Valideyn guşəsi

Uşağınıza kitab oxumaq da əhəmiyyətlidir. Əgər siz doğru bir yol arayırsınızsa, uşaqlar valideynlərininoxuduğu kitablardan çox yaralanırlar. İlk əvvəl uşaqlar oxumazdan öncə kitablardakı şəkillərə baxmağı xoşlayırlar, bunlar uşaqların maraq dünyasına çox uyğundur. Sonra bunlar haqqında ilkin tanışlıq məlumatları da yerinə düşür. Siz bundan yaradıcı şəkildə vəziyyətdən istifadə etməlisiniz.
Məsələn, özünüz filan obyekti göstərin .” Oğlan, it, masa və s. ” Rəsmləri adlandırdıqdan və uşağın bunları öyrəndiyindən əmin olduqdan sonra ondan sizin adlarını söyləyəcəyiniz obyektləri göstərməsini xahiş edin.Onun adlandırmasını istəməyin . Lakin belə bir cəhddə olsa, uşağınızı dəyərləndirin. Sizin söylədiyiniz rəsmi müvəffəqiyyətlə göstərməsindən sonra, ondan sizin göstərdiyiniz şəkillərin adını söyləməsini istəyin. Bu adlandırma istəyəcəyiniz nöqtəyə çıxdığınız zaman, uşağınızdan əvvəl sizin arxanızdan ” uşaq ” və ya ” toyuq ” sonra ” toyuq və uşaq ” daha sonrada ” uşaq toyuğa yem verir ” deməsini xahiş edirik. Ancaq bu suallara da uyğun cavablar ala bilərsiniz: toyuq nə edir? (yem yeyir) və ya ” uşağın köynəyi nə rəng ” (qırmızı) və s. Bununla yanaşı, hər zaman uşağın rəqəmləri kifayət qədər öyrəndiyini də nəzərdən qaçırmayın. Uşaq özbaşına jurnalları, kitabları qarışdırmaqdan bir bir şey qazanmaz. Belədə daha yetkin və ya daha böyük bir uşağın rəhbərliyinə ehtiyac vardır.

Digər bir oyunsa səslərin təkrar edilməsidir. Məsələn, bir oyuncaq itin çıxartacağı səs uşağa ” hav-hav ” olaraq tanıdılır və uşağın buna qatılması təşviq edilir. Eyni şəkildə digər oyuncaqlara uyğun başqa səslər də icad edilə bilər Ayna qarşısına geçilib üzümüzə komik şəkillər verərək uşağınızın da sizi təkrar etməsi üçün təşviq edə bilərsiniz. Sonra bunlara komik səslər əlavə edə bilərsiniz. Məsələn: ” miyooo ” kimi. Qapının cəngi çalındığı zaman çıxardığı səs.
Etdiklərinizin təsirlərini görmək üçün uzun bir müddətə ehtiyac olduğunu anlamanız əhəmiyyətli bir mövzudur. Heç vədə etdiklərinizdən imtina etməyin. Əgər uşağınıza qarşı davranışlarınızda ardıcıllıq göstərir, onu kifayət qədər qəbul edir və danışmanın xoş bir şey olduğunu hiss etdirə bilsəniz, o zaman siz bu dil öyrənmə işini sadəlşdirmiş olarsınız.
Danışma əzələlərini ikişaf etdirmə işləri
Kar olmayan uşağı ana evdə işi olmadığı zaman aşağıdakı nümunələrdə olduğu kimi müəyyən təmrinlər edə bilr. Ancaq oyun vasitələri sonra üçün də saxlanmalıdır ki, uşaq onların yenidən zövqlə istəyə bilsin. Ananın yerinə uşaqla yaxşı ünsiyyət qura biləcək bir başqası da bu təhsili uşağa verə bilər.
Danışma əzələlərini istəyə uyğun olaraq işlətməyə alışdırmaq məqsədiylə aşağıda açıqlanan müxtəlif təcrübələr etdirilir. Dil-dodaq gimnastikası də adı verilən bu hərəkətlər danışmağı inkişaf etdirmədə böyük fayda verəcəkdir. Dodaq işləri oyun kimi olmalıdır:
1) Şaquli aynaya qoyulan bir təbəqə kağızı nəfəs verərək orada salmadan tutmaq, yarışı etdirmək, incə tükləri və yarpaqları irəliyə doğru üfürmək.
2) Bir ləyənə qoyulan kağızdan yelkənləri qamışdan üfürərək üzdürmək, bir qabda duran suya üfürmək.
3) Şamlardan göstərilənləri üfləyərək söndürmək.
4) Üfləyərək oyuncaqları salmaq, ipə bağlı kağız kəpənəyi üfləyərək havada tutmaq.
5) Nəfəslə orkestr səsi yaratmaq
6) Sabun köpüyünü üfləyərək balon etmək.
7) Yanağını şişirip basdırmaqla (p) səsi çıxarmaq.
8) Dodaqlarla müxtəlif şəkillər etməklə (iiii ……….. deyərək) qımışmaq.
9) Masa üstündə duran ping-pong topunu üfləmək, əlinin üzərini üfləyərək külək etmək.
10) Öskürmək, əsnəmək, tapdalamaq, udmaq, ağzı geniş açmaq, möhkəmcə bağlamaq, hərəkətlərini şişirdərək etmək.
11) Yarısına qədər su dolu şüşə bir boruyla üfləyib qabarcıqlar etmək.
Uşağa belə deyilir:bunlardan nəfəs al, indi üflə, kiçik böyük qabarcıqlar et.
Dil işləri

1) Dili çölə çıxarmaq
2) Dili içəriyə çəkmək
3) Dili buruna doğru uzatmaq
4) Dili çıxararaq aşağı, yuxarı və yanlara doğru uzatmaq
5) Dili ağzın içində küncdən küncə dolaşdırmaq
6) Dil ucunu dişlərinin arxasına söykəyərək donqarlaşdırıb “iiii” səsi vermək.
Uşağınızın danışmasını sürətləndirmək üçün edə biləcəyiniz tapşırıqlar
1- Ətrafınızdakı obyektlərin adlarını davamlı təkrar edin: bak kitab, bak işıq kimi. Ya da “bu nə” deyə soruşaraq da təkrar edə bilərsiniz: “bu nə, kürsü; bu nə, qaşıq; aa bəs bu nə, böcək, kimi”.
Səs tonunuz canlı və uşağın marağını cəlb edəcək şəkildə olmalı.
2. “- Harada? –Burada” sual -cavab dialoqunu uşağa öyrədə bilərik. “Ata harda”, – deyə soruşub uşağınızın atasını tapıb “ata buradaaa” deyə qışqırması hə məqsədinizə xidmət edər, həm də sizə təbəssüm bəxş edər və s.
3- Uşağın cümlə qurması üçün hərəkətlər üzərində çox dayanmağa çalışın. “Açdı, bağladı, yatdı, qalxdı, yedi, bitdi, getdi, gəldi, düşdü, döndü, oynadı, yatdı, oyandı” kimi feillərin ifadə etdiyi sadə hərəkətləri davamlı təkrar edin.
4- Əgər hərəkətləri söyləyir isə, cümlə qurması üçün sadə cümlələr qurun. Məsələn, “mən gəldim”, “ata getdi”, “quş uçdu”, “avtomobil dayandı”, “uşaq qaçdı”, “qaşıq düşdü” və s.
Uşaqlar danışmağı ən başda “di-4” şühudi keçmiş zamanla öyrənirlər. Yalnız mübtəda və xəbərdən ibarət bu cümlələri uşağın maraq sahəsi olan mövzularda və uşağın ağlında qalacaq coşğulu bir intonasiya və ümumiyyətlə, eyni melodiya ilə söyləyin. Və çox təkrar edin, birlikdə gördüyünüz hər hadisəni uşağa hesabat edin.
5- Uşaq mübtəda və xəbərdən ibarət cümlələri öyrənib asanca təkrar etməyə başlarsa, danışmağa başlamış deməkdir. Bu cümlələrə obyektləri də istədiyiniz kimi əlavə edə bilərsiniz:”mən evə gəldim”, “ata işə getdi”, “qaşıq yerə düşdü”, “biz bazara getdik” və s.
6- Yaşadığınız hadisələri də üzərindən zaman keçsə də,təkrar edin:” oğlum, biz bu gün hara getdik”,- deyə problem qoyun, uşaq cavab verməyəcəksə belə cavab verə biləcəyi qədər bir müddət gözləyin. Sonra siz söyləyin; “Bazara getdik”. “Bazarda nə etdik?” (Eyni şəkildə cavab gözləyin) Sonra cavablandırın, “Oğluma şalvar aldıq.” Başqa nə etdik “(Eyni şəkildə cavab gözləyin)” Dondurma yedik “kimi .. Axşam evə gələn ataya qonağa bir başqasına eyni şeyləri uşaqla birlikdə təkrar edə bilərsiniz:” Oğlum, gəl, ataya izah edək “. Məsələn, ” biz bu gün hara getdik bilirsənmi, atası “. Uşaq cavab verəcək: “bazara”. “Bazarda nə etdik?” , “başqa nə etdik” və s.
7- Özünü ifadə etməsi üçün köməkçi olmalısınız. Uşağı hər hansı bir şey üçün “gəl, gəl” deyə yanınıza çağırın və ” gəldimmm də, oğlum” deyə bilərsiniz. “Bura otur” dediyinizdə uşaq oturunca:”oturdummm də, oğlum” deyə bilərsiniz.

Çox təkrar lazımlı.
8- Suallara həvəslə cavab verməsi üçün “- mi -4” sual ədatları ilə bitən sorğulara cavab verməyi öyrədə bilərik. Uşağa yalnız sualınızın hərəkət hissəsini təkrar edərək cavablaya biləcəyi suallar soruşun. Məsələn, bax, quşu gördünmü ?” Uşağın verəcəyi cavab: “gördüm”
“Bu oyuncağı sevdinmi”, Uşağın verəcəyi cavab: “sevdim” və s.
9- Yaşına uyğun şəkilli kitablar alıb oradakı obyektləri əlinizlə göstərərək təkrar edin, şəkildəki sadə hadisələri təkrar edin.
Uşağın gec danışmasının ən ciddi səbəbi məlumat azlığıdır, yəni uşağın danışmağı öyrənə qədər onunla danışılmaması dır. Məlumat azlığının da bir çox səbəbi ola bilər. Həm də uşaqla ünsiyyət zamanı uşaqla dəqiq, sadə cümlələr quraraq, çoşğunluqla və istəklə danışmaq lazımdır.
Heç vaxt körpəniz gec danışanda bundan üzülməyin. Mütəxəssislərin məsləhəti ilə çalışmalarınızı davam etdirin.O, hökmən danışacaq…
Qeyd: Yazı türkcədən ərcümə ilə təqdim olunur.
Son
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.