Qızıl lalədir adım…

Fotoqalereya

Mən baharın qızıyam

Sözləri : Zivər Ağayeva

Musiqisi : Ələkbər Tağıyev

***
Bahar gələndə mən də
Bitirəm göy çəməndə.
Mən baharın qızıyam,
Köynəyi qırmızıyam.

Nəqərat:
Uçmağa yox qanadım,
Qızıl lalədir adım.
Çölü-düzü bəzərəm,
Əldən-ələ gəzərəm.

Başımda al şalım var,
Yanağımda xalım var.
Yeyilmərəm, acıyam,
Çiçəklərin tacıyam.

***

Bir cavab yazın