İbrət

Bu hekyə öz hərəkətləri ilə insanlığa sədaqət və dostluq mənasında dərs verən bir itin gerçək hekyəsidir.

1924-ci ildə Tokio Univer sitetində işləyən yapon professoru Doktor Hidesabura Ueno kiçik bir it balası alır. Professor bu itə bir ad da seçir: “Haçiko”.

“Akta” cinsindən törəyən “Haçiko” ağ rəngdə idi, erkək idi. Hər səhər sahibini universitetə gedəndə evdən metroya qədər müşayiət edirdi. Metronun xarici qapısına qədər gətirdiyi sahibini yola saldıqdan sonra da evə qayıdır. Bir il ərzində “Haçiko” hər səhər sahibini metroya qədər aparır, hər axşam işdən qayıdan da metronun önündə qarşılayırdı.

Amma bir axşam ( 1925 may) professor bu vəfal heyvan sahini qarşılamağa gəlir, amma sahibi metrodan çıxmaz . “Haçiko” gözünü metro qapısından ayırmaz və gecə boyu meto bağlanana qədər onu gözləyər. Növbəti axşam yenə gəlməz professor. Üçüncü axşam “Haçiko” yenə metronun qarşısılndadır, profersa yox. Sən demə, professor universitetdə ürək böhranı keçirib dünyasını dəyişmişdir .

Bu acı itkidən sonra professorun xanımı başqa şəhərə köçməli olur və “Haçikonu” şəhərdəki qohumlara tapşırıb gedir. Amma “Haçiko” hər axşam sahibim metrodan çıxır – deyə inadla qaçar və qapının ağzında gözləyər. Həftələr, aylar, illər boyu hər axşam Tokio metrosunun “Shibuya” stansiyanın qapısına gedər, gedər..gözləyərmiş. Bu şəkil də “Haçiko”nun sahibini gözlədiyi zaman çəkilmişdir və çarəsizliyini açıq-aydın göstərir.

İsrarla sahibini gözləyən bu itin hekyəsi 1932-ci ildə bütün medianın diqqətini çəkir və bütün ölkə “Haçiko”dan xəbərdar olur. Yaşayarkən bir əfsanə olur “Haçiko” və həqiqi dostluq ilə sədaqətin simvoluna çevrilir.

1934-ci ildə (“Haçiko” hələ yaşayırmış), heykəli iri seremoni ilə metro stansiyasının qarşısında hər zaman gözlədiyi yerə qoyulur.

İşin faciəli tərəfi isə, “Haçiko”nun da orada olub hələ də sahibini gözləməsidir. Bu itin baxışları heç nə danışmadan, ormadan da bu qəmli hekayəti ifadə etmişdir.

Tam 9 il boyunca sahibinin gəlməsini gözləyən “Haçiko”, 11 yaşında (1935-ci ildə) metronun qapısında ölür və ölüm xəbəri bütün TV kanallarında ölkəyə yayılır. Minlərlə insan stansiyaya axın edir.

 “Haçiko”nun son rəsmi

Hər il “Haçiko”nun ölüm ildönümü olan 8 Martda da bir çox heyvansevər insanlar heykəlin qarşısında görüşürlər. “Haçiko”nun mumyalanmış cəsədi isə Tokioda yerləşən Milli Elm Muzeyində nümayiş etdirilir.

“Haçiko”nun hekayəsi bütün dünyaya yayıldı və təxminən 80 il əvvəl baş vermiş bu hekayənin bir Hollivud versiyası da çəkilib. Filmdə “Haçiko”nun sahibini (Professor Hidesabura Ueno) Riçard Gere canlandırıb. kim baxıbsa, dönə-dönə təkrar baxıb və dönə-dönə təkrar-təkrar göz yaşları öküb.

Bir sıra ölkələrdə heyvansevərlər, hətta, “Haçiko” adında dərnəklər yaradırlar.

Hər kəsin arzuladığı qarşılıqsız sevgi və sədaqətin nə olduğunu öyrəndiyimiz bu itin hekyesi insanı çpox təsirləndirir.

Bu vəfanın yarısı insanlarda olsaydı, dünya heç şübhəsiz daha yaşanılacaq yer olardı…

Mənbə: Vikipediya

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı