Baş redaktordan

“12 sentyabr 2022-ci il tarixində gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən verilən məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib”.
Cavab zərbələri ilə düşmənin atəş nöqtələri susdurulub. Erməni tərəfi böyük itki ilə yebnə haray-hə.ir salmaqla beynəlxalq ictimaiyyəti şaşbaş saımağa çalışır.
Amma əbəsdir. Azərbaycan bu gün öz torpaqlarını qorumağa tam qadirdir.
Təəxribat nəticəsində Azərbaycan tərəfi də itkilərə məruz qalıb.
“Ermənistan ordusunun genişmiqyaslı təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının tabeçiliyində olan “Komando” birliyinin hərbçisi, Naxçıvanın Kəngərli rayonu, Qıvraq qəsəbə sakini, 1994-cü il təvəllüd Fərid Kəmaləddin oğlu Mehbalıyevin, Qəbələ rayonu, Mıxlıqovaq kəndindən olan MAXE Babazadə Elşən Sahib Oğlunun, kapitan Saleh Qurbanovun, Naxçıvanın Şərur rayon Yengicə kənd sakini, 1997-ci il təvəllüd hərbçi Əli Cavad oğlu Əliyevin, Qazax rayonu Daşsalahlı kənd sakini, Gizir Kərimov Azad Zakir oğlunun, Lerik rayon sakini, 1995-ci il təvəllüdlü Şəmistan Sadıqovun, Qazaxın Kəmərli kənd sakini, 1993-cü il təvəllüd Azər Mustafa oğlu Məmmədovun, İsmayıllı rayonu Talıstan kəndindən olan Cavidan Bədəlovun, hərbi qulluqçu, Saatlı rayonu, Qara Nuru kənd sakini Nəsirov Ülvinin və XTQ giziri Səid Həsənovun şəhid olduğu bildirilir. Mənbə:https://yenipress.az/news
/6584/10-sehidimizin-adi-belli-oldu-fotolar?banner=axar












Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.