Səninlə birlikdə islanmazsam, yağmurun nə anlamı var?

Hostalji

Sözləri: Hüseyn Arif
Musiqiai: Ələkbər Tağıyev

İslanır səhər – səhər,
Qızıl gülün yarpağı.
Mən sevirəm yağışlara
Pəncərədən baxmağı.
Damcıların xoş səsi
Xatırladır yaylağı.

***

Yağış yağır sevgilim,
Sular axır sevgilim,
Varmı bir xəbərin?
Yarpaqlar gəlin kimi
Sırğa taxır sevgilim,
Varmı de xəbərin?

***

Körpə quşlar boylanır
Yuvasından arabir.
Təzə qalxan göy otlar
Su içində gizlənir.
Seyr etdikcə bunları
Göz sevinir, qəlb dinir.

***

Yağış yağır sevgilim,
Sular axır sevgilim,
Varmı bir xəbərin?
Yarpaqlar gəlin kimi
Sırğa taxır sevgilim,
Varmı de xəbərin?

Leave a Reply