Hikmət bağçası/kəlamlar

Ata evində ögey ana, ər evində qayınana.

Bir də gəlin olaram, oturub – durmağımı bilərəm.

Bu qız yaxşı qızdır, ərə gedəndən sonra bax.

Bu gəlin yaxşı gəlindir, birini doğandan sonra bax.

Dad yaman (fələk) əlindən, yaman gəlin əlindən.

Dəlicə qızdan dəlicə gəlin olar.

Gəlin anasına həm ağlayar, həm də “gedirəm” deyər.

Gəlin atda, qisməti yadda.

Gəlin evin yaraşığıdır, cəlalıdır, bəzəyidir.

Gəlin mənim süpürgəmdir, harda qoydum, orda da durmalıdır.

Gəlin ocağa çəkər.

Gəlin var – külü aş yapar,

Gəlin var – unu daş yapar.

Gəlin var gələr – gətirər, gəlin var itirər.

Gəlin var qızdan, toyuq var qazdan başdır.

Gəzəyən qızdan gəlin olmaz.

Oba durdu düzməyə, gəlin qaçdı gəzməyə.

Ördək gəlib qaz olmaz,

Gəlin gəlib qız olmaz.

Oynamaq bilməyən gəlinə oyun yeri dar gələr.

Qayınana bir çiçək, hər sözü bir gerçək.

Qayınana ilə baldız bir doğulublar.

Qızım, sənə deyirəm, gəlinim, sən eşit!

Yanan anadır, yeyən qayınana.

Yanan da (qayınana) ana, yaman da (qayınana) ana.

Yaxşı gəlin gülümdür, yaman olsa ölümdür.

Yaxşı qızdan yaxşı gəlin olar.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı