Əxlaq və mənəviyyat

Mənim də əlimdən, bu gəlir ancaq,
Səni keçmişinlə eləyim tanış.
Başuca yaşamaq istəsən əgər,
Bax, gör babaların necə yaşamış.
Bulud Qaraçorlu Səhənd
Bu gün müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı, milyonçu və xeyriyyəçi Şəxsiyyət Hacı Zeynalabdin Tağıyevin xatirə günüdür. Zaman Hacı Zeynalabdin Tağıyevin dünyadan köçdüyü günü nə qədər uzaqlaşdırsa da, o, hər gün xalqına bir addım da yaxınlaşır.
Budur, artıq illərdir arzuolunan abidəsi milyonlar xərclədiyi Bakının ən görkəmli yerində ucadılıb. Hamı sevindi. Biz Hacını görməmişik. Haqqında nə biliriksə, kitablardan oxuduqlarımızdır.
Hacı bu abidə olmamışdan öncə də onun Azərbaycan xalqına etdiklərinin fərqində olanların hər birinin qəlbində çoxdan bir minnətdarlıq abidəsi ucalmaqda idi.
Amma bu abidəyə böyük ehtiyac vardı. İndi budur, 84-cü mənəvi yaşında dogma Bakımızda onun abidəsi ucalır.
Nə olsun ki vəfat etmiş insanlar dünyasını dəyişəndən sonra bundan xəbərsiz olurlar. Əslində, xəbərsiz olmurlar. Belə insanlar xalq üçün, torpaq üçün gördükləri hər bir işin müqəddəs olduğunu, heç vaxt unudulmayacağını çox gözəl biliblər. Digər tərəfdən, bu hörmət-izzət onu qazananlarla bərabər, dirilər üçün də lazımdır. Həyatın, insanlığın nizamını qoruya bilmək üçün lazımdır.
Getdicə daha eybəcər həyat tərzinin, daha eybəcər ictimai mühitin formalaşmaması üçün lazımdır.
Dirilər görür ki, xalq üçün yaşayan, xalq üçün çalışan insan necə bəxtiyarmış. Belə insanlara özləri dünyada olmayanda da necə böyük ehtiram göstərilirmiş. Xalqın bütün təntənəli günlərində onlar yad edilir, abidələri, məzarları ziyarətgaha çevrilir.
Çünki bu gün insanların yaşadığı azad, xoşbəxt günləri qazanmaq üçün önlar ömür sərf ediblər, həyatlarını qurban veriblər. Ona görə də insanlar qədirşünaslıqlarını itirmirlər. Yoxsa yaxşı olanların, vacib olanların davamı gəlməz axı.
Dünyasını dəyişmiş insanlara, məşhur şəxsiyyətlərə: qəhrəmanlara, əmək adamlarına, alimlərə, ədəbiyyat və mədəniyyət xadimlərinə, şəhuidlərə, qazilərə, bir sölə, bu qəbildən olan bütün insanlara istər sağlıqlarında, istərsə də dünyalarını dəyişəndən sonra cəmiyyətin ehtiramı canlı olmalıdır, əbədi olmalıdır.

Dövlət tərəfindən istər əmək və döyüş qəhrəmanlarına, istərsə də sənət və mədəniyyət adamlarına ( bəzən aidiyyəti qurumların məsuliyyətsizliyi ucbatında onların siyahısına uyğun olmayanlar daxil edilsə də ) hər zaman diqqət göstərilib. Sovet dövründə bu, belə olub. Bizim nə qədər görkəmli şəxsiyyətlərimiz Ümummilli Lider Heydər Əliyevin diqqəti sayəsində SSRİ-nin ən yüksək fəxri adlarına, orden və medallarına layiq görülmüşdülər. Cənab İlham Əliyev də Heydər Əliyevin bu kursunu davam etdirir. Cənab Prezidentin bu mövzuda bütün çıxışlarında bizim məşhur adamlara, əsgər və zabitlərimizə xüsusi məqam yetirib, onların əməyini alğışlayıb, onların fəaliyyətlərinə yüksək dəyər verib.
