Mövqe

Bizim şou mətbuatı, şou televiziyası zaman-zaman müşahidə və müqayisə edilərək toplanılmış dəyərləri bu qədər rahatlıqla şou müğənnilərinin, şou aparıçılarının ayaqları altında qurban kəsir.

Nə Milli Televiziya Şurasının, nə Mətbuat Şurası isə susqunluq göstərirlər. Uzağı onların heç tükünü tərpətməyə yetərli olmayacaq xıda-para xatırlatrmalar edir, deyirlər ki, biz onların proqram məsələlərinə qarışa bilmərik. Bu cavabı eşidən ideologiyasız mətbuat və özəl televiziyaların, eləcə də dayaz və bayağı repertuarları olan şou sənətçilərilərinin ayaqlarının altı daha da yer alır. Görün, nə qədər xərc-mərclikdir ki, bu informasiya vasitələri böyük auditoriyanın qınaqlarını heç saya almır, bütün fəaliyyətlərini onlar üzərində qururlar. Bugünkü mətbuat və özəl kanallar Nadir Qafarzadə, Əli Mirəliyev, Pişik Günel, İzzət Bağırov , Cavanşir Məmmədov, Vasif Məhərrəmli, Nura Suri, Damla , yeni aktrisalar, modelyerlər olmazsa, nə edəcəklər bunlar : Şamaxı batan kimi batacaqlar.

Nadir Qafarzadə, Əli Mirəliyev, Tolik, Zaur Baxşəliyev, Zaur Kamal, demək olar ki, manşelərdən, ekranlardan əskik olmurlar. Danışdıqlar, fikirləri tamam yanlış və zərəli.

Belə məsələlərə cavabdeh olan qurum və şəxslər, cənablar, siz bu insanları kim hesab edirsiniz?

Bu xəbər ATV telekanalında “Zaurla Günaydın” verilişində qonaq olmuş Nadir Qafarzadənin “dərin və vacib” mülahizələri əsasında qurulub. Nadir deyir: “Yoldaşım deyir ki, nə səndə, nə də məndə qohum-əqraba var. Az sayda qohum var. Bacıma demişəm ki, tək gəl (yəni, toya- kursiv saytındır), yoldaşın olmasın. Bacım qızına da demişəm ki, tək gəl. Bizim incəsənət adamları məclisi rəngləndirəcək”.

Əgər  mənim qaynım toy edib bacısına desəydi ki, sən gəl, amma yoldaşını gətirmə, mən onun bacısını o toya buraxmazdım -şiddət belə olur ortaya düşür də – və bu andan sidqim sınardı və  boşamağın binasını  qoyardım.      

Bu adam istəyir ki, çox az sayda qohum-əqrəba iştirak etsin, icazə verilən limiti Nadirin özü dediyi kimi, incəsənət adamları ödəsin.  Bu, süni təmtəraq, reklama hərislikdən başqa bir şey deyil. Digər tərəfdən,  belə  düşünənlər ümid edirlər ki,  toy müğənniləri 2 qohumun gəlib  yazdıracağı nəmərdən  daha çox pul atacaq.  Allah heç kimə pis iş qismət etməsin, bütün çətin anlarımızda da, şən günlərimizdə də biz ətrafımızda 1-ci ən yaxın adamlarımızı görməliyik. Sovet dövründə mən belə görmüşəm ki, insanın dar günündə də, xoş günündə də ən yaxınlar dəvət etməmişdən özlərini çatdırırlar.

…Getdikcə bu kimi maarifləndirilmələrlə, bu kimi şounəvislərlə bizim dəyərlər aşınmaya məruz qoyulur. Zaur Baxşəliyev də həmkarlarını hədələyir ki, sizin verilişlərinizi mən cibimə qoyaram.Bu deyil sənin verilişin?

Aparıcı mətbuat vasitələrindən biri kimi tanınmış “Yeni Müsavat” qəzetində “Şou əhlinin hazırlıqları: namusu ləkələnmiş qız, müəmmalı klip…” sərlövhəli bir yazı var. Təəssüf edirəm ki, çox ciddi, dərin araşdırmaları və təhlilləri ilə yanaşı, bu qəzetdə belə yazılara da yer verilsin.

Oradan bir sitatı təqdim edirəm:

“…Müğənni Damla isə film təqdimatının həyəcanını yaşayır: “Baş rollardan birini canlandırmışam. Ekran işində tərəf müqabilim aktyor Rüfət Nəzərdir. Əməkdar artist Mehriban Xanlarovanın da rol aldığı filmin təqdimatı 15 noyabr tarixinə planlaşdırılıb. Film toyla başlayır. Toy gecəsi baş tutur. Səhər bəyin anası gəlinin əlindən tutub atası evinə aparır. Gəlin nə baş verdiyini anlamır. Bəy isə susur. Bəyin anası gəlinə qarşı etdiyi bu hərəkə görə özünü haqlı sayır. O, gəlini kənd içində biabır edir, qızcığazı namusu ləkələnmiş kimi tanıdır. Bu dərdə gəlinin atası dözmür və ölür. Gəlin onu öldürməsinlər deyə baş götürüb qaçır. Filmin sonunda bəy gəlini tapır, onu sevdiyini bildirir və ona geri dönməsini xahiş edir. Çəkilişlər maraqlı keçdi. İnanıram ki, izləyicilər sevəcək”.

Bu da belə. Kimə lazımdır belə film. Kim sevəcək belə filmi, deyimmi, bu şəkildə biabırçı vəziyyətə düşmüş kəslər. Doğru qəbul edilməsə də, toy gecəsi belə problemlərin davamı bu şəkildə olmur. Hansı ana bakirə çıxmayan gəlinin qolundan tutub atası evinə aparar? Kim belə nəticələnmiş toy səadətinin ləkəsini unudub, evdən uzaqlaşdırılmış gəlini təkrar axtarıb tapar, ondan geri dönməsini xahiş edər?

Bax, bu gün bizim televiziyanın, mətbuatın maarifçilik fəaliyyəti belədir.

Mənim 70-ə yaxın yaşım var. Əgər sovet vaxtındakı senzura bərpa edilməzsə, acılarımız çox olacaq….

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı