Firdövsi
Görkəmli şəxslərin həyatından

Sultan Mahmud Ə. Firdövsiyə “Şahnamə” ni yazmağı sifariş vermiş və hər beytə görə şairə bir qızıl vəd edibmiş. Əsər tamamlanandan sonra sultan vədinə xilaf çıxmış, hər beytə görə bir qızıl əvəzinə, bir gümüş ödəmişdir. “Özünün təhqir edildiyini görən Firdovsi gətirilən pulun bir hissəsini hamamçıya, bir hissəsini içdiyi bir piyalə şərbətə, bir hissəsini isə onu gətirən adama verərək Herata qaçmışdır.

Rəvayətə görə, Sultan Mahmud sonradan tutduğu işdən peşman olaraq vəd etdiyi qızılı bir çox hədiyyələrlə birlikdə Firdovsiyə göndərmişdir. Lakin qızıllarla yüklənmiş dəvə karvanı şəhərin bir darvazasından girərkən, camaat Firdovsinin cənazəsini basdırmaq üçün şəhərin o biri darvazasından çıxarıb aparırmış.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.