Bəs nə qalır, o qalır ki, cəmiyyətdə insanlar onların xatirəsini əziz tutsun, ehtiram göstərsin. Bizim və övladlarımızın azad və firavan yaşaya bilməsi üçün canlarını qurban vermis qəhrəmanlarımıza – əsgər və zabitlərimizə, hal-hazırda Kəlbəcərdə, Laçında, bütün sərhəd bölgələrində səngərlərdə keşik çəkən əsgər və zabitlərimizə, əmək meydanlarında bolluq yaradan əmək adamlarına minnətdarlıqlarını davranış və qədrişünaslıqları ilə nümayiş etdirsinlər. Demirik ki, heç yoxdur, var, amma onların adına layiq deyil. Bir qədər deyəsən qədirşünaslıq duyğularımız da korşalıb. Əslində bunu korşaltmaq da maraqlı tərəflərin bir missiyası olub.
Bu sətirlərə hərb tariximizin yorulmaz tədqiqatçısı Şəmistan Nəzirlinin “1920-ci ildə Qarabağ döyüşləri ” kitabında rast gəlmişəm: “1920-1937-ci illər ərzində güllələnən 19 nəfər generalımızın heç ziyarət etməyə məzarı da yoxdur. Bu acı tale ilk Hərbiyyə nazirimiz tam artilleriya generalı Səməd bəy Mehmandarovdan da yan keçməyib. 1931-ci il fevralın 12-də vəfat edən Səməd bəy indiki Şəhidlər xiyabanında dəfn olunmuşdur. 1939-cu ildə bolşevik S.M.Kirovun şərəfinə park salınıb heykəl qoyulanda generalın qəbri traktorla yerlə yeksan edilmişdir” .
Çəmistan Nəzirlinin ” Azərbaycan generalları” kitabında
1923-cü ildə Bakıda Port-Artur, Birinci Dünya müharibəsinin qəhrəmanı kimi tarixə düşmüş general Mehmandarova ağsaqqal çağında əlində süpürgə küçə süpütdürdükləri haqqında məlumat var. Hələ ondan da əvvəl general Mehmandarovu da, general Şıxlinskini həbs et mək istəyirlərmiş. Son anda N.Nərimanovun sayəsində hər iki general həbs edilmək təhlükəsindən xilas olunaraq, Moskvaya göndərilir. Moskvadan döndükdən sonra təqaüd yaşında ağsaqqal generala küçə süpütdümək təsadüfi deyildi. Bunu edənlər bu cür generalları olan xalqın dirçələ biləcəyindən ehtiyatlanırdılar. Ona görə də məşhur hərb xadimlərini, alimləri daim təqib edirdilər.
Mərkəz ona görə əmr vermişdi ki, müsəlman ziyal ıları arasında “təmizlənmə” aparılsın. Sapı özümüzdən olan baltaların əli ilə onlar rəzilliklərini həyata keçirə bilirdilər. Həmin vaxtlarda Nərimanovu da Bakıdan Moskvaya bu məqsədlə aparmışdılar. Çünki N.Nərimanov S. Mehmandarovu sərkərdə kimi çox yüksək qiymətləndirirdi. Mərkəz Mehmandarovun yeni davamçılarının yetişdirilə biləcəyindən hər zaman ehtiyatlamışdır.
Heç olmazsa, özümüz öz səyərlilərimizə sahib çıxaq. İndiki müstəqil respublikayıq.
Doğru danışmalıyıq. Etdiklərimizdən qaynaqlanan hər hansı məsuliyyətsizlikdən, səhlənkarlıqdan, qədirsizlikdən cavabdehlik daşımayaq deyə, doğru söyləyən, hansı iradə bildirəni kobud şəkildə təhdid etməməliyik.
Sitat: Bizim keçmişdə başqa xalqların qibtə etmələrinə layiq böyüklərimiz çoxdur. Əgər biz istəyirik ki, gələcəkdə bizim xalqımızdan böyük şəxsiyyətlər yetişsin, həmin böyükləri müasirlərimizə,gənclərimizə yaxşı tanıtmalıyıq. Keçmişə məhəbbət gələcəyə xidmətdir.
Əkrəm Cəfər, professor
Onda bu gün darı boyda hansısa yanlış əməl 1aydan sonra alma boyda, 1 ildən sonra qarpız boyda qarşımıza çıxacaq.
Ətrafımızda hər gün saysız-hesabsız neqativ halların şahidləri oluruq. Nəinki şahidləri, həm də əzablarını çəkənləri oluruq. Səhər yerimizdən qalxandan axşam evimizə dönənə qədər belə məqamlar bizi müşayiət edir.
Elə belə də ölməliyik? Bəs bütün bunların nizamlanması üçün məsul olan qurum və təşkilatlar? Bəs insanların özünün insan şərəfi, insan olaraq məsuliyyəti?
