
Səudiyyə Ərəbistanının paytaxtı Ər-riyadda qadınlar üçün bir idman zalının təqdimatı keçirilirmiş. Salona olan marağı artırmaq üçün çəkilən videoda rol alan qadının geyindiyi paltar çiddi mübahisələrə və narazılıqlara səbəb olub.
Mübahisələrin ardından bağlı nazirlik idman zalının lisenziyanı ləğv edib. Videoda istifadə olunan geyimlərin qadının bədən cizgilərini ortaya çıxardığı üçün salon bağlanılıb. İdman nazirliyi video çəkən insanlarla bağlı istintaq başlaması üşün iddia qaldırıb.
Adamın heç inanmağı gəlməsə də, Türkiyənin kütləvi informasiya vasitələrindən götürdüyüm bu xəbər bizim şou məkanımız üçün də bir ibrət olmğa dəyər.
Nə yaxşı, bizim şou məkanına nəzarət edənlər bəlkə belə addımın mümkünlüyündən cəsarətlənə bilsinlər. Hara baxırsan, Qərbin əndazəni aşmış geyim formaları, davranış tərzi nümayiş etdirilir: televiziyada, səhnədə, kütləvi informasiya vasitələrində. Nə qədər qoruq-qadağa qoyulsa da, bunları azyaşlılar, qız uşaqları hər gün görürlər və əxlaqımızdakı bəzi aşınmalarda bu cür nümayişlərin təsirini heç kim inkar edə bilməz.
Azərbaycan həyatı üçün istər ekranda, istər səhnədə mənəvi saflaşma məsələ diqqət ayrılmalı vacib məsələlərimizdəndir.

P.S: Şou psixologiyası bizim əksər mətbu orqanlarımızın, , özəl kanallarımızın guşədaşıdır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.