi gəldi məktəbə psixoloq təyin edirlər, sonra da oxşar hallar baş verir” (Mənbə: https://yenisabah.az/mektebde-terbiye-meselesi).

Təbii ki, sinifdə olan şagirdlərin nə hazırlığı, nə də mənimsəmə səviyyəsi eyni deyil. Vaxtilə türk liseylərində şagirdləri imtahan yolu ilə qəbul edib komplektləşdirirdilər, indi də gimnaziyalar.

Hesab edin ki, hər sinifdə uzağı 25 şagird olurdu, adətən, 20 olurdu. Onda müəllimə belə sinifdə işləmək çox rahat olur. Tərbiyə də, təhsil də  həyatda özünü  göstərirdi.    Ona görə də  dünya və ölkə miqyadında keçirilən olimpiada, sərgi və yarışlarda bu məktəblərin şagirdləri həmişə öncül olurdular.  

Bizim məktəblərdə isə lisey və gimnaziyalara gedən şagirdlərdən sonra, nisbətən nəticələri zəif , yaxud olan şagirdlər qalır. Elə şagirdlər də olur ki, heç “3” də yazmaq olmur. Onu da deyim ki, mən əksər məktəblərdə şagirdlərin sayının 30-35 olduğunu eşitmişəm, görmüşəm.

Aşağı maaş, nümunəvi olmayan iş şəraiti, qeyri-sağlam pedaqoji mühit, indi gəl bu məktəbdə olimpiada şagirdləri yetişdir.

Harda ki xüsusi Uşaq evləri var, oranın şagirdləri yaxın ətrafdakı məktəblərə paylaşılır. Bu şagirdlər ailə qayğıları və himayəsi ilə əhatə oluna bilmədikləri üçün onların istər təlim, istərsə də tərbiyə göstəricilərində xeyli problemlər olur.Əksinə, onlar gəldikləri  məktəblərdə öz izlrini qoyurlar.

Məktəb direktoru heç bir şagirdi onun iradəsi əleyhinə həmin məktəbdə təhsil almasına mane ola bilməz. Dövlət də buna imkan verməz. Bunun qanuni həllini tapmaq olar. Məsələn, xüsusi inteqrasiya təlimli internetlər yaratmaqla həmin təhsil müəssisələrini təlimdə geridə qalan şagirdlərdən komplektləşdirmək olar. Bunu politexnik məktəb kimi də qəbul etmək olar. Şagirdər həm xoşladıqları peşələrə yiyələnər, hüquqi sənəd alar, həm də orta təhsillərini davam etdirərlər.

Çətin tərbiyə olunan uşaqları isə çətin tərbiyə olunan uşaqlar üçün xüsusi internet məktəblərinə cəlb etmək lazımdır. Bunu da nadinclik edən uşağın üzərinə “çətin tərbiyə olunan uşaq” yarlığı qoymaqla deyil, bütün pedaqoji qanun və nizamlamalara əməl etməklə.

Psixoloqları səriştəsizlikdə qınamaq da doğru deyil. Məsuliyyəti məktəb rəhbərliyində və həmin məktəblərə uşaqları cəlb olunan internat evlərinin rəhbərliyində axtarmaq lazımdır. Onlar arasında koordinasıyalı fəaliyyat, əməkdaşlıq olmayıb. Rəhbərlər işləmirlər. Hamı özünü məmur kimi aparır.

Biz bu cəmiyyətdə yaşayırıq, ətrafımızda məktəb və pedaqoji müəssisələr var.Müstəqil jurnalist kimi, informasiya toplamaq, paylaşmaq hüququma istinad edib, bu cür məsələlərin birini də diqqətdən qaçırmıram.

Məktəb psixoloqu normal halda, şagirdləri müşahidə edir, fərdi və ümumi olaraq düzgün məcraya yönəldir. Müsbət davranışları, yüksək təhsil göstəriciləri olanlala da, əlbəttə, iş aparılır. Amma çətin tərbiyə olunan uşağı təkcə psixoloqun səyləri ilə  nümunəvi şagirdlərin cərgəsinə çıxarmaq olmaz.Psixoloq Makarenko , Suxomlinski deyil ki, belə dəcəlləri muma döndərsin.

 Bu istiqamətdə ailənin də, məktəbin də cəmiyyətin də səyləri bir- biri ilə əlaqəli və kordinasiyalı şəkildə aparılmalı,  hər bir son nəticə üçün hər   bir qrum, hər bir kəs eyni dərəcədə məsul olmalıdır.

Bax: https://baku.tv/az/dunyaa/55837/

 

Gizli deyilki, şətin tərbiyə olunan, yaxud   hədsiz nadinc və intizamsız  şagirdlərin diqqətini dərsə yönəltmək, eyni zamanda  həmin dərsdən yüksək nəticə əldə etmək    heç də  həmişə  mümkün  olmur, olanda da asan olmur.

  Belə uşaqların  formalaşdığı,  yetişdikləri  mühitdən qaynaqlanan  bəzi problemlər  var ki,  bu problemlər onların istər sinifdəki, istərsə də ictimai yerlərdəki  davranışlarında da özünü göstərə bilir.