Avropadakı ideal şəraitdən, yüksək mədəniyyətdən ağızdolusu danışan şəxs zibil torbasını balkondan bağa atır yaxud çıxarıb blokun ağzına qoyur. Çörəyi zibil saxlanan meydançaya küçələrə, səkilərə atır. Maşını piyadalaın yolunda saxlayır, liftə tüpürür, ictmai nəqliyyatda olarkən ətrafda digərlərinin də olduğunu saya almır, məhəllə, park və bağlarda yaşıllığın üstündə gəzir, bir gülü-çiçəyi açmağa qoymur, bir ləçək açan kimi qoparır. İllərlə insanların, o cümlədən onlara xidmət etməli olan, amma etməyən yaşıllıq işçilərinin sitəminə baxmayaraq, Allahın yağdırdığı yağış və qar hesabına boy atıb insanlara xidmət edən saysız-hesabsız nəhəng ağacların kəsiməsinə aldıqları yüz minlərlə göy əskinasların qarşılığında çox gözlər qapanır, dodaqlar kilidlənir………… Daha nə qaldı ki…Bəs bizim haramız düzdü ki….???
Əhalisinin sayına görə dünyada 6-cı ölkə olan Pakistanın bu gün ölkəmizə çox səmimi münasibətləri var. Pakistan Azəlbaycanın haqq işini dəstəkləməklə yanaşı, lazım gələrsə, bütün imkanları ilə Azərbaycanın yanında olacağını vəd edir. Bilməmiş deyilsiniz ki, bu sevginin kökləri hardan qaynaqlanır.
XX əsrin əvvəllərində isə Pakistanda taun epidemiyası yayılmışdı. 100 mindən çox insan dünyasını dəyişmişdi. Taun sürətlə yayılmaqda idi. Ona yalnız sağlam insanlara peyvənd vurmaqla qalib gəlmək olardı. Hacı Zeynalabdin Tağıyev həmin vaxt taun xəstəliyinə qarşı 300 min amplua vaksin alaraq Pakistana göndərib. Onun bu addımı Pakistanda taun epidemiyasının qarşısını almaqda əsas rol oynayıb.
Pakistanlılar bunu unutmayıb. Amma biz Aərbaycana saysız-hesabsız saraylar, zavod-fabriklər qoymuş, məktəblər açmış, milli ziyalılar yetişdirmiş Hacı Zeynalabdin Tağıyevin bu xalq üçün kim olduğunun fərqində deyilik.
Zeynalabdin Tağıyevin heykəlinin açılışını hörmətli Prezidentimiz özü etdi. Xalqın istəklərini qırmızı lenti kəsməklə gerçəkləşdirdi.
Bu torpağın iki övladı isə ordan təsadüfən keçirmişmi,yoxsa, təsadüfən keçəndə heykəlin həmin mühit üçün yeni olduğundan diqqətlərini çəkib, onlar da baxmağa yaxınlaşıb və gözlərdən oğurlanaraq, Haçının daş təsbehini sındırıb əlindən salıblar.

Hüquq- mühafizə orqanları dərhal həmin şəxsləri müəyyən edərək istintaqa cəlb ediblər.
Mətbuatda bu barədə yazılar getdi.Təbii ki, istintaq yekunlaşan kim, nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. Ancaq bu addım bir rəsmi addım. İstər dövlət, stər qeyri-dövlət qurumları, istərsə də vətəndaş mövqeləri fəallaşmalıdır.
Belə əməlləri törədənlər gecə şəhər yatandan, əl-ayaq kəsiləndən sonra gəlib bu hərəkəti törətmirlər. Hacı Zeynalabdin Tağıyevin heykəli də elə yerdədir ki, bi ətrafdan ayaq səsləri heç vaxt əskik olmur. Bu hərəkəti edənlər etdiklərini kiminsə və yaxud kimlərinsə yanında edib. Bunlar təkcə inzibati hüquqpozma əməli deyil, həm də xalqa, cəmiyyətə qarşı hörmətsizlikdir. Gərək belə hərəkətlərigörən, bilən heç kəs laqeyd qalmasın. Belə “qəhrəmanlar” əməllərini hüquq-mühafizə orqanlarında çalışan əməkdaşların yanında, təbii ki, etməyəcəklər. Amma sadə vətəndaşların yanında edəcəklər. Belələrinə qarşı mütləq barışmaz olmaq lazımdır.


Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.