  Çünki onlar çox vaxt  düşünürlər ki,  təhsilin, ictimai fəallığın  heç bir dəyəri yoxdur.   Ona görə də belə uşaqlar fəal  həyat mövqeyi ilə bağlı  heç nə düşünməzlər .

  Bəs nə etməli, necə etməli ki,  müəllim dərsdə qarşısına qoyduğu məqsədə tam nail ola bilsin. Çətin uşaqlar  fiziki cəhətdən ,  mənəvi cəhətdən əqidəli olsunlar.

Təhdidlər, zorakılıq  halları ilə  müəyyən  “asayiş” yaratmaq olar, kim belə düşünürsə, səhv edir.  Bu üsullarla dərs deyən müəllimlər şagirdlərin beynində ömürlük silinməyəcək pis izlər buraxırlar.

Şagirdlərə qarşı zorakılığın heç bir əsası  yoxdur. Vaxtlar olubdur ki,  valideynlər uşaqlarını məktəbə gətirəndə müəllimə “Əti sənin, sümüyü mənim” deyiblər.  Amma indi belə valideynlər ola bilməz  və buna heç  ehtiyac da yoxdur.  Valideynlər istəyirlər ki, müəllimlər  övladlarını döyməklə deyil, başqa  tərbiyəedici,  həvəsləndrici  üsullardan  istifadə edərək öyrətsinlər.

Müəllim bilməlidir ki, şagirdləri döymək, alçaltmaq  tam əks nəticə  verəcək. O,  ancaq fənninə maraq oyatdıqca, fənnini onlara sevdirə bildikcə, məqsədinə nail ola biləcəkdir.

Hər bir şagirdin formalaşdığı mühiti, fərdi xüsusiyyətləri, psixologiyası fərqlidir. Bəzi şagirdlər nəsihəti başa düşür,  nəsihət onlara  təsir edir.  Bəzi şagirdlər    məhdudiyyət və qadağaları qəbul etmək istəmir, daha da aqressivləşirlər. Bəzi şagirdlər   qadağan etdikcə, “Yox!” dedikcə bu qadağaları, bu “yox”ları  etməyə daha ciddi-cəhdlə girişirlər.

Onlar   hər yerdə var:  ailələrdə də, məktəblərdə də, küçələrdə də, məhəllələrdə də. Bu cür uşaqlar davranışları ilə ətrafındakılara meydan oxuyur. Onlar belə davam edə-edə  ətraflarında olan hər kəsi, xüsusən də ailələrini və məktəbi   məşğul edir, yorğun salır.

 İnsan orqanizminin  bir əzası zədələndikdə, əziyyət verdikdə, onu kəsib atmaq olmadığı kimi, insan cəmiyyətinin  davamlılığını təmin edəcək “çətin  uşaq”ları  da cəmiyyətdən atmaq olmaz,əksinə, onları  cəmiyyət üçün,  ali ideallarımız üçün tərbiyə edib,   cəmiyyətin   ayrılmaz hissəsinə çevirmək lazımdır.

Bu cür uşaqlara qarşı səbirli olmaq və onları anlayışla qəbul etmək empatiyada müəllimlərə  kömək edəcək.

Müəllim uşağın, hətta,  zəif  cəhətlərini də sevgi ilə aşkar etməli,  onu nümunəvi davranış normalarına  sövq etməlidir.

Müşahiddələr göstərir ki, çətin uşaqlar tanıdıqca və tanındıqca onlarla işləmək daha asan olur.

Təcrübəli müəllimlər belə vəziyyətlərdə, əlbəttə ki,  çətinlik  çəkmirlər. Onlar     belə şagirdlərinə   etimadla  yanaşdıqca, nadinc, çətin  tərbiyə olunan şagirdlər də öz müəllimlərini sevəcək, onun tövsiyələrini  həvəslə yerinə yetirəcəkdir.

  Bilmirəm, hansı din xadimisə deyib ki, müəllimlik peyğəmbərlik sənətidir.  Bu, müəllimlik adına ən böyük etimaddır. Bu, cəmiyyətin müəllimdən gözlədiyi xilas yoludur. Çünki əsl müəllimlər də    öz dövrlərinin peyğəmbərlik missiyasını yerinə yetirib,  sağlam gələcək yetişdirib, böyüklərin  də yolgöstərəni olub.

Müəllim öz işini  hədsiz  sevməli, şagirdlərinə olduqca mərhəmətli    yanaşmalıdır.

 Məşhur pedaqoq  Suxomlinskinin məşhur  bir əsəri var:  “Ürəyimi uşaqlara  verirəm”.  Hər bir müəllim   dərsini bitirib sinfi tərk  edəndə, beləcə,  içində deyə   bilməlidir ki, bəli, mən  ürəyimi uşaqlara verə bildim.

İstər  valideynlər, istərsə də  onların ata-anaları uşaqları gələcəyin böyükləri və valideynləri kimi düşünməlidir.

                                                         “Ana  və Uşaq”

  Qeyd: Yazıda bəzi internet məlumatlarından istifadə edilmişdiur.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı